Toşiko Yuasa

Toşiko Yuasa (湯浅年子, Yuasa Toşiko?, 11 dekabr 1909, Ueno[d], Tokio1 fevral 1980, Ruan) – Fransada fəaliyyət göstərmiş Yaponiya nüvə fizikaçısı.[1] Yaponiyanın ilk qadın fizikaçısı hesab olunur. "Yaponiyanın Mariya Kürisi" adlandırılır.[1]

Toşiko Yuasa
yap. 湯浅年子
Doğum tarixi 11 dekabr 1909(1909-12-11)
Doğum yeri
Vəfat tarixi 1 fevral 1980(1980-02-01) (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
  • Tsukuba Universiteti[d]
Fəaliyyəti nüvə fiziki, universitet müəllimi[d]
Mükafatları "Müqəddəs xəzinə" ordeni III dərəcəli "Qiymətli tac" ordeni "Bənövşəyi lent" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Toşiko Yuasa 11 dekabr 1909-cu ildə Tokio şəhərinin Ueno rayonunda doğulmuşdur.[2] Anası ənənəvi ədəbiyyat sahəsində tanınmış ailəyə mənsub idi, atası isə Yaponiya hökumətinin patent ofisində işləmiş mühəndis idi.[2] Toşikonun 3 böyük bacısı və 3 qardaşı var olmuşdur.[2]

Toşiko Tokio Qadınlar Ali Normal Məktəbinin liseyindən məzun olmuş, daha sonra Tokio Qadınlar Ali Normal Məktəbinin elm fakültəsinə daxil olmuş və burada fizika üzrə ixtisaslaşmışdır.[2] Onun fizikaya maraq göstərməsində atasının böyük təsiri olmuşdur.[2]

Toşiko 1931–1934-cü illərdə Tokio Bunrika Universitetində təhsil almışdır.[1] Universitetin fizika fakültəsinin köməkçisi olmuş, atomlar və molekulyar spekroskopiya haqqında araşdırmalara başlamışdır.[1] Həmin il ilk məqaləsi nəşr olunmuşdur.[2] 1935-ci ildə Tokio Qadınlar Xristian Kollecinin mühazirəçisi olmuş, 1938-ci ildə isə Tokio Qadınlar Ali Normal Məktəbinin köməkçi professoru təyin olunmuşdur.[1]

Müharibədə və sonrası

[redaktə | mənbəni redaktə et]

1940-cı ildə Frasanın paytaxtı Parisə köçmüş və Frederik Jolio-Küri ilə birlikdə Nüvə Kimyası Kolleci Laboratoriyasında işləməyə başlamışdır.[1] 1944-cü ildə Berlin Universitetinin Fizika İnstitutunda tədqiqatlar aparmağa başlamışdır.[1]

1945-ci ilin dekabrında Yaponiyaya qayıtmış və Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur.[1] Həmin dövrdə ABŞ ordusu Yaponiyada nüvə tədqiqatlarını qadağan etdiyi üçün bu istiqamətdə araşdırmalara davam edə bilməmişdir.[1] Toşiko 1946–49-cu illərdə RIKEN-in Nişina laboratoriyasında işləmiş və bir il Kioto Universitetində mühazirələr vermişdir.[1] 1949-cu ilin mayında nüvə spektroskopiyası araşdırmalarına davam etmək üçün Fransaya qayıtmış və Fransa Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) işçisi kimi Nüvə Fizikası Kolleci Laboratoriyasında işləməyə başlamışdır.[1]

1952-ci ildə ikinci dəfə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru təyin olunmuşdur.[1] Bu postu 1955-ci ilə qədər tutsa da, bu dövrdə CNRS ilə işləməyə davam etmişdir.[1] 1955-ci ildə daimi olaraq Fransaya köçməyə qərar vermişdir.[2] 1957-ci ildə CNRS-də baş tədqiqatçı olmuşdur.[1] 1957-ci ildə Kioto Universitetinin elm doktoru dərəcəsini almışdır.[1] 1974-cü ilə qədər CNRS-də işləməyə davam etmişdir.[1] Həyatının qalan hissəsini Yaponiyada konfranslara qatılmaqla keçirmiş, 1978-ci ildə nüvə tədqiqatları haqqında Yaponiya–Fransa əməkdaşlığını təklif etmişdir.[1]

Ölümü və xatirəsi

[redaktə | mənbəni redaktə et]

Toşiko 1 fevral 1980-ci ildə Parisdə yerləşən Bekkerel xəstəxanasında xərçəng xəstəliyi səbəbilə ölmüşdür.[2] Ona məxsus olan əşyalar Parisdən Yaponiyaya gətirilmişdir və hazırda Oçanomizu Universitetində saxlanılır.[2] 2002-ci ildə Oçnanomizu Universitetinin və Fransanın dəstəyi ilə Toşiko Yuasa mükafatı təsis olunmuşdur.[2] Bu mükafat gənc qadın alimlərə təqdim olunur.[2]

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

Toşiko süni radioaktiv nüvədən ayrılan ß şüaları barədə araşdırmasına görə 1943-cü ildə Fransada dərəcə əldə etmişdir.[2] 1945-ci ildə Berlin Universitetində ß şüalarının spektral ölçməsi üçün ikiqat fokuslu spektroskop hazırlamışdır.[2] O, 1955-ci ildə ABŞ-nin Bikini adasında apardığı hidrogen bombası sınağının təhlükəsi barədə məqalə yazmışdır.[2]

Toşiko 1967–80-ci illərdə 2 və ya 3 nukleondan ibarət nukleon sistemləri üzərində işləmişdir.[2] Araşdırmalarından sonra sürətli neytronlar üçün effekiv maye stintillasiya sayğacı və plastik stintillasiya sayğacı hazırlamışdır.[2] Bu alətlər vasitəsilə 2H və 3He parçalanmaları üzərində təcrübələr aparmışdır.[2] O, 100-dən çox elmi məqalənin müəllifi olmuşdur.[2]

Toşio Fransa mədəniyyəti və elmi haqqında yapon dilində bir çox kitab yazmış, Yaponiya ilə Fransa arasında elmi mübadilədə vacib rol oynamışdır.[2] O, Yaponiyada qadın təhsilinə də böyük təsir göstərmişdir.[2] Onun üç qadın tələbəsi fizika üzrə universitet professoru olmuşdur.[2] O, 1976-cı ildə "Bənövşəyi lent" medalı"Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Haines
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Yagi, Eri; Matsuda, Hisako. "Toshiko Yuasa (1909-80): the First Japanese Woman Physicist and Her Followers in Japan" (PDF). AAPPS Bulletin. 17 (4). avqust 2007: 15–17. 2015-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.