Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uvertüra
Uvertüra (fr. ouverture; ouvertur — açmaq, açılmış, başlanğıc) — opera, oratoriya, balet, dram, kinofilm, və s əsərlərə orkestr müqəddiməsi, eləcə də sonata formasında müstəqil orkestr əsəri. Musiqili səhnə əsərinin giriş hissəsi; əsərin ideya-məzmununu əks etdirən mövzulara əsaslanır; tamaşaçıının diqqətini əsərin xarakterinə yönəldir; əsərin emosional mühitini hazırlayır. Simfonik musiqinin bir janrı; Birhissəli, adətən sonata formasında qurulan simfonik əsər.
Viktoriano Uerta
Xose Viktoriano Uerta Orteqa (isp. José Victoriano Huerta Ortega; 22 dekabr 1850 və ya 22 dekabr 1854 – 13 yanvar 1916, El-Paso, Texas) — Meksika dövlət xadimi və hərbi lider, 1913-cü il hərbi çevrilişində iştirak edən general. 19 fevral 1913-cü ildən 15 iyul 1914-cü ilə qədər Meksikanın müvəqqəti prezidenti. Onun ölkədə hakimiyyəti dövründə vətəndaş müharibəsinin ən şiddətli mərhələsi gedirdi. Bu günə qədər Meksika cəmiyyətində Uerta inqilabın xaini, tiran və Madero və Pino Suarezin qatili hesab olunur. 1914-cü ildə Amerika Prezidenti Vudro Vilsonun dəstəyini alan hökumət ordusu konstitusiyaçılara həlledici məğlubiyyətə uğramışdır. Bundan sonra Uerta istefa vermış və xaricə qaçmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Уэрта, Викториано // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Adolfo de la Uerta
Adolfo de la Uerta Markor (rus. Adolfo de la Huerta Marcor; 26 may 1881, Eroyka-Quaymas[d] – 9 iyul 1955, Mexiko) — Meksika siyasətçisi, 1920-ci il iyunun 1-dən dekabrın 1-dək Meksikanın müvəqqəti prezidenti. Uerta 1920-ci ildə Sonora qubernatoru olmuş və o vaxtkı prezident Venustiano Karransanı devirmək planının liderlərindən biri olmuşdur. 8 aprel 1920-ci ildə çevriliş edilmişdir. Ümumi seçkilər hazırlanarkən konqres Uertanı müvəqqəti prezident təyin etmişdir. Uertanın prezidentliyi dövründə ən mühüm hadisələrdən biri Panço Vilya ilə sülh müqaviləsinin imzalanması idi.
Böyük simfonik orkestr üçün uvertüra (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün uvertüra və ya "Bayram" uvertürası — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri. Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir. Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun – vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır. Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir.