Adolfo de la Uerta Markor (rus. Adolfo de la Huerta Marcor; 26 may 1881[1], Eroyka-Quaymas[d], Sonora – 9 iyul 1955[2][1], Mexiko) — Meksika siyasətçisi, 1920-ci il iyunun 1-dən dekabrın 1-dək Meksikanın müvəqqəti prezidenti.[3]
Adolfo de la Uerta | |
---|---|
| |
1 iyun 1920 – 30 noyabr 1920 | |
Əvvəlki | Venustiano Karransa |
Sonrakı | Alvaro Obreqon |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 may 1881[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyul 1955[2][1] (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Uerta 1920-ci ildə Sonora qubernatoru olmuş[3] və o vaxtkı prezident Venustiano Karransanı devirmək planının liderlərindən biri olmuşdur. 8 aprel 1920-ci ildə çevriliş edilmişdir.[4] Ümumi seçkilər hazırlanarkən konqres Uertanı müvəqqəti prezident təyin etmişdir.[5] Uertanın prezidentliyi dövründə ən mühüm hadisələrdən biri Panço Vilya ilə sülh müqaviləsinin imzalanması idi.[6]