Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uqanda
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Andras Ksonka
Andras Ksonka (1 may 2000, Budapeşt) — Macarıstan Nemzeti Baynoksaq təmsilçilərindən olan Ferentsvaroş klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstanlı futbolçudur. == Klub karyerası == === Ferentsvaroş === Ksonka Ferentsvaroş akademiyası vasitəsilə inkişaf etmişdir. Ksonka öz peşəkar karyerasında debütünü 17 may 2017-ci ildə Budafoki klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Roland Varqanı əvəz etmişdir. Maqyar Kubokunun final görüşündə Feretsvaroş rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2017-ci ildə Ksonka Macarıstanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Ksonka Fransa, Şotlandiya, Farer adaları və Türkiyə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 4 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Uqanda Respublikası
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Uqanda bayrağı
Uqanda bayrağı — Uqandanın Dövlət bayrağı 1962-ci ilin oktyabr ayının 9-da Uqandanın dövlət bayrağı statusunu almışdır. Bayraq 6 bərabər üfüqi zolaqdan ibarətdir: qara, sarı, qırmızı, qara, sarı və qırmızı. Mərkəzdə ağ fonun üzərində təsvir olunmuş şərqi taclı (kəkilli) durna milli simvol hesab edilir. Qara rəng Afrika əhalisini, sarı rəng Afrika günəşini, qırmızı rəng isə Afrika qardaşlığını tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Uqanda planı
Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı.
Uqanda prezidentləri
Uqanda prezidenti — Uqanda Respublikasının dövlət başçısı.
Uqanda soyqırımı
Uqanda soyqırımı — İdi Amin rejimi tərəfindən 1971-1979-cu illərdə Uqandada törədilən soyqırımı.
İvonka Survilla
Survilla İvonka (belar. Івонна Уладзіміраўна Шыманец; 11 aprel 1936, Stolbtsı[d], Polşa Respublikası) — belaruslu ictimai və siyasi fəal, mühacir, dilçi, rəssam. Hazırda Kanadada yaşayır. 1997-ci ildən bəri Belarus Xalq Respublikasında (BXR) Rada sədri kimi fəaliyyət göstərir. == Həyatı == 1936-cı ildə Polşaın Stolbtsı ərazisində anadan olmuşdur. Atası Vladimir Şimaneç, V.Zaxarkinin rəhbərliyi altında BXR hökumətində Maliyyə naziri olmuşdu. 1944-cü ildə bütün ailə Belarusdan Şərqi Prussiya, sonra Danimarka qaçqın düşərgəsində bir neçə il yaşamış, daha sonra Fransa və İspaniyaya qaçmışdır. O, Sorbonnada (filologiya) təhsil almışdı. 1969-cu ildən etibarən Kanadada məskunlaşmış, tərcüməçi vəzifəsində çalışmışdı. 1974-cü ildə Kanadada Belarus Elm və İncəsənət İnstitutunun sədri seçilib.
Honka FK
Honka - Finlandiya futbol klubu. == Tarixi == "Honka" 1957-ci ildə yaradılıb və tam adı "Football Club Honka Espoo"dur. == Stadionu == Tapiolan şəhərini təmsil edən komanda ev oyunlarını 6000 azarkeş tutumu olan Espoo stadionunda keçirir. Komandanın prezidenti Couko Haryunpaa, baş məşqçisi Mika Lehkosuodur. Komanda 2008/2009 mövsümünü ikinci pillədə başa vurub. == Uğurları == Komanda indiyə qədər ölkə çempionu ola bilməyib. Əvəzində üç dəfə ölkə kubokunu qazanıb: 1969, 2007, 2008. 2009-cu ilin əvvəlində "La Manga Cup"un qalibi olub. Komandada əsasən yerli futbolçulara üstünlük verir. Hoknanın heyətində cəmi bir əcnəbi futbolçu vardır.
Qonca Naxçıvanlı
Qonca Naxçıvanlı (d. 29 iyun 1979) — Türkiyəni təmsil edən həndbolçu. Qonca Naxçıvanlı, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Qonca Naxçıvanlı, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Tonka (yanacaq)
Raket yanacağı TQ-02 (Samin) — Almaniyada İkinci Dünya müharibəsi dövründə inkişaf etdirildi və alman adı “Tonka-250” idi. Bu bir sıra anti-təyyarə, balistik raketlərdə, eləcə də raket daşıyici larında istifadə edilmişdir. TQ-02 raket yanacağının tərkibi ksilidin C6H4CH3NH2 və texniki trietilamin (C2H5)3 qarışığıdır. Yanacağın tərkibində olan trietilamin və ksilidin (6 izomer) – zəhərli və kanserogen maddələr qrupuna aid olmasına görə ətraf mühitə, sakinlərin sağlamlığına zərər verən və yeraltı suların çirklənməsi ilə nəticələnə bilən təhlükə mənbəyidir. TQ-02 yanacağı giqroskop, havadaki oksigenlə vaxtaşırı oksidləşir və bu prosesin katalizatorları kimi işıq, yüksək temperatur, rütubət və mis ionlarının iştiraki qeyd edilir.Əvvəllər yararsız vəziyyətə düşmüş “Samin” açıq tipli sobalarda yandırırdılar. Bu üsul ətraf mühitin çirklənməsi ilə nəticələnirdi. == Kimyəvi xassələr == Bununla bağlı adı çəkilən yanacaqdan trietilamin (88-92 °C) və ksilidenlər (220-224 °C) ayrılırlar. Yanacağın rektifikasiya ilə ayrılması nəticəsində az miqdarda dietilaminin qarışığı ilə 43% texniki trietilamin və 41% ksilidinin qarışıq izomerləri alınır. Atmosfer təzyiqində 220 °C qovulan ksilidenlərdə parçalanma prosesi müşahidə olunur. Odur ki, həmin bu proses 80-82jC 10 mm/cs-da vakuumda aparılır.
Şuyçi Qonda
Şuyçi Qonda (d. 3 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Konka çayı
Konka, Kinka, Kinska və ya Kinski kimi tanınan Konka çayı (ukr. Кінська) — Ukraynanın Zaporojya vilayətindən axan Dnepr çayının sol qoludur. Çayın uzunluğu 146 km (91 mil)-dir. Drenaj su hövzəsi isə 26000 km²-dir. Azovboyu yüksəklikdən başlayır və Dneprdəki Kaxovka su anbarına axır. Çayın keçdiyi ərazilərdə Polohı və Orixiv şəhərləri yerləşir. Çayın adı, Krım tatarcasında Yılki Su kimi səslənir, "vəhşi atların suyu" mənasını verir. == Təsviri == Çayın zunluğu 149 km, hövzəsinin sahəsi isə 2600 km²-dir. Çayın mailliyi 1,7 m/km-dir. Yuxarı və orta axarda vadi darlaşır, aşağı axarında isə 3,5 km-ə qədər genişlənir.
Azərbaycan–Uqanda münasibətləri
Azərbaycan–Uqanda münasibətləri — Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin avqust ayının 19-da qurulmuşdur. == Mədəni əlaqələr == 2018-ci ilin may ayının 25-də Bakıda, "Elektra Events Hall"da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən "Həmişə gənc" şüarı altında keçirilən "Youthvision 2018" beynəlxalq mahnı müsabiqəsində birinci yeri Uqanda təmsilçisi tutmuşdur.
Mərkəz bölgəsi (Uqanda)
Mərkəz bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 37 489 km² . Əhalisinin sayı - 6 683 887 nəfər (2002-ci il) İnzibati mərkəzi ölkənin paytaxtı - Kampala şəhəri. == İnzibati bölgüsü == 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 16 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Mərkəz bölgəsinə 24 ərazi vahidi o cümlədən ölkənin paytaxtı Kampala şəhəri daxil idi. == İstinadlar == == Xarici keçidlər == 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Qərb bölgəsi (Uqanda)
Qərb bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 49 599 km² . Əhalisinin sayı - 6 417 449 nəfər (2002-ci il) İnzibati mərkəzi - Mbarra şəhəri. == İnzibati bölgüsü == 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 19 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Qərb bölgəsinə 26 ərazi vahidi daxil idi. Bölgənin ərazisində Eduard gölü yerləşir. Böyük şəhərləri: Mbarra — 69 208 nəfər (2002-ci il), 90 104 nəfər (2008-ci il) — Mbarra dairəsi Kasere — 53 446 nəfər (2002-ci il), 84 930 (2008-ci il) — Kasere dairəsi Kabale — 45 757 nəfər (2002-ci il), 56 357 (2008-ci il) — Kabale dairəsi Xoima — 31 630 nəfər (2002-ci il), 49 015 (2008-ci il) — Xoima dairəsi Fort Portal — 40 605 nəfər (2002-ci il), 44 591 (2008-ci il) — Fort Portal dairəsi == İstinadlar == == Xarici keçidlər == 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Uqanda-Tanzaniya müharibəsi
Uqanda-Tanzaniya müharibəsi - Tanzaniyada Kaqera müharibəsi və Uqandada Azadlıq müharibəsi (1979) adı ilə tanınan 1978-ci ilin oktyabrından 1979-cu ilin iyun ayına qədər Uqanda ilə Tanzaniya arasında baş vermiş hərbi münaqişədir. Bu müharibə Uqanda prezidenti İdi Aminin hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnmişdir. İdi Aminin qüvvələrinə Liviyadan dəstək üçün göndərilmiş minlərlə hərbçi də daxil idi. == Arxa plan == Tanzaniya və Uqanda arasındakı münasibətlər artıq müharibə başlamazdan bir neçə il əvvəldən etibarən kəskinləşməyə başlamışdı. 1971-ci ildə baş vermiş hərbi çevriliş nəticəsində İdi Aminin hakimiyyəti ələ keçirməsindən sonra, Tanzaniya lideri Culius Nyerere Uqandanın zor gücü ilə hakimiyyətdən salınmış prezidenti Milton Oboteyə sığınacaq təklif etdi. Amin hakimiyyətə gəldikdən sonra ölkədə onun əleyhinə çıxış edən düşmənlərinin kütləvi şəkildə "təmizləməsini" həyata keçirdi ki, bu da otuz mindən əlli min nəfərə qədər uqandalının həlak olması ilə nəticələndi. Nyererenin dəstəyi ilə uqandalı müxaliflərdən ibarət kiçik partizan orduları yaradıldı, lakin həmin qüvvələrin 1972-ci ildə Uqandanı işğal etmək və Amini hakimiyyətdən salmaq cəhdləri uğursuzluqla nəticələndi. Amin Nyerereni onun düşmənlərinin tərəfini tutmaqda və onları silahlandırmaqda günahlandırdı. Hər iki tərəfin bir-birini ittiham etməsi ilə birlikdə Uqanda və Tanzaniya arasındakı münasibətlər bütün zamanların ən aşağı səviyyəsinə endi. İdi Amin növbəti illərdə bir neçə dəfə ona qarşı təşkil olunmuş sui-qəsd cəhdindən sağ çıxdı.
Uqanda prezidentlərinin siyahısı
Uqanda prezidenti — Uqanda Respublikasının dövlət başçısı.
Şimal bölgəsi (Uqanda)
Şimal bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 82 099 km² . Əhalisinin sayı - 5 345 964 nəfər (2002-ci il) İnzibati mərkəzi - Qulu şəhəri. == İnzibati bölgüsü == 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 21 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Şimal bölgəsinə 30 ərazi vahidi daxil idi. Böyük şəhərləri: Qulu — 113 144 nəfər (2002-ci il), 190 866 nəfər (2008-ci il) — Qulu dairəsi Lira — 89 871 nəfər (2002-ci il), 158 761 nəfər (2008-ci il) — Lira dairəsi Kitqum — 42 929 nəfər (2002-ci il), 75 654 nəfər (2008-ci il) — Kitqum dairəsi Arua — 45 883 nəfər (2002-ci il), 67 015 nəfər (2008-ci il) — Arua dairəsi Koboko — 29 443 nəfər (2002-ci il), 53 678 nəfər (2008-ci il) — Koboko dairəsi Nebbi — 23 190 nəfər (2002-ci il), 40 021 nəfər (2008-ci il) — Nebbi dairəsi == İstinadlar == == Xarici keçidlər == 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Şərq bölgəsi (Uqanda)
Şərq bölgəsi — Uqandanın 32 ərazi vahidindən ibarət inzibati ərazi vahidi. Ərazisi - 27 957 km² . Əhalisinin sayı - 6 301 677 nəfər (2002-ci il) İnzibati mərkəzi - Cinca şəhəri (80.000 nəfər) == İnzibati bölgüsü == 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 24 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Şərq bölgəsinə 32 ərazi vahidi daxil idi.. Böyük şəhərləri: Cinca — 86 520 nəfər (2002-ci il), 99 507 nəfər (2008-ci il) — Cinca dairəsi Mbale — 70 437 nəfər (2002-ci il), 82 351 nəfər (2008-ci il) — Mbale dairəsi Tororo — 42 473 nəfər (2002-ci il), 53 396 nəfər (2008-ci il) — Tororo dairəsi İqanqa — 38 009 nəfər (2002-ci il), 53 124 nəfər (2008-ci il) — İqanqa dairəsi Busia — 37 947 nəfər (2002-ci il), 47 207 nəfər (2008-ci il) — Busia dairəsi Soroti — 41 470 nəfər (2002-ci il), 44 553 nəfər (2008-ci il) — Soroti dairəsi == İstinadlar == == Xarici keçidlər == 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Krasnaya Qorka (Arxangel)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 9 km, kənd sovetliyindən (Qızıl Ezem):12 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 11 km.
Krasnaya Qorka (Bakalı)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 24 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (80 %) üstünlük təşkil edir.