Uqanda

Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır. Ölkə Millətlər Birliyinə daxildir.

Uqanda
suah.Jamhuri ya Uganda
ing. Republic of Uganda
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
For God and My Country, kwa mungu na nchi yangu, За Бог и страната ми, Tros Dduw a Fy Ngwlad
Tarixi
 • Böyük Britaniyadan müstəqillik 9 oktyabr 1962
Rəsmi dilləri
Paytaxt Kampala
İdarəetmə forması Prezident respublikası
Prezident Yoveri Museveni
Baş Nazir Robinah Nabbanja
Sahəsi
 • Ümumi 241,038 km² km²
 • Su sahəsi (%) 15.39
Əhalisi
 • Əhali 32,369,558 nəfər
 • Siyahıyaalma (2014) 34,634,650 nəf.
 • Sıxlıq 143.7 nəf./km²
 • Ümumi 40.510.241.366 $[2], 45.559.202.049 $[2]
 • Adambaşına $1,226 dollar
ÜDM (nominal)
 • Ümumi (2010) $17.703 billion dollar
 • Adambaşına $514 dollar
İİİ (2010) 0.422 (artış)
İnternet domeni .ug
ISO kodu UG
BOK kodu UGA
Telefon kodu +256
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][3]

1 006 KeniyaTanzaniya.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Uqanda respublikadır. Millətlər birliyinə daxildir. Konstitusiyası 1967-ci ildə qəbul olunmuşdur. 1987-ci ilin iyulun 27-də baş vermiş hərbi dövlət çevrilişi nəticəsində Konstutisiyanin qüvvəsi dayandırılmış, paytaxtda fövqəladə hal elan olunmuşdur. Ölkəni əsasən hərbiçilərdən ibarət hərbi Şura idarə edir.

Səthi, əsasən ayrı-ayrı dağlar olan zəif dalğalı platodur(hünd. 1100–1500 m). Faydalı qazıntıları :mis , qalay, kobalt, volfram və s.

İqlimi ərazisinin çox hissəsində ekvatorial-mussondur. Orta alyıq tempraturu 18–25 dərəcədir. İllik yağıntı 750–1500 mm-dir.

Çaylarə ərazisindən keçən Nil hövzəsi aiddir. Əsasən qırmızı ferralit torbaqlar yayılmışdır. Bitkiləri çox yerdə yüksəkotlu savannalardan ibarətdir. Heyvanları: Fil, kərgədan, begemot, antilop, zürafə, aslan, meymun və s. Çoxlu quş, sürünən (timsah, ilan) həşərat var. Milli Parklar(Ruvenzori , Kabareqa) yaradılmışdır.

Əhalinin 97%-dən çoxu Afrika xalqlarıdır. Avropa və Asiyadan köçüb gələn də var. Rəsmi dilləri (1973 ildən) Svahili Və ingilis dilləridir. Əhalinin tərq. 65%-i xristian,5–6%-i müsəlman, qalanları isə ənənəvi din etqatları saxlayır. İşləyən əhalinin 154,3 min nəfəri xidmət sahəsində, 61,2 min nəfəri balıqçılıqla, 58,9 min nəfər sənayedə, 44,4 min nəfəri isə tikintidə çalışır. Orta sıxlıq 1 km²-ə 57 nəfərdir. Şəhər əhalisi 7,8 %-dir. Mühüm şəhərləri: Kampala Cinca, Mbale, Entebbe və s.

Ümumi ərazisi Aşağı Paleolitdən məskunlaşmışdır. 13–14-cü əsrlərdə yaşayan Kitara-Bunyoro dövləti 16-cı əsrdə Buqanda, Ankole, Karaqve və s. feodal dövlətlərə parçalandı. 19-cu əsrin ortalarında, əraziyə ərəblər köçüb gəlmişlər.19-cu əsrin 2-ci yarısında B. Britaniya, Almaniya və Fransanın ekspansiya obyektinə çevrilmişdir. 1890-cı ildən başlayaraq ərazisində olan dövlətlər B. Britaniyanın protektoratı altına keçməyə başladı. XX əsrin 23–30-cu illərində milli azadliq hərəkatı genişlənmişdi. İkinci Dünya müharibəsindən sonra istiqlaliyyət uğrunda mübarizəyə Milli Konqress(1952-ci ildə yaradılmışdır), sonra isə Uqanda Xalq Konqresi (UXK 1960-cı ildə yaradılmışdır) başçılıq etmişdir. 1962-ci ilin oktyabrında Uqanda müstəqil federativ dövlət elan edildi. A. M. Obote prezident seçildi. 1962-ci ildə BMT-yə qabul olundu. 1962-ildən SSRİ ilə diplomatik əlaqələr saxladı. 1967-ci ilin sentyabrın 8-də respublika elan edildi.1971-ci ildə hərbi çevriliş nəticəsində parlament buraxıldı. Ölkədə general İdi Əminin diktator rejimi quruldu.1979-cu ilin aprelində muxalifətçi qüvvələri birləşdirən Uqanda Milli Azadlıq Cəbhəsi Tanzaniya ordusunun köməyi ilə hakimiyyəti ələ aldı. 1980-ci ilin dekabrında parlament seçkiləri nəticəsində A. M Obote yenidən prezident seçildi.

Siyasi Partiyalar və Həmkarlar İttifaqı

[redaktə | mənbəni redaktə et]
  • Uqanda Demokratik Partiyasi(1956)
  • Uqanda Xalq Konqresi(1960)
  • Uqanda Vətənpərvərlik hərəkatı(1980)
  • Uqanda Milli Azadlıq Cəbhəsi(1979)
  • Uqanda Həmkarlar İttifaqının Milli Cəmiyyəti(1974)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]