Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eklogit
Eklogit — qranat və piroksendən (omfasit) və bir qədər kianit, çöl şpatları, amfibol, sfen və b. ibarət, kimyəvi tərkibinə görə qabbro-noritə uyğun olan kristallik dənəli, bəzən zəif şistləşmiş massiv süxur. Eklogit qabbro-bazalt tərkibli olub, iki mineraldan – monoklinik piroksendən və qırmızı, qırmızı-qonur qranatdan ibarətdir. Onlarda plagioklaz olmur. Bəzi alimlər onu yüksək təzyiq və temperaturda yaranan metamorfik süxur, başqaları isə qabbronun abbisal fatsiyası olan maqmatik süxur hesab edirlər. Kimyəvi tərkibinə görə eklogit qabbro noritə uyğundur və xüsusi çəkisinin daha yüksək (3,35–4,2 q/sm3) olması ilə fərqlənir. Amfibolit və qranulit fatsiyalarına məxsus, nisbətən az metamorfikləşmiş süxurlar içində kiçik qatlar və ya ayrı-ayrı cisimlər əmələ gətirir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Uklon
Uklon — ukraynalı taksi xidməti. Uklon minik, çatdırılma, avtomobillərin idarə edilməsi və digər nəqliyyat xidmətləri təklif edir. Şirkət 2009-cu ildə startap olaraq yaradılıb və hazırda 500-dən çox işçisi var. İT bölməsi Ukrayna bazarındakı ən böyük infrastrukturlardan birinə sahibdir. Uklon Ukraynanın 28 şəhərini əhatə edir. Onlardan ikisində — Xerson və Mariupolda Rusiyanın Ukraynanı işğalından sonra xidmət dayandırılıb. == Tarixi == 2006-cı ildə Dmitri Dubrovski Evos şirkətini təsis edib. O zaman Evos-un 20-yə yaxın işçisi var idi, onlardan Dmitri Dubrovski baş direktor idi. Viktoriya Dubrovski maliyyəyə, Serhi Smus isə satışa cavabdeh idi. Uklon məhsulu Kiyev Mohıla Akademiyasının məzunu, 21 yaşlı riyaziyyatçı Vitali Diatlenko tərəfindən hazırlanıb.