Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri. Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9.
Aletta Ouşen
Aletta Ouşen (ing. Aletta Ocean; 14 dekabr 1987, Budapeşt) — Macarıstan pornoaktrisası. Əsl adı Dora Varqadır (macarca: Dóra Varga). 2006-cı ildə gözəllik müsabiqənin qalibi olduqdan sonra pornoqrafik karyerasına başlamışdır.
Kalium asetat
=== Kaliumasetat === Tibb təcrübəsində əksər hallarda karbon turşularının duzları tətbiq edilir. Adətən, üzvi turşuların duzları asan hidrolizə uğrayır və bir çox hallarda məhlulları qələvi reaksiyalı olur. Oksikarbon turşularının turşuluq xassəsi daha qüvvətlidir, bu xassə α-oksiturşularda özünü xüsusilə göstərir. Tibbdə oksikarbon turşularının duzları (kalsium, dəmir, mis, natrium və s.) tətbiq edilir. Kaliumasetat — CH3COOK Preparatı almaq üçün asetat turşusu (sirkə turşusu) və kalium-hidrokarbonat məhlularını qarışdırıb buxarlandırırlar: CH3COOH + KHCO3 → CH3COOK + CO2 + H2O === Fiziki-kimyəvi xassələri === Kalium-asetat ağ tozdur, iysiz və ya zəif sirkə turşu iylidir, azacıq şor dadlıdır. Hiqroskopikdir, havada mayeləşir. Suda və spirtdə asan həll olur, məhlulları qələvi reaksiyalıdır. === Tətbiqi === Preparat kalium ionlarının mənbəyi kimi orqanizmdə kaliumun azlığında (hipokalemiya) 10–15%-li məhlullar şəklində daxilə qəbul olunur.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. == Fiziki xassələri == Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır == Kimyəvi xassələri == Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir == Tətbiqi == Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Nikel asetat
Nikel(II)asetat — Ni(CH3COO)2 – sirkə turşusunun nikel duzudur. == Fiziki xassələri == Nikel(II)asetat – yaşıl rəngli kristalik maddədir, suda həll olur, kristallohidrat əmələ gətirir. == Alınması == Sirkə turşusunun nikel hidroksidə təsirindən N i ( O H ) 2 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ni(OH)_{2}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+2H_{2}O}}} Sirkə turşusunun nikel karbonata təsirindən N i C O 3 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + C O 2 + H 2 O {\displaystyle {\mathsf {NiCO_{3}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+CO_{2}+H_{2}O}}} == Kimyəvi xassələri == Nikel asetat qızdırdıqda hidroliz prosesi baş verir N i ( C H 3 C O O ) 2 + H 2 O → 100 o C N i ( O H ) 2 ↓ + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {Ni(CH_{3}COO)_{2}+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ Ni(OH)_{2}\downarrow +2CH_{3}COOH}}} == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Alett Siybrinq
Alett Siybrinq (20 mart 1982) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Alett Siybrinq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Ultan qalası
Ultan qalası — indiki İran ərazisində qala-şəhər. Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil ostanının Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir. Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub 33 hektar sahəni əhatə edir. Düzbucaqlının küncləri əsas coğrafi cəhətlərə istiqamətlənmişdir. Qalanı eni 10 m-ə çatan müdafiə xəndəyi əhatə edir. Şəhərin qala divarlarından bayırda cənub-qərb, cənub və şərq istiqamətlərində genişlənən rabad yerləşir. Rabadla birlikdə Ultan şəhər xarabalıqlarının ümumi sahəsi 70 hektara yaxındır. Arxeoloji qazıntılar məhdud miqyasda aparılmış, mədəni təbəqənin stratiqrafiyası müəyyənləşdirilmiş, şəhər istehkamları ilə bağlı bir çox suallara aydınlıq gətirilmişdir. Qalınlığı 5 m-ə çatan mədəni təbəqə yatımında dörd inşaat dövrü müəyyənləşdirilmiş, I və II inşaat qatlarında sasani və ərəb fəthləri dövrünün maddi mədəniyyət nümunələri, III və IV inşaat qatlarında isə IX-XI əsrin əvvəllərinə aid faktik materiallar əldə edilmişdir. İstehkam qalıqlarının tədqiqindən məlum olmuşdur ki, şəhərin ilk qala divarı çiy kərpicdən hörülmüş, qalınlığı 4 m olmuşdur.
Ültan (Pərsabad)
Ültan (fars. اولتان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,610 nəfər yaşayır (810 ailə).
Leqat (Qədim Roma)
Leqat (lat. legatus, legare nümayəndə, təyin etmək mənasını verir) — Qədim Romada digər hökumdarlara və xalqlara göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir.
Saus Plett çayı
Saus Plett çayı (ing. South Platte River) — ABŞ-nın Kolorado və Nebraska ştatlarında çay.
Üləma sultan Təkəli
Ulamə sultan Təkəli (?-?) — qızılbaş əmiri, 1531-ci ildə Osmanlı tərəfinə keçmişdi. == Həyatı == O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu. Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüş ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə işləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapşırılan şahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraşxanasında olan şaha məxsus rəsmlər çəkilmiş çadırı çıxarıb öz başının [üstünə] vurdu. Şah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmış sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı.
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.