Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stevo Pendarovski
Stevo Pendarovski (mak. Стево Пендаровски, 3 aprel 1963, Skopye) — makedoniyalı siyasətçi, Şimali Makedoniya Respublikası prezident seçkiləri namizədi. == Həyatı == Stevo Pendarovski 3 aprel 1963-cü ildə Üskubda dünyaya gəlmişdir. Ali təhsilini Üskup Müqəddəs Kiril ve Metodius Universitetində almış, 1987-ci ildə universitetin hüquq fakültəsini bitirmişdir. Daha sonra yenə eyni universitetdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2008-ci ildən Üskup Amerikan Kolleci Universitetində "Beynəlxalq təhlükəsizlik, xarici siyasət və qlobalizasiya" ixtisası üzrə professor köməkçisi vəzifəsində çalışmaqdadır. == Siyasi fəaliyyəti == 2001–2004-cü illərdə prezident Traykovskinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini icra edən Pendarovski 2004–2005-ci illərdə Dövlət Seçki Komissiyasına rəhbərlik etmişdir. 2005–2009-cu illərdə prezident Zrvenkovskinin xarici siyasət müşaviri olmuşdur. 2014-cü il prezident seçkilərində iştirak edən siyasətçi SDSM-nin namizədi olaraq seçkilərdə müvəffəqiyyətsizlik əldə etmişdir. 2016–2017-ci illərdə millət vəkili olan Pendarovski, 2017-ci ilin noyabr ayından etibarən NATO Milli Koordinatorluq vəzifəsini icra etməkdədir.