Stevo Pendarovski (mak. Стево Пендаровски, 3 aprel 1963[1], Skopye) — makedoniyalı siyasətçi, Şimali Makedoniya Respublikası prezident seçkiləri namizədi.[2]
Stevo Pendarovski | |
---|---|
mak. Стево Пендаровски | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1963[1] (61 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Stevo Pendarovski 3 aprel 1963-cü ildə Üskubda dünyaya gəlmişdir. Ali təhsilini Üskup Müqəddəs Kiril ve Metodius Universitetində almış, 1987-ci ildə universitetin hüquq fakültəsini bitirmişdir. Daha sonra yenə eyni universitetdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2008-ci ildən Üskup Amerikan Kolleci Universitetində "Beynəlxalq təhlükəsizlik, xarici siyasət və qlobalizasiya" ixtisası üzrə professor köməkçisi vəzifəsində çalışmaqdadır[3].
2001–2004-cü illərdə prezident Traykovskinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini icra edən Pendarovski 2004–2005-ci illərdə Dövlət Seçki Komissiyasına rəhbərlik etmişdir. 2005–2009-cu illərdə prezident Zrvenkovskinin xarici siyasət müşaviri olmuşdur. 2014-cü il prezident seçkilərində iştirak edən siyasətçi SDSM-nin namizədi olaraq seçkilərdə müvəffəqiyyətsizlik əldə etmişdir. 2016–2017-ci illərdə millət vəkili olan Pendarovski, 2017-ci ilin noyabr ayından etibarən NATO Milli Koordinatorluq vəzifəsini icra etməkdədir.
2019-cu il aprelin 21-də Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərində iştirak edib. Seçkilərdə üç əsas namizəd- Stevo Pendarovski, Gordana Silyanovska və Blerim Reka mübarizə aparıb. Namizədlərdən hər hansı biri səsvermədə iştirak edən seçicilərin səsinin 50 faizdən çoxunu qazanmayıb. Stevo Pendarovski 42.25 faiz səslə rəqiblərini keçərək,2019-cu ilin mayın 5-də səsvermənin ikinci turunda iştirak edəcək. Makedoniya hakimiyyəti, o cümlədən ölkənin türk icmaları Stevo Pendarovskini müdafiə edirlər.