Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Tsabit
Tsabit (ərəb. تسابيت‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir.
Üştibin
Üştibin (fars. اوشتبين‎) — Şərqi Azərbaycan ostanının Culfa şəhristanında kənd. == Tarixi == Üştibin kəndi Cənubi Azərbaycanın tarixi kəndlərindən biridir. Kəndin məşhur şəxslərindən Seyid Əbülqasım Nəbati yazırdı: == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 653 nəfər yaşayır (145 ailə). == Məşhur şəxsiyyətləri == Əbülqasım Nəbati Əmir Heşmət Nisari Həsən Göhvər Haeri == Mənbə == Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh.
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sibiu
Sibiu (almanca: Hermanştat, macarca: Nagyszeben) — Rumıniyada Transilvaniya regionunda şəhər, Sibiu administrasiya əyalətinin mərkəzi. Əhalisi 171,5 min nəfərdir (2002). Sibiuda məşhur alman şairi Oskar Pastior anadan olmuşdur.
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Uşişir adaları
Uşişir adaları (rus. Ушишир) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adalar qrupu iki adadan ibarətdir:Yakiç və Ruyponkitya. Adaların ümumi sahəsi 5 km² təşkil edir. Adalar qayalıqlardan ibarətdir. Burada bir çox quşlar yuva qurur (ağılsızlar, qarabatdaqlar, ördəklər və s.). Adalara vaxtı ilə tülkü gətirilmişdir. Hazırda sayları azdır.
Şirbit (Əhər)
Şirbit (fars. شيربيت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (28 ailə).
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sabit xərclər
Sabit xərclər — istehsal olunan məhsulun miqdarından asılı olmayan, istehsal prosesi dayansa belə mövcud olan xərclərdir.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Sabit Əliyev
Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. == Həyat və fəaliyyəti == 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır, hansı ki, ilk üç kitabında təəssüratını tapıb. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü. 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür. === Ailəsi === 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib , üç uşagi var.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Sibir nərəsi
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Sibir porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Sibir qramafonçiçəyi
Sibir qramafonçiçəyi (lat. Ipomoea sibirica) - i̇pomeya cinsinə aid bitki növü.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Sibir sidrağacı
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. == Arealı == Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. == Sinonim == Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Sibir sinanxumu
Cynanchum sibiricum (lat. Cynanchum sibiricum) - cynanchum cinsinə aid bitki növü.