Sibir məhkumluğu

Buraxılan yapon müharibə əsirləri 1946-cı ildə Yaponiyaya qayıdırlar (Mayzuru, Kioto prefekturası).

SSRİ-də yapon müharibə əsirləriİkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu?) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir.[1] Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür.[2][3][4][5]

Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər.[6] SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər.

Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.

Hazırda keçmiş yapon müharibə əsirləri və onların ailə üzvlərindən ibarət təxminən 60 assosiasiya mövcuddur. SSRİ müharibə əsirlərinin siyahısını buraxmamışdır və əsirlikdə ölən müharibə əsirlərinin yaxınlarına onların dəfn olunduqları yerləri ziyarət etmələrinə icazə verməmişdir. Bu, ancaq SSRİ-nin dağılmasından sonra mümkün olmuşdur.[7]

İl Buraxılan məhkumlar Qeydlər
1946 18.616
1947 166.240
1948 175.000
1949 97.000 971-i Çinə transfer edilmişdir.
1950 1,585 2.988-i SSRİ-də qalmışdır.

SSRİ-də tutulan yaponların böyük əksəriyyəti özlərini "müharibə əsiri" deyil, "tərksilah edilmiş əsirlər" hesab edirdilər. Çünki onlar Yaponiyanın rəsmi kapitulyasiyasından, başqa sözlə, hərbi konfliktin başa çatmasından sonra silahlarını könüllü şəkildə endirmişdilər. Döyüşdə ikən əsir götürülən yaponların sayı xeyli az idi.[7]

Kvantun ordusunun Mancuriyada SSRİ tərəfindən məğlub edilməsindən sonra yapon müharibə əsirləri Mancuriya, Koreya, Cənubi SaxalinKuril adalarından Primorsk diyarına, Xabarovsk diyarına, Krasnoyarsk diyarına, Qazaxıstana (Cənubi Qazaxıstan vilayəti və Cambul vilayəti), Buryat-Monqol MSSR-na və Özbəkistan SSR-na göndərilmişdirlər. 1946-cı ildə GUPVİ tərəfindən nəzarət olunan yapon müharibə əsirləri üçün nəzərdə tutulan 49 əmək düşərgəsində təxminən 500.000 məhbus var idi. Bundan əlavə, 2 düşərgə müxtəlif cinayətlər törədənlər üçün nəzərdə tutulmuşdu.

Yapon müharibə əsirlərindən istifadə SSRİ Dövlət Müdafiə Komitəsinin 23 avqust 1945-ci il tarixli və 9898cc saylı "Yapon ordu müharibə əsirlərinin qəbulu, uyğunlaşdırılması və istifadə edilməsi haqqında" (rus. "О приеме, размещении, трудовом использовании военнопленных японской армии") olan qərara əsasən həyata keçirilmişdir.

Yapon əsirlərin böyük əksəriyyəti Baykal-Amur magistralının tikintisində (200.000 əsir, 8 düşərgə), Komsomolsk-na-Amuredə iki dəmiryolu xəttinin tikintisində (2 düşərgə), Sovetskaya Qavanda, Rayçixinsk dəmiryol stansiyasında (Xabarovsk diyarı), İzvestkovaya dəmiryol stansiyasında (Xabarovsk diyarı), Krasnaya Zaryada (Çita vilayəti), TayşetdəNovo-Qrişinoda (İrkutsk vilayəti) işlədilmişdir.[4]

Yapon müharibə əsirlərinin qaytarılması 1946-cı ildə başlamışdır.

1950-cı ildən sonra qalanları müxtəlif cinayətlərə görə məhkum etmişdirlər. Bu şəxslərin buraxılması 1953-cü ildə müxtəlif amnestiyalar ilə başlamışdır. 23 dekabr 1956-cı ildə 1025 nəfər yapon müharibə əsirindən ibarət sonuncu böyük qrup buraxılmışdır.[4] Bundan sonra bəzi yapon müharibə əsirləri kiçik qruplar şəklində buraxılmağa davam etmişdir. Bəziləri ancaq 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra azad edilmişdir. Bir neçə on il ərzində buraxılmayan bəzi yapon müharibə əsirləri burada evləndikləri və ailə sahibi olduqları üçün Yaponiyaya qayıtmaqdan imtina etmişdirlər.[8][9]

Mövzunun ilk araşdırmaçılarından, İrkutsk Dövlət Universitetinin tarix fakültəsinin dekanı S.Kuznetsov minlərlə məhkumla görüşmüş və sonda bu fikirləri səsləndirmişdir:

" "Sibir məhkumluğu" (yapon termini) unikal və paradoksal fenomen idi. Onların çoxunun həyatlarının bu dövrünə dair nostaljik və sentimental xatirələrə malikdirlər. Onlar öz xatirələrində Sovet dövlət maşını ilə adi rus xalqının onlara münasibətlərini fərqləndirirdilər. Almanlardan fərqli olaraq yaponlar Rusiya torpaqlarında nasist zülmkarlığı ilə qəbul edilmədilər, baxmayaraq ki, Sovet təbliğatının təsiri altında ruslar əvvəlcə yaponlara düşmən münasibəti bəsləyirdilər. Yapon məhkumlarla rus qadınları arasında romantik münasibətlər də nadir deyildi. Məsələn, Krasnoyarsk diyarının Kansk şəhərində təxminən 50 yapon yerlilərlə evlənmiş və burada qalmışdılar. Yaponlar Rusiya xalqının ümumi yoxsulluğunu dərk etmişdilər. Onlar həmçinin o dövrdə Sibirdə mövcud olan QULAQ məhbus düşərgələrindəki Sovet siyasi məhbusları ilə görüşmüşdülər və Sovet sistemini yaxşı başa düşmüşdülər. Onların hamısı məcburi gündəlik "demokratiya elmləri" dərsləri sayəsində ideoloji təbliğatla tanış olmuşdular, lakin çox az qismi kommunizmi mənimsəmişdir.
S.Kuznetsov
"
SSRİ-də yerləşən yapon müharibə əsiri düşərgələrinin yerlərini göstərən xəritə.

Lakin bir çox məhkum Kuznetsovun fikirləri ilə razı deyil və şəxsi mülkün oğurlanması, düşərgədəki zorakı davranışlar, sərt qışlar və çox ağır məcburi əməklə bağlı pis xatirələri var.[10] Bu tənqidçilərdən biri buraxıldıqdan sonra Yaponiyada məşhur müğənni olan Haruo Minami olmuşdur. Minami əmək düşərgəsindəki pis təcrübələrinə görə tanınmış antikommunist olmuşdur.

Yaponların çoxu SSRİ tərəfindən işğal olunmuş Mancuriyada (şimal-şərqi Çin) tutulmuş və SSRİ-dəki düşərgələrə göndərilmişdir. Yaponların çoxu bu düşərgələrdə ölmüşdürlər. Ölüm sayı rəsmi SSRİ mənbələrinə görə 60.000 nəfərdir. 1956-cı ilin dekabrına kimi (müharibədən 11 il sonra) bəzi məhkumlar buraxılmışdır. ABŞ tarixçisi Uilyam F.Nimmoya görə isə bu say 347.000 (254.000 ölü, 93.000 itkin) nəfər təşkil edir. SSRİ-nin rəsmi ölü sayı statistikası və SSRİ işğalı zamanı itkin düşən yaponların sayı arasındakı böyük fərq hələ də Yaponiyada siyasi və diplomatik çəkişmə mövzusudur.

Keçmiş Yaponiya Sağlamlıq və Rifah Nazirliyi, hazırda isə Yaponiya Əmək, Sağlamlıq və Rifah Nazirliyi tərəfindən nəşr olunmuş iki xəritədən ibarət xəritəyə görə SSRİ-də yapon müharibə əsirləri üçün 70-dən çox əmək düşərgəsi var idi.

Keçmiş SSRİ-nin hökumət qeydlərini əldə etmək çətin olduğundan, rəqəmlər keçmiş müharibə əsirlərindən və Yaponiya Əmək, Sağlamlıq və Rifah Nazirliyindən əldə olunur. Yaponiya hökuməti SSRİ-də ölən yapon müharibə əsirlərinin cəsədlərini məzarlarından çıxarmağa davam etdiyindən rəqəmlərdə dəyişiklik ola bilər.

Xabarovsk mərkəzi qəbiristanlığında dəfn olunmuş yapon müharibə əsirləri.

Hal-hazırda keçmiş müharibə əsirləri tərəfindən qurulmuş assosiasiyalar müharibə dövründə onlara qarşı olan davranışlara görə kimpensasiya və Yaponiya hökumətindən təqaüd tələb edir.[11] Rusiyada qalmağı seçənlər, daha sonra qayıtmaq istəyənlər isə Yaponiya bürokratiyası ilə üzləşməli olmuşdurlar. Əsas problem onların statuslarının sənədləşdirilməsidir. 77 yaşlı keçmiş müharibə əsiri Toşimasa Mequro Yaponiyanı ancaq 1998-ci ildə ziyarət etmişdir. O, 8 il əmək düşərgəsində qalmış, buraxıldıqdan sonra isə Sibirdə qalması əmr edilmişdir.[12] Qazaxıstanda yaşayan sonuncu yapon müharibə əsiri isə Tetsuro Ahikodur.[13]

Yapon müharibə əsirləri Sibir və Rusiyanın Uzaq Şərqindəki tarixçilər üçün əsas mövzulardan biri olmuşdur.[14] Bir çoxu müxtəlif regionlardakı Sovet müharibə əsirlərindən bəhs edən dissertasiyalar hazırlamışdır.[4] 2000-ci ildə içində yaponlar haqqında xeyli məlumat olan SSRİ-dəki müharibə əsirlərindən bəhs edən sənədlər kolleksiyası nəşr olunmuşdur.[4] 2000-ci illərdə Rusiyada yapon müharibə əsirlərindən bəhs edən bir neçə kitab buraxılmışdır.[15][16][17] Yaponiyada isə SSRİ-dəki yapon müharibə əsirlərinin təxminən 2000 memuarı nəşr olunmuşdur.[10]

Yapon müharibə əsirləri populyar mədəniyyətdə də mövzu olmuşdur. 1976-cı ildə yapon yazıçı Toyoko Yamasaki "Batmış torpaq" adlı roman yazmışdır. Roman Mancuriyada tutulan bir yapon ordusu zabitinin əsirliyindən və daha sonra ölkəsinə qayıdıb biznesmen olmasından bəhs edir. Roman əsasında 1 film, 2 serial çəkilmişdir. Masaki Kobayaşinin "İnsan şəraiti" epik film trilogiyasının sonuncu hissəsi SSRİ-dəki müharibə əsirlərindən bəhs edir. Kiuçi Nobuo özünün Sovet düşərgələrindəki xatirələrindən bəhs edən "The Notes of Japanese soldier in USSR" adlı onlayn komiks seriyası hazırlamışdır. 2011-ci il istehsalı Cənubi Koreya filmi "Mənim yolum" SSRİ müharibə əsiri düşərgələrinə düşən yapon və koreyalılardan bəhs edir.

  1. "シベリア抑留、露に76万人分の資料 軍事公文書館でカード発見". Sankeishinbun. 24 July 2009. 26 July 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 September 2009.
  2. Japanese POW group says files on over 500,000 held in Moscow Arxivləşdirilib 2008-01-24 at the Wayback Machine, BBC News, 7 March 1998
  3. UN Press Release Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine, Commission on Human Rights, 56th session, 13 April 2000.
  4. 1 2 3 4 5 POW in the USSR 1939–1956:Documents and Materials Arxiv surəti 2 noyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2 noyabr 2007 at the Wayback Machine Moscow Logos Publishers (2000) (Военнопленные в СССР. 1939–1956: Документы и материалы Науч.-исслед. ин-т проблем экон. истории ХХ века и др.; Под ред. М.М. Загорулько. – М.: Логос, 2000. – 1118 с.: ил.) ISBN 5-88439-093-9
  5. Anne Applebaum Gulag: A History, Doubleday, April 2003, ISBN 0-7679-0056-1; page 431.Introduction online Arxiv surəti 13 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 13 oktyabr 2007 at the Wayback Machine)
  6. Ulrich Straus. "The Anguish of Surrender: Japanese POWs of World War II Arxiv surəti 8 iyul 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 8 iyul 2007 at the Wayback Machine". Seattle and London: University of Washington Press, 2003. ISBN 978-0-295-98336-3.
  7. 1 2 Japanese POW in the USSR Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine  (rus.)
  8. "Arxivlənmiş surət". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
  9. "Arxivlənmiş surət". 2013-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
  10. 1 2 Russia in the Eyes of Japanese Internees Arxiv surəti 29 yanvar 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 29 yanvar 2008 at the Wayback Machine  (rus.)
  11. Japanese, Korean, Dutch POWs to hold meeting in Tokyo Arxiv surəti 22 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2 noyabr 2007 at the Wayback Machine
  12. "Japan's Blossoms Soothe a P.O.W. Lost in Siberia", New York Times, 12 April 1998
  13. Noorbakhsh, Sarah. "The last Japanese man remaining in Kazakhstan: A Kafkian tale of the plight of a Japanese POW in the Soviet Union". Japan Subculture Research Center. 7 February 2011. 20 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2011.
  14. Internment of Japanese in the USSR in Soviet and Russian historiography Arxiv surəti 26 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 26 oktyabr 2007 at the Wayback Machine  (rus.)
  15. Kasatonova E.L. (2003) "Japanese POW in the USSR: A Big Game of Great Powers" (Yaponskiye voyennnoplennye v SSSR: Bolshaya igra velekikh derzhav) ISBN 5-89282-218-4  (rus.)
  16. Bondarenko, E. Yu. (2002) "Foreign POWs in the Russian Far East, 1914–1956" ISBN 5-7444-1326-X  (rus.)
  17. Kasatonova, E. L. (2005) "The Last Prisoners of the World War II: Little Known Pages of the Russia-Japan Relations" ISBN 5-89282-258-3  (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]