Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hüşün Ağdaş rayonunun Kükəl inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Dzosotın-Elisun
Dzosotın-Elisun, həmcinin Kurbantonqut və ya Qurbantyonqyot — Çinin sahəsinə görə ikinci böyük səhradır. Dzosotın-Elisun Cunqariyanın mərkəzində qərarlaşır. Dzosotın-Elisun monqol kökənli sozdür Qumlu səhranın sahəsi 45 000—50 000 km² təşkil edir. Ərazisinin 38 000 km² barxanlarla örtülüdür. Digər hissəsi isə gilli düzənliklərdən ibarət olub, takırlarla zəngindir. Barxanlar meridional istiqamətdə uzanlr və hündürlüyü 30 metrə çatır. Şimal hissəsədə isə hündürlük 100 metrdir. Ərazisində yovşan və saksaul biktiləri bitir. Takırların arasında yulğun bitsə də kolluqlar geniş ərazini əhatə etmir. Səhra dəvə və qoyunlar üçün otlaq rolu oynayır.
Knut Hamsun
Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859[…] – 19 fevral 1952[…]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır. Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü.
Mayk Hikson
Mayk Hikson (d. 16 iyul 1994) — ABŞ-lı suya tullanan. Mayk Hikson ABŞ-ni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mayk Hikson birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 330.00 xal toplayaraq 17-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Səlim Hassun
Səlim Hassun — iraqlı jurnalist. == Haqqında == Səlim Hassun Mosul şəhərində anadan olub. O, bir çox vəzifələrdə çalışıb. O, 1918-ci ildə "Mosul" qəzetinin baş redaktoru, "Əl Aləm Əl Ərəbi"nin isə məsul redaktoru, Osmanlı idarəsindəki Mosulda alman kitabxanasında müdir işləyib. Daha sonra təhsil sahəsində fəaliyyət göstərib, ingilis işğalı dövründə Mosulda maarif müfəttişi, 1919-cu ildə "Nadi Əl İlmi"nin baş redaktoru işləyib. Səlim Hassun Bağdada getdikdən sonra milli hökumət dövründə "Əl Aləm Əl Ərəbi" nəşrini çap etdirib.
Hisuy Haza
Hisuy Haza (d. 16 mart 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hüşün bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kişin Şinoyama
Kişin Şinoyama (篠山 紀信, Şinoyama Kişin, doğum adı Miçinobu Şinoyama; 3 dekabr 1940[…], Yodobaşi[d] – 4 yanvar 2024, Tokio) – Yaponiya fotoqrafı. O, Con Lennon və Yoko Ono üçün çəkdiyi fotolara görə tanınır. Yazıçı Yukio Mişima, müğənni Momoe Yamaquçi, aktrisa Rie Miyazava və kabuki aktyoru Bando Tamasaburo kimi müxtəlif tanınmış Yaponiya şəxslərinin fotolarını çəkmişdir. == Həyatı və karyerası == 1940-cı ildə Tokio şəhərində doğulmuşdur. Nihon Universitetinin İncəsənət Kollecinin fotoqrafiya kursunda təhsil aldıqdan sonra fotoqraf kimi fəaliyyət göstərməyə başlamışdır. Reklam agentliklərinin birində işlədikdən sonra 1968-ci ildə frilanser fotoqraf olmuşdur. 1970-ci ildə Yukio Mişimanın istəyi ilə onun ölümündən öncə son fotolarını çəkmişdir. Con Lennon və Yoko Ononun öpüşmə anını əks etdirən fotosu cütlüyün 1980-ci ildə buraxılmış "Double Fantasy" albomunun üz qapağı olmuşdur. Jurnallar, albomlar və foto antologiyaların üzlükləri üçün dövrünün bir çox ulduzunun fotoları çəkmişdir. 1970-ci illərdə ortaya çıxmış "qekişa" (risk fotoqrafiyası) terminin müəllifi olmuşdur.
Baç-Kişkun (medye)
Baç-Kişkun (mac. Bács-Kiskun) — Macarıstanda medye, Tisza və Tuna çayları arasındakı Cənub Alfölddə yerləşir. İnzibati mərkəzi — Keçkemet. Baç-Kişkun Baranya, Tolna, Feyer qərbdə (Dunay ilə); Medye Peşt şimalda, Yas-Nadkun-Solnok və Çonqrad şərqdə sərhəddir. Cənubda isə Serbiya dövləti ilə sərhəddir. == İnzibati bölgü == === Yaraşlara bölünməsi === == Rayonlara bölünməsi == == Xarici keçidlər == Vikianbarda Baç-Kişkun (medye) ilə əlaqəli mediafayllar var.
Zlata Kolariç-Kişur
Zlata Kolariç-Kişur (xorv. Zlata Kolarić-Kišur; 29 oktyabr 1894, Slаvоnski-Brоd, Transleytaniya – 24 sentyabr 1990, Zaqreb) — Xorvat yazıçısı. == Haqqında == Kolariç-Kişur Slavonski Brodda anadan olub. Lakin sonradan ailəsi ilə birlikdə Pojeqaya köçüb. O uşaqlığını "Moja Zlatna Dolina" (Mənim Qızıl vadim) adlı əsərində təsvir edir. O, 1919-cu ildən 1990-cı ilə qədər Zaqrebdə yaşayıb. O Hinko Kolariç Kişur ilə evlənib. 24 sentyabr 1990-cı ildə Zaqrebdə 96 yaşında vəfat edib. == Əsərləri == Bizim şən dünyamız (1933) Uşaq yalanından (1935) Gülün, uşaqlar!