Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hürmüz
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. == Yaradıcı kimi == Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. == Sənəviyyani Məzdai == Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Huttum acutangulum
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
I Hürmüz
I Hürmüz — 272 - 273 illər arasında İrandaki Sasani dövlətinin şahı. == Həyatı == I Şapurun (241-272) oğluydu. Atasına bağlı olaraq Xorasan valilsi olmuşş və Romaya qarşı savaşlarda iştirak etmişdir. Pəhləvi dilində yazılmış olan I Ərdəşirin (226-241) tarixindəki İran adsətlərinə görə, I Hürmüz bir Fars şahzadəsi olan Mithrakın oğludur. Ərdəşir, münəccimlərin Mithrakın qanından Fars İmperatorluğunu əski halına gətirəcək birinin gələceyini söyləmələri görə, Mithrakın ailəsini ortadan qaldırmıştı. Sadəcə, bir kəndli tərəfindən gizlədilən bir qızı qalmışdır. I Şapur bunu görür və onunla evlənir. Buna görə Ərdəşir, I Hürmüzü qəbul edir. ət-Təbəridə də qismən qorunan bu əfsanəyə görə, I Şapurun böyük fəthləri I Hürmüzə keçmişdir. Əslində hökmdarlığı sadecə bir il və on gün sürmüşdü.
Seyfəddin Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. == Həyatı == Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.
Euseius hutu
Euseius hutu (lat. Euseius hutu) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari
Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari (ərəb. أبوالحتوف بن حَرث (الحارث) الأنصاری‎) — Kərbəla döyüşündə şəhid. == Nəsil == O, həmçinin Əbu əl-Hütuf Sələmə ibn əl-Hərs əl-Ənsari əl-Əclani kimi tanınırdı və atasının adı əl-Hərs ibn Sələmə əl-Ənsari əl-Əclani idi. Əbu əl-Hütuf Kufədən idi, Bəni-Əclan qəbiləsindən, Kufədəki xəvariclərdən və Mədinədə ənsardan olan Xəzrəc qəbiləsindən idi. == Hüseyn ibn Əliyə qoşulması == Əbu əl-Hütuf və qardaşı Səd ibn əl-Hərs Hüseynlə döyüşən Ömər ibn Sədin ordusunun bir hissəsi idi. Aşura günü Hüseynin iki nəfəri olan Süveyd ibn Əmr ibn Əbu Mutə və Bəşir ibn Əmr əl-Hədramidən başqa bütün səhabələri şəhid olduğu zaman Hüseyn kömək istədi. Əbu əl-Hütuf və qardaşı Səd Hüseynin çağırışını və Məhəmməd peyğəmbərin ailəsindən olan qadın və uşaqların fəryadını eşidəndə dedilər: “Hökm yalnız Allaha məxsusdur və biz günah edənə itaət etmirik. Bu, Peyğəmbərimizin qızının oğlu Hüseyndir. Onun əsgəri olmadığı halda, Qiyamət günü babasının şəfaətinə ümid bəslədiyimiz halda, onunla necə döyüşə bilərik?” Bu zaman qılınclarını çəkib Hüseynin ordusuna tərəf keçdilər. Üç nəfəri öldürdükdən və bir neçə nəfəri yaraladıqdan sonra hər ikisi bir yerdə şəhid oldular.