Seyfəddin Qutuz

Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə QutuzBahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir.

Seyfəddin Qutuz
ərəb. المظفر سيف الدين قطز
1259 – 1260
ƏvvəlkiNurəddin Əli
SonrakıI Baybars
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xarəzmşahlar dövləti
Vəfat tarixi
Vəfat səbəbi Sui-qəsd
Dəfn yeri
Vətəndaşlığı Әyyubi Sultanlığı
Məmlük dövləti
Fəaliyyəti rəhbər[d]
Atası Mamdud ibn Mahmud
Anası Xan Sultan
Dini sünni islam
Hərbi xidmət
Xidmət illəri 1249-1260
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-MənsurəFəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi. Qutuzla birgə hakimiyyəti öz aralarında sultanın atabəyi Səncər əl-Hələbi və Bahrilərin rəisi Səncər əl-Hatmi paylaşırdı. 1259-cu ildə Qutuz sultan oldu. Monqol xanı Hülakü xan Məmlüklərə savaş açır. Bu isə bütün İslam aləminə savaş açmaq idi, çünki məmlüklərin paytaxtı Qahirə həm də Xilafətin mərkəzi idi. Bunu nəzərə alan Sultan Qutuz Əmir Baybars ile döyüşə hazırlaşır və iki ordu 3 sentyabr 1260-cı ilde Əyn Cəlludda qarşılaşdı. Monqol komandiri Ketboğa noyon öldürüldü, savaş məmlüklərin qələbəsi ilə başa çatdı. 24 oktyabr 1260-cı ildə isə Qutuz Bahrilər tərəfindən öldürüldü. Hər nə qədər Qutuzu qətl edənin Baybars olduğu dəyilsə də, bu daha az bilinən məmlük əmiri Ənəs Silahdarın işidir.