Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çetine
Çetinye (mont. ,serb. Цетиње/Cetinje) — Monteneqroda şəhər. Monteneqro konstitusiyasına görə, Çetinye Podqoritsa ilə birlikdə ölkənin "paytaxtlarından" biridir: burada prezidentin rəsmi iqamətgahı və Monteneqro Mədəniyyət Nazirliyi yerləşir. Şəhər vahid idarəetmə orqanı olmayan üç ayrı bələdiyyənin konqlomeratından ibarətdir. Ölkənin altıncı böyük şəhəri olan Çetinyenin əhalisi 14 min nəfərdir (2011).Lovçen massivinin ətəyi, dağarası hövzədə yerləşir. Avropanın ən yağışlı şəhərlərindən biridir. Zeta knyazı İvan Çernoyeviç tərəfindən 1484-cü ildə şəhərdə qurulan Çetinye monastırıMonteneqro şəhər rahiblərinin iqamətgahı oldu, daha sonra Monteneqro-Primorsk mitropolitinin kafedrası buraya köçrüldü və türk fəthçilərinə qarşı müqavimət mərkəzlərindən biri oldu. 1878 — 1918-ci illərdə müstəqil Monteneqronun paytaxtı olmuşdur. 1929 — 1941-ci illərdə Yuqoslaviya Krallığının Zeta banovinasının inzibati mərkəzi olmuşdur.
Çətənə
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Cenia
Cotula (lat. Cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Tenge
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Tengə
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.
Cənizə (Urmiya)
Cənizə (fars. جنيزه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (10 ailə).
FK Utenis
FK Utenis (Litva dilində-Futbolo klubas "Utenis") — Litvanın futbol klubu. Utena şəhərində yerləşir. 1933-cü ildə yaranan komanda. Utenis stadionunda keçirir.
Kənaf (Çətənə)
Otenio Abel
Otenio Lotar Frans Anton Lui Abel (alm. Othenio Lothar Franz Anton Louis Abel‎; 20 iyun 1875[…], Vyana – 4 iyul 1946[…]) — Avstriya paleontoloqu və təkamülçü bioloqu. O, SSRİ EA-nın fizika-riyaziyyat şöbəsinin biologiya elmləri (paleontologiya) kateqoriyası üzrə xarici müxbir üzvü (1927) olmuşdur. Abel 1900-cü ildə Vyanada Milli Geoloji Xidmətdə işə düzəlmiş, 1902-ci ildə dosent olmuşdur. O, 1912–1917-ci illərdə Vyana Universitetində paleontologiya və 1917–1934-cü illərdə paleobiologiya professoru olmuş, sonra 1935-ci ildən Göttingen Universitetinin professoru olmuşdur. O, əsasən paleontoloji məzmunlu çoxlu sayda əsərlərin müəllifidir. Abel "Onurğalıların paleobiologiyasının əsasları" (1912) əsərində fosil onurğalıların həyat tərzini, yəni onların hərəkət rejimini, qidalanma rejimini, yaşayış yeri və s. başa düşməyin yollarını araşdırmışdır. Onun digər əsərlərində də filogenetik və ekoloji problemlər mərkəzi yer tutur. Abelin paleontoloji tədqiqatları ilə bir sıra məməlilərin, xüsusən dəbalinakimilər və sirenlərin filogeniyasına mühüm töhfələr vermişdir.
Utenis FK
FK Utenis (Litva dilində-Futbolo klubas "Utenis") — Litvanın futbol klubu. Utena şəhərində yerləşir. 1933-cü ildə yaranan komanda. Utenis stadionunda keçirir.
Çətənə kəndiri
Kənafabənzər kəndir (lat. Apocynum cannabinum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin kəndir cinsinə aid bitki növü. Apocynum album Greene Apocynum angustifolium Wooton [Illegitimate] Apocynum arenarium Greene Apocynum bebbianum Greene Apocynum bolanderi Greene Apocynum breweri Greene Apocynum canadense Shecut Apocynum cannabinum var. album (Greene) Bég. & Belosersky Apocynum cannabinum var. album (Greene) F.C. Gates Apocynum cannabinum var. angustifolium N.H.Holmgren Apocynum cannabinum f. arenarium (Greene) B.Boivin Apocynum cannabinum var. bolanderi (Greene) Bég. & Belosersky Apocynum cannabinum var.
Ştənde (Baltas)
Ştənde (rus. Штанды, başq. Штәнде) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Ştənde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 18 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 83 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99%) üstünlük təşkil edir.
Qazaxıstanda çətənə
Qazaxıstanda çətənə — qanunsuz narkotiklərə aid edilir. Onun istifadəsi, saxlanması, yayılması və istehlaka sövq edilməsinə görə Respublika Cinayət Məcəlləsinin 296, 297, 298, 299-cu maddələrinə uyğun olaraq cinayət məsuliyyəti nəzərdə tutulur. 300-cü maddə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsinə görə də cəza nəzərdə tutur. Çuy vadisi, çöl çətənəsinin böyüdüyü məkandır. Ölkə ərazisində, xüsusən də Çuy vadisində çoxlu miqdarda psixotrop xüsusiyyətlərə malik yabanı çətənə bitkisi bitir ki, onun əsasında 5000 tona yaxın marixuana və 40 ton həşiş istehsal oluna bilər. Mədəni çətənə Jambil vilayətində, eləcə də Qazaxıstanın digər bölgələrində, məsələn, Qızılorda və Almatı vilayətlərində yetişdirilir. Çətənənin Rusiyaya tranziti respublika ərazisindən həyata keçirilir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, marixuananın 93%-i ölkəyə Qazaxıstandan gətirilir.
Çənə
Çənə — ağız ətrafında yerləşən, çeynəmə funksiyasını yerinə yetirən sümükdür. Çənə iki hissədən ibarətdir: alt çənə və üst çənə. Üst çənə (lat. maxilla) kəllə beyinə birləşir. Alt çənə isə çənə qovşağı vasitəsilə kəllə beyinə bağlıdır. Çənə qovşağı insan orqanizmində iki tərəfli hərəkət edən yeganə birləşmədir. Məməlilərdə o, həm aşağı-yuxarı, həm də sağa-sola hərəkət edir. Çənənin bağlanmasını yerinə yetirən əzələlər olduqca möhkəmdir. Bununla yanaşı çənəni açan əzələlər olduqca zəifdirlər. İnsanda və bir çox heyvanlarda çənənin açılmasına Yerin cazibə qüvvəsi kömək edir.
Cene
Cene (it. Cene) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) şimal-şərqdə yerləşir. Əhalisi 3927 nəfər, əhalinin sıxlığı 491 nəfər/km²-dir. Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 035.
Amesia tenii
Epipactis tenii
Helleborine tenii
Lolium tenue
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Ateni (Gürcüstan)
Ateni (gürcücə: ატენი) — Gürcüstanda, Tana çayının vadisində, çayın hər iki sahilində yerləşən orta əsr şəhəri olmuşdur. Ateni XI əsrdə gürcü kralı IV Baqrat tərəfindən yaradılmışdır. Şəhər ətrafındakı üç qala ilə mühafizə edilirdi. Bu qalalar Ateni qalası, Vere qalası və Dektsihe qalası adlanırdı. Ateni, XIII-XVII əsrlər boyu ölkədə mühüm ərazi sayılırdı. Lakin XVIII əsrdən etibarən onun əhəmiyyəti azalmağa başlamış və şəhər tədricən kəndə çevrilmişdir. Bu gün Ateni regionunda iki gürcü kəndi yerləşir: Didi Ateni və Patara Ateni. Orta əsrlərə məxsus olan Ateni Sioni kilsəsi Qori şəhərindən 7 kilometr cənubda, Didi Ateni kəndinin ərazisində yerləşir.
Püje-Tenye
Püje-Tenye (fr. Puget-Théniers) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Püje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,76 km², əhalisi — 1836 nəfərdir (2006) artım tendensiyası ilə: 1840 nəfər (2012), əhalinin sıxlığı 188,5 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1820 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1840 nəfər.
Steni Hoyər
Steni Hamilton Hoyər (14 iyun 1939, Nyu-York, ABŞ) — Amerikalı siyasətçi və təqaüdçü vəkil. Merilend ştatının 5-ci konqres dairəsi üzrə ABŞ nümayəndəsi (1981-ci ildən). DC Hoyer Merilend konqres nümayəndə heyətinin dekanı. Nümayəndələr Palatasının ən yüksək səviyyəli Demokratı. ABŞ Nümayəndələr Palatasının partiya lideri (2007–2011 və 2019–2023-cü illərdə).