Ateni (Gürcüstan)

Ateni (gürcücə: ატენი) — Gürcüstanda, Tana çayının vadisində, çayın hər iki sahilində yerləşən orta əsr şəhəri olmuşdur. Ateni XI əsrdə gürcü kralı IV Baqrat tərəfindən yaradılmışdır. Şəhər ətrafındakı üç qala ilə mühafizə edilirdi. Bu qalalar Ateni qalası, Vere qalası və Dektsihe qalası adlanırdı. Ateni, XIII-XVII əsrlər boyu ölkədə mühüm ərazi sayılırdı. Lakin XVIII əsrdən etibarən onun əhəmiyyəti azalmağa başlamış və şəhər tədricən kəndə çevrilmişdir.[1]

Ateni
41°54′ şm. e. 44°06′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub XI əsr
Xəritəni göstər/gizlə
Ateni xəritədə
Ateni
Ateni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu gün Ateni regionunda iki gürcü kəndi yerləşir: Didi Ateni və Patara Ateni. Orta əsrlərə məxsus olan Ateni Sioni kilsəsi Qori şəhərindən 7 kilometr cənubda, Didi Ateni kəndinin ərazisində yerləşir.

Ateni kilsəsi
  1. D. Berdzenişvili, "ატენი" - Gürcü Sovyet Ansiklopedisi, 1. cilt, s. 666.