Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sesto San Covanni
Sesto San Covanni (it. Sesto San Giovanni) — İtaliyanın Lombardiya regionunda şəhər.
Dəstor
Dəstor — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Dəstor Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçıların ehtimalına görə, oykonim kəndin ilk sakinlərinin Zərdüşt dininə mənsubiyyəti ilə əlaqədardır və fars dilindəki dəstor (calma, əmmamə) sözündəndir. Əslində, toponim Dəstor coğrafi adının yerli tələffüz formasıdır. == Etimologiyası == Coğrafi ad talış dilində Dasthore sözündən olub "əl daşı dəyirmanı" mənasındadır.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. == Həyatı == 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsrani (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Sesoto
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770–1777. Flora Anglicana… — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774. The Gardener's Pocket Calendar, 1774.
Şəmşoy
Şəmşioğlu və ya Şəmşiöyü — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Sesyo
Sesyö (fr. Cessieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38064. Kommunanın 2008-ci il üçün əhalisi 2853 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Vetöy
Vetöy (fr. Vétheuil) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Valle-dyü-Sosseron. Əhalisi — 858 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-şərqdə, Serji belediyyənin 27 km şərqdə yerləşir.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Böyük Setnoy
Böyük Setnoy — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayəti, Kamızyak rayonu ərazisinə daxildir. Adanın şimalında Morskaya Kоsa, qərbdə — Kiçik Setnoy, cənubda isə — Morskoy Setnoy.
Fərhan Şənsoy
Osman Fərhan Şənsoy (26 fevral 1951 – 31 avqust 2021, Fateh) ― Türk teatr, kino və televiziya aktyoru; Romanların, esselərin, gündəliklərin, teleserialların və film ssenarilərinin müəllifidir, şairdir və Ortaoyuncular teatr qrupunun qurucusudur.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Mustafa Şəntop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.
Senton ləhcəsi
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.