Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asayiş (Rojava)
Daxili Təhlükəsizlik Qüvvələri və ya Asayiş — Rojava muxtar regionlarının polis qüvvəsi. Suriyada vətəndaş müharibəsinin ilkin mərhələlərində formalaşan "Asayiş" ilk növbədə Kürd Ali Komitəsinin nəzarətində olan əraziləri polis üçün yaradılmışdı. 2013-cü ilin oktyabrında "Asayiş"in 4,000 üzvü olduğunu iddia edilmişdir. 2017-ci ilə qədər bu rəqəmin 15,000-dən çox olduğu bildirilir. == Tərkibi == "Asayiş" polisinin 15,000-ə yaxın şəxsi heyəti olduğunu iddia edilmişdir. Cəzirə regionunda 10,000, Əfrin regionunda 3,000 və Fərat regionunda 2,000 nəfərdir. Etnik cəhətdən kürdlər "Asayiş"də üstünlük təşkil edir, baxmayaraq ki, Cəzirə regionunda aktiv personalın yarısı ərəbdir, 300-ə yaxın türkman də əsasən Təl-Əbyəzdə hərbi xidmətə cəlb olunmuşdur. "Asayiş"in təxminən 30%-ni qadınlar təşkil edir. Qüvvə üzvlərinə aylıq 120 dollar maaş verilir. == Təlim == "Asayiş" üzvlərinə silahdan istifadə etməklə yanaşı, "vasitəçilik, etika, Kürdüstan tarixi, imperializm, xalq mədəniyyətinin apardığı psixoloji müharibə və təhsilin və özünütənqidin əhəmiyyəti" mövzusunda da təlimlər keçirilir.
Asayiş (Kürdüstan Regionu)
Asayiş (kürd. Asayîş, hərf. təhlükəsizlik) — İraq Kürdüstanında təhlükəsizlik təşkilatı və regionda fəaliyyət göstərən əsas kəşfiyyat orqanı. Təşkilat 1993-cü ilin sentyabrında təsis edilmişdir. Bu, adətən "kəşfiyyat orqanı", "təhlükəsizlik qüvvəsi", "təhlükəsizlik xidməti", "təhlükəsizlik", "gizli xidmət", "məxfi polis" və ya sadəcə "kürd polisi" adlanır. "Asayiş" İraqın Kürdüstan regionunda fəaliyyət göstərən istintaq silahları və kəşfiyyat toplayıcıları "Parastin u Zanyari" ilə koordinasiya edir və məlumatları paylaşır. Qurum Kürdüstan Parlamentinin və Kürdüstan Regional Hökumətinin komandanlığı altında fəaliyyət göstərir.
Abaris
Abaris və ya abarid (q.yun. Ἄβαρις Ὑπερβόρειος) — qədim yunan mifologiyasında Apollonun kahini. Skifiya və ya Hiperboreya ölkəsindəndir. Rəvayətə görə, o, yemək yemədən yaşamış və Apollonun ona verdiyi sehrli oxun üzərində uçmuşdur. O, bütün Yunanıstanı gəzmiş, bir sözlə xəstəlikləri sağaltmış, yemək yemədən yaşamış, Spartada tüğyan edən vəbanın qarşısını almışdır. Pifaqorçular Abarisə "Havada gəzən" deyirdilər. Bu mifik qəhrəmanın adını Herodot, Platon, Siciliyalı Diodor çəkir. == İstinadlar == == Xarici keçidlər == Ἄβαρις // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885.
Acomis
Acomis (lat. Acomis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Acomis acoma (F.Muell.) Druce Acomis bella A.E.Holland Acomis kakadu Paul G.Wilson Acomis macra F.Muell.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. Bu, adətən sink filizi əmələgəlmələrinin üstündəki oksidləşmiş və ya aşınmış zonada baş verən mineraldır. Təmiz adamit rəngsizdir, lakin adətən Fe birləşmələrinin qatqısına görə sarı rəngə malikdir. Yaşıl rənglər də yaranır və mineral quruluşda mis əvəzlənməsi ilə bağlıdır. Olivenit adamitlə izostruktur olan mis arsenatdır və sink və mis arasında əhəmiyyətli dərəcədə əvəzetmə var, nəticədə kuproadamit adlı ara məhsul yaranır. Zinkolivenit CuZn(AsO4)(OH) formuluna malik ara mineral olan bu yaxınlarda kəşf edilmiş mineraldır. Quruluşda manqan, kobalt və nikel də əvəz olunur. Analoji sink fosfat, tarbuttit məlumdur. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik.
Alpamış
Alpamış — özbək, qazax, qaraqalpaq, başqırd, tatar və başqa türk xalqlarının, həmçinin taciklərin qəhrəmanlıq dastanı. Xalq qəhrəmanı Alpamışın adı ilə bağlı Orta Asiya epik rəvayətləri güman ki, XIV-XVII əsrlərdə Orta Asiya xalqlarının xarici işğalçılara qarşı mübarizəsi dövründə dastan şəklinə düşmüşdür. "Alpamsı Xan" olaraq da bilnir. Bilinməyən diyarlara səfərlər etmişdir. Əfsanəvi varlıqlarla döyüşmüşdür. Anasının bətnində 12 ay qalmışdır. Yeddi gündə yeddi yaşına gəlmişdir. Atının adı Şubar (Bayşubar)dır. Ulu bir ağacın təpəsindəki nəhəng quşun balalarını əjdahahadan (və ya ilandan) qurtarar. Aya gedib gəlir.
Altmış
Altmış — say sistemində ədədlərdən biridir. Əlli doqquzdan sonra, altmış birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20, 30 və 60 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == Saat 60-lıq sistem üzərində qurulmuşdur. 1 saat 60 dəqiqə, 1 dəqiqə 60 saniyədir.
Aqatis
Aqatis (lat. Agathis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Arabis
Ərəbotu (lat. Arabis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı və botaniki təsviri == Bu cinsə Avrasiya, Şimali Amerika və Tropik Afrika dağlarında bitən 100-ə yaxın birillik, ikiillik və çoxillik bitkilər daxildir. Onların iki növündən gülçülükdə geniş istifadə olunur. Alp ərəbotu (A. alpina)- hündürlüyü 25 sm-ə çatan, gövdələri sərilən bitkidir. Gümüşü yarpaqları az miqdarda tüklərlə örtülür. Sadə və çoxləçəkli gülləri ağ ya da çəhrayı rəngdə olur. Arends ərəbotu (A.x.arendsii) hibrid mənşəli və müxtəlif rəngli gülləri olan bitkidir. Ərəbotu bitkisi gövdə zoğları ilə asanlıqla çoxalır. Qələmlərin alınması üçün yazda əmələ gələn yarpaq dəstələrinin miqdarına görə gövdəni bölürlər.
Aramid
Aramid — lif istiyə davamlı və güclü sintetik lifdir. Kosmik tədqiqat və hərbi məqsədlər üçün güllə keçirməyən geyimlərdə və ballistik kompozisiyalarda velosiped təkərlərindəki asbestin əvəzedicisi kimi istifadə edilə bilər. Aramid adı "aromatik poliamid" sözlərinin birləşməsindən yaranır. == Tarixi == Aromatik poliamid əvvəlcə DuPont tərəfindən 1960-cı illərin əvvəllərində HT-1, sonra isə Nomex kommersiya məqsədi ilə istifadə edilmişdir. 1973-cü ildə Kevlar adlandırıldı.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Araxis
Araxis (Yerqozu) (lat. Arachis hypogaea), paxlameyvəlilər (lat. Fabaceae) fəsiləsindən olub birillik ot bitkisidir. Gövdəsi qol-budaqlıdır. Bəzi növünün gövdəsi düz, bəzilərinki isə yerlə sürünəndir. Bunun saplağı uzun, yarpaqları cüt lələkvarıdır. Parlaq sarı və ya çəhrayı rəngli çiçəkləri nəzəri cəlb edir. Paxladan ibarət meyvəsinin içində iki toxumu olur. Araxisin vətəni Braziliyadır. Lakin onun sənaye əhəmiyyətli növü qədim vaxtlardan müxtəlif ölkələrdə becərilir.
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Asalım
Asalım (fars:اسالم(Əsalem))— İranın Gilan ostanında yerləşən şəhər. Asalım əhalisinin çoxluğunu azərbaycanlılar və talışlar təşkil edir. Asalım bəxşindəki əhalinin 70%-ni sünni-şafi inanclı Talışlar, 30%-ni isə şiə-cəfəri inanclı Azərbaycan Türkləri təşkil edir.
Asmaşi
Asmaşi Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. == Toponimkası == Asmaşi - Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. İrəvan quberniyasının Sürməli qəzasında Asma, Şimali Qafqazda Stavropol quberniyasında Asmaevo kənd adları ilə mənaca eynidir. Azərbaycanda Xaçmaz rayonunda Asmaçay hidronimi də bu sıraya aiddir. Türk dillərində asma, asba "yayda quruyan su mənbəyi" sözündəndir.
Atamız
Atamız (Ey Atamız) — xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. [mənbə göstərin] Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9–13 və Luka İncili 11:2–4). Azərbaycan tərcümələrindən biri: Ey göylərdə olan Atamız, İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, Bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, Fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Isatis
Rəngotu (lat. Isatis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Vasmış
Basmınc (yerli xalqın ləhcəsində Vasmış) (fars. باسمنج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır. Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Abramis alburnus
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Abramis brama
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Acomis acoma
Acomis acoma (lat. Acomis acoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acomis cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acomis lesteri Burkill Acomis rutidosis F.Muell. ex Benth. Calomeria acoma (F.Muell.) Heine Rutidosis acoma F.Muell.
Acomis lesteri
Acomis acoma (lat. Acomis acoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acomis cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acomis lesteri Burkill Acomis rutidosis F.Muell. ex Benth. Calomeria acoma (F.Muell.) Heine Rutidosis acoma F.Muell.
Acomis rutidosis
Acomis acoma (lat. Acomis acoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acomis cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acomis lesteri Burkill Acomis rutidosis F.Muell. ex Benth. Calomeria acoma (F.Muell.) Heine Rutidosis acoma F.Muell.