Atamız

Atamız (Ey Atamız) xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. [mənbə göstərin] Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9-13 və Luka İncili 11:2-4). Azərbaycan tərcümələrindən biri:

Ey göylərdə olan Atamız,
İsmin müqəddəs tutulsun.
Padşahlığın gəlsin.
Göydə olduğu kimi,
Yerdə də Sənin iradən olsun.
Gündəlik çörəyimizi bizə bu gün ver;
Və bizə borclu olanları bağışladığımız kimi,
Bizim borclarımızı da bizə bağışla;
Və bizi imtahana çəkmə,
Fəqət bizi hiyləgərdən xilas et.
Çünki padşahlıq, qüdrət və izzət
Əbədi olaraq Sənindir.
Amin.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]