Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağrıdağ
Ağrıdağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1851,5 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Sərkidağ qolunun suayırıcısında zirvə. Nüsnüs kəndindən 2 km şimal-qərbdədir. Şərqi Ordubad dərinlik qırılmasının nəzarət etdiyi Alt Eosen yaşlı diorit və dioritli porfirit tərkibə malik eyniadlı intruziv kütlənin hüdudlarında günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində yerləşir.
Benal Nevzat İstar Arıman
Benal Nevzat İstar Arıman (1903, İzmir, Aydın vilayəti – 20 iyul 1990, İstanbul) — ilk Türk qadın millətvəkillərindən biri. == Həyatı == Türkiyədə qadınlara millət vəkili seçmə və seçilmə haqqı (dekabr 1934-cü il) verildikdən sonra qadınlar ilk olaraq 1935-vi ildə fevral ayının 8-də millət vəkili seçkisinə qatılıblar. Mustafa Kamal Atatürkün 1919-cu ilin may ayının 19-da başlatdığı mübarizəyə qadınlar bölgələrdə yığıncaqlar və mitinqlər keçirərək dəstək verdilər. Müəllimlər Cəmiyyətinin rəhbəri Naki Elgün xanım 1920-ci il yanvar ayının 13-də, soyuq bir qış günündə Sultanəhmet Meydanında keçirilən mitinqdə belə deyirdi: "Qarşımızda açıq iki yol var: Biri tariximizlə və şanımızla davam etmək; digəri, yadlara tariximizi həvalə edib əbədiyyata aparmaqdır". Qadınların bu mübarizələri, Qurtuluş Döyüşü 1923-cü ilin 9 sentyabr tarixinə kimi – İzmirdə zəfərlə bitənə qədər sürdü. Mustafa Kamal Atatürk, bu qəhrəman türk qadınlarına layiq olduqları hüquqların hamısını təslim etdi. Bu hüquqlara mədəniyyət, təhsil, geyim inqilabı, seçmə və seçilmə haqqı daxil idi. Nəhayət 1934-cü il dekabrın 5-də Parlamentin qapısı qadınlara açıldı. Türk Qadınlar Birliyi seçmə və seçilmə haqqının qazanılmasını qeyd etmək üçün Sultanəhmet Meydanında mitinq keçirdi və Bəyazitdən Taksimə kimi yürüş etdi. Qadınların ilk dəfə səs vermələri 1935-ci ilin 8 fevralında reallaşdı.
Aqreman
Aqrement (fr. agrément - təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.
Qrimas
Qrimas (fr. grimace) — müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 23.
Aqriya burnu
Aqriya burnu (rus. Мыс Агрия) — Krasnodar diyarının Tuapsinski rayonunda, Qara dənizin Olqinskaya körfəzinə bitişik burun. Olqinka və Novomixaylovski yaşayış məntəqələri arasında Qara dənizə doğru uzanır. Qarışıq meşə ilə örtülmüş, dənizdən qayalı silsillə ilə sərhədlənən alçaq yayladır. Aqriya burnu Olqinskaya körfəzinin şimal-qərb hissəsində yerləşir. Hündürlüyü 248,8 m olan Tu dağı burnun ərazisidə yerləşir. Aqriya burnu təbii landşaft qoruğunun bir hissəsidir. Tədqiqatçıların fikrincə (yerli tarixçi İ.V. Butvin və başqaları) Aqriya toponimi abx. “ақрe” (“burun”) sözündəndir. Aqriya burnunda müəyyən edilmiş mədəni irs sahəsi vardır: 20-ci əsrin əvvəllərinə aid "General Sokolovun bağ evi.
Haruo Arima
Haruo Arima — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ko Arima
Ko Arima (22 avqust 1917, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Salón, Lágrimas y Deseo
Salón, Lágrimas y Deseo — Lila Daunsnın öz-adına adlanırılmış və birinci studiya albomu. 26 may 2017-ci ildə RCA Records/Sony Music Latin tərəfindən nəşr olundu. == Treklər == == Mənbə == Salón, Lágrimas y Deseo - AllMusic.