Benal Nevzat İstar Arıman (1903, İzmir, Aydın vilayəti – 20 iyul 1990, İstanbul) — ilk Türk qadın millətvəkillərindən biri.
Benal Nevzat İstar Arıman | |
---|---|
türk. Benal Zübeyde Arıman[1] | |
Şəxsi məlumatlar | |
Doğum adı | Benal Zübeyde |
Doğum tarixi | 1903 |
Doğum yeri |
|
Vəfat tarixi | 20 iyul 1990 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyədə qadınlara millət vəkili seçmə və seçilmə haqqı (dekabr 1934-cü il) verildikdən sonra qadınlar ilk olaraq 1935-vi ildə fevral ayının 8-də millət vəkili seçkisinə qatılıblar.
Mustafa Kamal Atatürkün 1919-cu ilin may ayının 19-da başlatdığı mübarizəyə qadınlar bölgələrdə yığıncaqlar və mitinqlər keçirərək dəstək verdilər. Müəllimlər Cəmiyyətinin rəhbəri Naki Elgün xanım 1920-ci il yanvar ayının 13-də, soyuq bir qış günündə Sultanəhmet Meydanında keçirilən mitinqdə belə deyirdi: "Qarşımızda açıq iki yol var: Biri tariximizlə və şanımızla davam etmək; digəri, yadlara tariximizi həvalə edib əbədiyyata aparmaqdır".
Qadınların bu mübarizələri, Qurtuluş Döyüşü 1923-cü ilin 9 sentyabr tarixinə kimi – İzmirdə zəfərlə bitənə qədər sürdü.
Mustafa Kamal Atatürk, bu qəhrəman türk qadınlarına layiq olduqları hüquqların hamısını təslim etdi. Bu hüquqlara mədəniyyət, təhsil, geyim inqilabı, seçmə və seçilmə haqqı daxil idi.
Nəhayət 1934-cü il dekabrın 5-də Parlamentin qapısı qadınlara açıldı. Türk Qadınlar Birliyi seçmə və seçilmə haqqının qazanılmasını qeyd etmək üçün Sultanəhmet Meydanında mitinq keçirdi və Bəyazitdən Taksimə kimi yürüş etdi.
Qadınların ilk dəfə səs vermələri 1935-ci ilin 8 fevralında reallaşdı. İlk olaraq 17 qadın millət vəkili ilk dəfə məclisə girdi. Əlavə seçkilərdə bu say 18-ə çatdı.
Seçilmə haqqını istifadə edən ilk qadın – Benal Arıman 1935-ci ildə Atatürkün məclisində öz gücü ilə millət vəkilliyini qazanan ilk qadındır. O, 1903-cü ildə İzmirdə dünyaya göz açıb. Atası jurnalist və şair Tofiq Nevzat bəydir. Sorbonne Universitetində ədəbiyyat təhsili alan Arıman daha sonra İzmirdə Xalq Partiyasında vəzifə almış qadınların partiyalara girmədiyi o illərdə latin əlifbasının öyrənilməsi və yayılması üçün səy göstərib. Daha sonra millət vəkili seçilən Arıman bələdiyyə və partiya üzvlüyündən sonra bir qadın olaraq mövqeyinə görə heç bir narahatlıq yaşamayıb. On altı il müddətlə qadın millət vəkili olaraq vəzifə yerinə yetirən Benal Arıman hamiləliyi dövrünü illik məzuniyyətlərindən istifadə edərək gizlicə doğum etmişdir və hamiləliyi dövründə TBMM-də görünməyi uyğun bilməyib.
Ümumilikdə isə həmin ilin millət vəkili seçkilərində 18 qadın millət vəkili seçilib.