Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abuliya
Abuliya (lat. a - inkar şəkilçisi + bule - iradə ) – iradəsizlik, iradənin xəstəlik nəticəsində zəifləməsi. Bir sıra psixi xəstəlikdə və bəzən sinir sisteminin funksional pozğunluqları zamanı müşahidə edilir. Düzgün verilməyən tərbiyənin nəticəsi olan iradə zəifliyi abuliya deyil.
Abeliya
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === Hibrid Abelia x grandiflora (Hort. ex.
Apuliya
Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir.
Apuliya hersoqluğu
Apuliya hersoqluğu — 1059-cu ildə Tankred Hoytvillin oğlu Robert Hoytvill tərəfindən əsası qoyulan hersoqluq. Əvvəllər qraflıq statusunu daşıyırdı. 1193-cü ildə V Rocerin ölümü ilə birbaşa Siciliya krallığına birləşdirildi. Hoytvill sülaləsi tərəfindən idarə olunurdu. == Hersoqlar == Robert Hoytvill I Rocer Borsa II Vilyam II Rocer III Rocer Ranulf- hersoqluğu ələ keçirmişdi.
Apuliya qraflığı
Apuliya qraflığı — İtaliyada vaxtilə mövcud olmuş feodal qurumu. Normanların İtaliyanı işğalı nəticəsində Tankred Hoytvillin oğlu Vilyam Hoytvill tərəfindən yaradılmışdı.
İriçiçəkli abeliya
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir. == Botaniki təsviri == Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
Abaziya
Abasia (q.yun. ἀ- – yoxluq və βάσις – yerimək) — bədən balansının pozulması və ya aşağı ətrafların motor pozğunluğu ilə əlaqəli əsasən sinir sistemi xəstəliklərində yerimə qabiliyyətinin itirilməsi. Aşağı ətrafları iflic olmur və xəstə uzanarkən lazımi həcmdə və kifayət qədər güclə müvafiq hərəkətləri edə bilir. Bu, əsasən dissosiativ pozğunluqlarda (əvvəllər isteriya adlanırdı), yəni dissosiativ hərəkət pozğunluqlarında, aşağı ətrafların hərəkət pozğunluqları və balans pozğunluqları ilə baş verir. Çox vaxt astaziya (ayaqda durma qabiliyyətinin itirilməsi) ilə müşayiət olunur. Abaziyanın xoreik, paralitik, spastik və tremor formaları var.
Abugida
Abugida (İngiliscə tələffüzü: [ˌɑːbuːˈɡiːdə] (Ge‘ez አቡጊዳ ’äbugida)) və ya digər adı ilə alfahecalama — fraqmentar yazı sistemidir. Bu sistemdə hər bir ardıcıl samit-sait cütü tək bir vahid kimi yazılır: Hər bir vahid bir samit hərfin əsasında qurulur; sait hərflər isə öz növbəsində ikinci dərəcəli əhəmiyyət kəsb edirlər. Bu, samit və sait hərflərin eyni dərəcədə əhəmiyyətə malik olduğu əlifbadan və saitlərin əskik olduğu və ya istəyə görə yazıldığı əbcəddən çox fərqlidir. (Çox da akademik olması lazım olmadığı hallarda, bütün bu yazı sistemlərini ümumilikdə əlifba adlandırmaq mümkündür.) Abuqidalara Cənubi və Cənub-Şərqi Asiyada istifadə edilən brahmi ailəsinə məxsus olan yazılar daxildir. Bir dilçilik termini kimi Abugida ilk dəfə Peter T. Daniels tərəfindən 1990-cı ildə hazırlamış olduğu yazı sistemlərinin tipologiyasında istifadə edilmişdir. Abece sözünün latın dilinin ilk üç hərfi olan, a, be ce hərflərindən; Alfabe sözünün isə öz növbəsində Yunan əlifbasının ilk iki hərfi olan Alfa və Beta hərflərindən yaranmasına paralel olaraq, Abugida sözü də öz növbəsində Geez yazısı mənası verən Efiopiya mənşəli bir söz olub və adını bu yazı sisteminin ilk dörd hərfi olan ä bu gi da hərflərindən götürmüşdür. Danielsin bu sözü işlətmə forması nəzərə alınarsa, abugida; samit və sait hərflərin birləşərək yaratdığı və fiqurların bir-birinə heç oxşamadıgı heca yazısından və eyni zamanda da samit və sait hərflərin müstəqil simvollar kimi istifadə edildiyi əlifbadan tamamilə fərqlənir. Əlifba hecalama termini isə ilk dəfə olaraq 1997-ci ildə Uilyam Bright tərəfindən, Cənub-Şərqi Asiya dillərinə əsaslanaraq "həm əlifba, həm də heca sistemlərinin birləşməsi" ideyasını əks etdirdiyinə görə hind yazılarını təsvir etmək üçün istifadə edilmişdir. Abigudalar uzun müddət heca yazısı kimi və ya heca yazısı ilə əlifba arasında bir keçid kimi görülmüş və bir çox oxşar adlarla çağırılmışdır: neosyllabary (yeni yazı) (Février 1959), pseudo-alphabet (Yalançı əlifba) (Householder 1959), semisyllabary (yarımhecalama) (Diringer 1968, haqqında bəhs edilən terminin müxtəlif istifadə versiyaları mövcuddur) və syllabic alphabet (hecalı əlifba) (Coulmas 1996, bu termin heca yazısının sinonimi kimi istifadə olunur).
Alaliya
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. == Alaliya nədir == Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. == Alaliyanın səbəbi == Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. == Alaliyanın növləri == Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. === Motor alaliya === Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur.
Anuriya
Anuriya (yunanca an — inkar bildirir, uron — sidik) — sidiyin ayrılmaması xəstəliyi, sidikliyə sutka ərzində 50 ml-dən az sidik daxil olması vəziyyəti. Anuriya çox vaxt kəskin böyrək çatışmazlığı nəticəsində baş verir. == Mexanizm == İnkişaf mexanizminə görə: prerenal (böyrəkdənkənar) renal (böyrək) postrenal (ekskretor, o cümlədən sidik yollarının mexaniki tutulması ilə əlaqədar obturasion) anuriya olur. Yeni doğulmuşlarda böyrək inkişaf etmədikdə və ya tək olan böyrəyi cərrahi yolla kənar etdikdə arenal (böyrəyin olmaması ilə əlaqədar) anuriya baş verir. Prerenal anuriya böyrəklər qanla yaxşı və ya tam təchiz olunmadıqda, çoxlu qan itirdikdə inkişaf edir. Renal anuriya böyrəklərin müxtəlif toksinlərlə zədələnməsində, yaxud kəskin nefritdə baş verir. Postrenal anuriya sidik axarları şişlə sıxışdırıldıqda, yaxud onlar iki tərəfdən daşla tutulduqda olur; bəzən güclü qıcıqlandırıcı (soyuq su və s.) reflektor anuriya yaradır. Anuriya zamanı təcili tədbirlər görülməsi tələb olunur, çünki əks halda 3–4 gün keçdikdən sonra uremiya inkişaf edə bilər. Anuriya diaqnozu sidiklikdə sidiyin olmamasına və uremik intoksikasiya əlamətlərinə görə qoyulur. Müalicəsi: prerenal və renal anuriyada hemodializin aparılması, postrenal anuriyada sidiyin hərəkətinə mane olan səbəbin aradan qaldırılması.
Araliya
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Axiliya
Axiliya (yun. a + yun. χυλός – şirə) – mədə şirəsində xlorid turşusu və pepsin fermentinin olmaması ilə səciyyələnən patoloji vəziyyət. Axiliya mədənin vəzi apratının anadan gəlmə funksional zəifliyi, mədənin selikli qişasının xəstəliyi (atrofik qastritdə mədə vəzilərinin zədələnməsi) və ya başqa xəstəliklərin (intoksikasiyalar, anemiyanın bəzi formaları, sinir sisteminin funksional xəstəlikləri və s.) təzahürüdür. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 212.
Ayutiya
Ayuttxaya və ya Ayutiya (tay พระนครศรีอยุธยา) — Tailandda şəhər. 1767-ci ilədək Tailandın paytaxtı olmuşdur. Mühüm ticarət-nəqliyyat qovşağıdır. Çəltiklik rayonunun ticarət mərkəzidir. Çəltiktəmizləmə və arağ zavodları, balıq və tərəvəz konservi müəssisələri var. == İstinadlar == == Əlavə ədəbiyyat == Stefan Halikowski Smith, Creolization and Diaspora in the Portuguese Indies: The Social World of Ayutthaya, 1640-1720 (Leiden, Brill, 2011) (European Expansion and Indigenous Response, 8).
Azaliya
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Baqliya
Bəğliyyə (ərəb. بغلية‎, fr. Baghlia) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 57 metr (187 ft) yüksəklikdə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 18,052 nəfər idi.
Abatiya
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Amaliya
Amaliya — qadın adı. Amaliya Pənahova — Azərbaycanın teatr və kino aktrisası Amaliya Materna — avstriyalı opera müğənnisi (dramatik soprano).
Abelia
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === Hibrid Abelia x grandiflora (Hort. ex.
Auliza
Epidendrum (lat. Epidendrum) – səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Epidendrum abbottii L.Sánchez & Hágsater Epidendrum ackermanii Hágsater Epidendrum acreense (Brieger & Bicalho) Christenson Epidendrum acroamparoanum Hágsater & L.Sánchez Epidendrum acrobatesii Hágsater & Dodson Epidendrum acrorhodum Hágsater & Dodson Epidendrum acroscopeum Hágsater & Dodson Epidendrum acrostigma Hágsater & García-Cruz Epidendrum acuminatum Ruiz & Pav. Epidendrum acutissimum Lindl. Epidendrum adamsii Hágsater & Dodson Epidendrum addae Pabst Epidendrum adenoglossum Lindl. Epidendrum adnatum Ames & C.Schweinf. Epidendrum adolfomorenoi R.Vásquez & Ibisch Epidendrum aenigmaticum Hágsater & Dodson Epidendrum agathosmicum Rchb.f. Epidendrum agoyanense Hágsater & Dodson Epidendrum aguaricoense Hágsater & Dodson Epidendrum aguirrei Hágsater Epidendrum alabastrialatum Pollard ex Hágsater Epidendrum albertii Schltr. Epidendrum albifloroides D.E.Benn. & Christenson Epidendrum albiforum Schltr.
Yuliya
Yuliya — ad. Yuliya Lipnitskaya — Rusiyalı fiqurçu. Yuliya Lobjenidze Yuliya Timoşenko Yuliya Samoylova Yuliya Ratkeviç — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Piriseva — Qazaxıstanı təmsil edən su poloçusu.
Aliya
Aliya (termin)
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. == Həyatı == Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Amaliya Pənahova
Amaliya Əliş qızı Pənahova (15 iyun 1945, Kirovabad – 8 noyabr 2018, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi. == Həyatı == Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir. 1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur. Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.
Amaliya Rodriqiş
Amália Rebordão Rodrigues ya da Amália Rodriques (23 iyun 1920 — y. 6–1999), Portuqaliyalı müğənni.
Ameliya Erhart
Ameliya Erhart (ing. Amelia Mary Earhart; 24 iyul 1897[…], Atçison, Kanzas – 5 yanvar 1939, Haulend adası, ABŞ-a bağlı kiçik adacıqlar) — ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1938-ci ildən etibarən "İtkin düşmüşlər" siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir. == Həyatı == Ameliya Erhart 1897-ci ildə ABŞ-nin Kanzas ştatında doğulmuşdur. Anası Emi Otis Erhart, atası isə Edvin Stenton Erhart idi. Erhart Birinci dünya müharibəsində tibb bacısı vəzifəsində çalışır. Müharibədən sonra hava nəqliyyatı ilə maraqlanmağa başlayır. 1928-ci ildə Atlantik okeanını sərnişin kimi keçən ilk qadın olur.