Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Altamira
Altamira mağarası
Altamira (Braziliya)
Altamira — Braziliyanın Para ştatında yerləşən bir şəhərdir. Bələdiyyə sərhədləri içərisində yerləşən sahəsi 159,696 km² təşkil edir. Bu baxımdan dünyanın ərazi baxımından ən böyük üçüncü şəhəri hesab olunur və sahəsi Yunanıstandan böyükdür, təxmini olaraq Tunis boydadır. Əhalisi 2010-cu ilə görə 99,075 nəfər təşkil edir. Hava nəqliyyatı Altamira Hava limanı vasitəsilə təmin edilir. Şəhərin yaxınlığında Braziliya hökuməti tərəfindən dünyanın üçüncü ən böyük su bəndi olacaq olan Belo Monte su bəndi inşa edilir. Hökumət bəndin bölgənin artan enerji ehtiyatlarının qarşılanması üçün lazım olduğunu bildirir, bəndin inşasına qarşı çıxanlar isə bənd inşa edildiyində Xingu çayının 80%-ə qədərinin quruyacağını və önəmli bir dolanışıq mənbəyi olan balıqçılıq sahəsinin itiriləcəyini iddia edirlər. Bənd inşasına görə şəhərin əhalisi iki dəfə artmışdır.
Altamira mağarası
Altamira (isp. Cueva de Altamira) — İspaniyada Üst paleolit dövrünə aid mağara kompleksi. Mağaranın daxili uzunluğu 296 metrdir. Mağara 1868-ci ildə kəşf edilmişdir. İlk dəfə mağaranı və ətraf əraziləri 1876 və 1879-cu illərdə ispan arxeoloqu M.Sautuola tərəfindən tədqiq edilmişdir. Mağaranın divarlarında müxtəlif rəngli boyalarla çəkilmiş, həmçinin oyma üsulu ilə həkk olunmuş çoxsaylı heyvan təsvirləri vardır. Salonlardan birinin tavanında çəkilmiş yarıminsan-yarımheyvan təsvirlərinin makalanmış cadugərlər olduğu ehtimal edilir. Altamiradakı təsvirlər və müxtəlif rəsmlər Madlen mədəniyyətinə aiddir. Altamirada təsvirlərin kəşf edilməsi ilə Paleolit dövrü incəsənətinin öyrənilməsinin başlanğıcı qoyulmuşdur. Bu rəsmlərin bir qismi Madrid Milli Arxeologiya Muzeyində və Santander şəhərindəki qədim tarix və arxeologiya müzeyində saxlanılır.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti, İspaniyanın şimal bölgələrinin fərqli hissələrində yerləşən eramızdan əvvəl 35.000 ilə eramızdan əvvəl 11.000 il əvvəlki tarixi dövrləri əhatə edən və Avropadakı Paleolit dövrünün mağara sənətinin liderləri arasında təmsil olunan Altamira mağarası başda olmaqla, ümumi olaraq 18 mağaradan ibarət topluluqdur. Mağaralar, kütləvi bir şəkildə bir Dünya Mirası olaraq müəyyənləşdirilmişdir. Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir.
Altimir buzlağı
Altimir buzlağı (bolq. ледник Алтимир, ‘Lednik Altimir’ \'led-nik al-ti-'mir\) — 4.8 km uzunluğu, 5.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimalda yerləşən buzlaqdır. Buzlaq Dalçev buxtasından şimalda, Studena burnundan şərqdə yerləşmişdir. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Altimir şəhərinin adını daşıyır. == Yerləşməsi == Altimir buzlağı 64°35′50″ c. e. 63°09′00″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.