Altamira mağarası

Altamira (isp. Cueva de Altamira) — İspaniyada Üst paleolit dövrünə aid mağara kompleksi. Mağaranın daxili uzunluğu 296 metrdir. Mağara 1868-ci ildə kəşf edilmişdir. İlk dəfə mağaranı və ətraf əraziləri 1876 və 1879-cu illərdə ispan arxeoloqu M.Sautuola tərəfindən tədqiq edilmişdir. Mağaranın divarlarında müxtəlif rəngli boyalarla çəkilmiş, həmçinin oyma üsulu ilə həkk olunmuş çoxsaylı heyvan təsvirləri vardır. Salonlardan birinin tavanında çəkilmiş yarıminsan-yarımheyvan təsvirlərinin makalanmış cadugərlər olduğu ehtimal edilir. Altamiradakı təsvirlər və müxtəlif rəsmlər Madlen mədəniyyətinə aiddir. Altamirada təsvirlərin kəşf edilməsi ilə Paleolit dövrü incəsənətinin öyrənilməsinin başlanğıcı qoyulmuşdur.

Altamira mağarası
Cueva de Altamira
Ümumi məlumatlar
Eni 11 ± 1 m[1]
Sahəsi
  • 0,32 ha
  • 16 ha
Dövrü Paleolit[2]
Yerləşməsi
43°22′37″ şm. e. 4°07′11″ q. u.HGYO
Ölkə
Altamira mağarası xəritədə
Altamira mağarası
Altamira mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu rəsmlərin bir qismi Madrid Milli Arxeologiya Muzeyində və Santander şəhərindəki qədim tarix və arxeologiya müzeyində saxlanılır. Mağaranın girəcəyində və divarlarının yaxınlığında yemək qalıqları, daş əmək alətləri, onların altında isə Solütre və Erkən Madlen mədəniyyətlərinə aid mədəni təbəqə aşkar edilmişdir. Ümumdünya irsi siyahısına daxil edilən Altamira mağara kompleksi, Avropada ilk insan məskənlərindən hesab edilir.

Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir. Düzbucaqlı nişanlara, müxtəlif xətlərə rast gəlinir. Mağaranın ən dərin hissəsində 50 metr uzunluğunda müxtəlif təsvirlərlə örtülmüş dəhliz mövcuddur. Mütəxəssislər hesab edirlər ki, təsvirlər ən azı dörd mərhələdə yaradılıb. Mağaradakı mədəni təbəqə burada müxtəlif dövrlərdə məskunlaşmanın olmasını göstərir.

Çoxsaylı turist axınının nəticəsində mağarada ciddi problemlər meydana gəlmiş və 1977-ci ildə Altamira turistlər üçün bağlanmışdır. 1990-ci illərin əvvəllərində əvəzedici mağaranın Altamira-2 yaradılmasına qərar verilmişdir. 2001-ci ildə Altamiranın surəti fəaliyyətə başlamışdır.

  1. http://www.europeana.eu/portal/record/2063609/ES_280_001.html.
  2. Make Lists, Not War (ing.). 2013.
  3. 1 2 Wiki Loves Monuments monuments database. 2017.