Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xancığaz
Gözəldərə, Xancığaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 verstlik xəritəsində Xancuqaz, formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir. Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış. Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir.