Xancığaz

Gözəldərə, Xancığazİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.

Kənd
Gözəldərə
40°52′37″ şm. e. 44°25′01″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Böyük Qarakilsə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.675 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 380 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Gözəldərə xəritədə
Gözəldərə
Gözəldərə

Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz,[2] Qafqazın 5 verstlik xəritəsində Xancuqaz,[3] formasında qeyd edilmişdir.

Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir.[2]

Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış.[2]

Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir.

Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 nəfər, 1908-ci ildə 523 nəfər, 1914 - cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919 - cu ildə 582 nəfər yalnız azərbaycanlılar yaşamışdır.[4]

1919-cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra Kəndin sakinləri 1920-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir.

Burada 1922-ci ildə 712 nəfər, 1926-cı ildə 697 nəfər, 1931-ci ildə 880 nəfər,[4] 1939 - cu ildə 822 nəfər, 1959 - cu ildə 624 nəfər, 1970-ci ildə 1041 nəfər, 1979 - cu ildə 1091 nəfər,[5] 1987-ci ildə 1220 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayının axırında Ermənistan dövləti kəndin sakinlərini qırğınlarla deportasiya etmiş və kəndə erməniləri yerləşdirmişdir. İndi ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Xıdır Mustafayev (Mustafayev Xıdır Həsən oğlu) - Sovet İttifaqı Qəhrəmanı.
  • Hüseynov Etibar Həbib oğlu - Sərbəst güləş üzrə idman ustası.
  • Xıdır Alovlu
  • Aloyev Vəli - El ağsaqqalı
  • Aloyev Bayram - Qərbi Azərbaycanda Quqark rayon Baş polis müstəndiqi, sonralar polis rəisi.
  • Qasımov Vəli - Ermənistan SSR və SSSRovçular cəmiyyətinin üzvü, sərrast atıcı, mahir ovçu.
  • Qasımov Səməd - APİ - nin Lokoped üzrə dekanı, professor.
  • Məmməd Məmmədov - Böyük Vətən müharibəsinin fəal iştirakçısı, qvardiya mayoru, "Qızıl Ulduz" və "Qırmızı Bayraq" ordenləri ilə təltif olunmuşdur.
  • Məhər Məmmədov - Böyük Vətən müharibəsinin fəal iştirakçısı, bir çox medal və ordenlərlə təltif olunmuşdur. M Hüseyzadə ilə birlikdə vuruşmuş, "İntiqam" romanında adı çəkilir.
  • Cəfərov Xançoban - İtaliya  partizanı
  • Hüseynov Hüseyn Həbib oğlu - Dağıstan muxtar vilayətinin Yazıçılar İttifaqının və Jurnalislər birliyinin üzvü, əməkdar jurnalist.
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. 1 2 3 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.52
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.260
  4. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.52-53, 130-131
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.837