Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqromeşəmeliorasiya
Aqromeşəmeliorasiya və ya meşə meliorasiyası — kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq məqsədilə tarlaqoruyucu meşə zolaqlarının salınması, torpaq eroziyası qarşısının alınması, hərəkət edən qumların bərkidilməsində tətbiq edilən tədbirlər kompleksi. Bu tədbirlər sisteminin tətbiqi nəticəsində quru küləyin, uzunmüddətli quraqlığın təsiri xeyli azalır və ya tamamilə yox olur, bu və ya digər ərazinin iqlimi mülayimləşir, torpağın su rejimi yaxşılaşır və münbitliyi mühafizə edilir; kənd təsərrüfatı bitkiləri üçün əlverişli şərait yaranır. Bundan əlavə, meşə zolaqları gölləri, çayları lillənməkdən, dəmiryollarını, şose yollarını qar basmaqdan qoruyur, ərazini sağlamlaşdırır. Meşə zolaqları tarlaqoruyucu, torpaqbərkidici və s. olur. Aqromeşəmeliorasiya tədbirlərinə əlavə olaraq su eroziyasına qarşı müvəffəqiyyətlə mübarizə üçün yuyulmuş sahələrdə ot əkilir, dik yamaclarda terraslar, çox dərə-təpəli yerlərdə texniki qurğular düzəldilir. == Tarixi == Rusiyada meşənin qoruyucu xüsusiyyətlərindən istifadə sahəsində ilk təşəbbüs XIX əsrin birinci yarısında edilmişdir, lakin o vaxt meşə və meşə zolaqları salmaq işi lazımınca inkişaf etməmişdi. Yalnız 1892-ci ildə Vasili Dokuçayevin ekspedisiyası nəticəsində Kamennostepnoy, Mariupol və Starobelsk təcrübə sahələrinin yaradılması meşə zolaqları salınması işinin nəzəri və əməli əsaslarını hazırlamağa imkan vermişdir. 1931-ci ildə Ümumittifaq və Ukrayna Elmi-Tədqiqat Meşə Meliorasiya və Meşə Təsərrüfatı İnstitutları (indiki Ukrayna Milli Aqrar Elmlər Akademiyasının Suvarılan Əkinçilik İnstitutu) yaradılmışdır. Kəndli təsərrüfatları kollektivləşdikdən, kolxoz və sovxozlar kənd təsərrüfatı maşınları ilə təchiz edildikdən sonra aqromeşəmeliorasiya əsl inkişaf yoluna çıxdı.
Qarameşə
Qarameşə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 44 təsərrüfatda hər iki cinsdən toplam 91 nəfər əhali yaşayır. Əhali milliyətcə İngiloylardır. == Toponimikası == Qarameşə oyk, sadə. Qax r-nunun Qaxin- giloy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qaxingiloy kəndindən çıxmış bir qrup ailənin Qarameşə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Bu oykonim “sıx, gün az düşən meşə” mənasını bildirir.
Qarameşə bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gromee
Andjey Qromala (pol. Andrzej Gromala; d. 14 dekabr 1978, Krakov, Polşa) və ya səhnə adı ilə Gromee — Polşa DJ-i, prodüseri və bəstəkarı. O Kingztown Music albom şirkətinin rəhbəridir. 2016-cı ildə Gromee Sony Music şirkəti ilə anlaşma imzalamışdır. 2017-ci ildə o Polşanın Eska Music Awards mükafatlandırma mərasimində "Ən yaxşı DJ/prodüser" kateqoriyasında mükafata layiq görülmüşdür. Gromee Lukas Meyer ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.