Aqromeşəmeliorasiya

Burkina-Fasoda aqromeşəmeliorasiya.

Aqromeşəmeliorasiya və ya meşə meliorasiyasıkənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq məqsədilə tarlaqoruyucu meşə zolaqlarının salınması, torpaq eroziyası qarşısının alınması, hərəkət edən qumların bərkidilməsində tətbiq edilən tədbirlər kompleksi. Bu tədbirlər sisteminin tətbiqi nəticəsində quru küləyin, uzunmüddətli quraqlığın təsiri xeyli azalır və ya tamamilə yox olur, bu və ya digər ərazinin iqlimi mülayimləşir, torpağın su rejimi yaxşılaşır və münbitliyi mühafizə edilir; kənd təsərrüfatı bitkiləri üçün əlverişli şərait yaranır. Bundan əlavə, meşə zolaqları gölləri, çayları lillənməkdən, dəmiryollarını, şose yollarını qar basmaqdan qoruyur, ərazini sağlamlaşdırır. Meşə zolaqları tarlaqoruyucu, torpaqbərkidici və s. olur. Aqromeşəmeliorasiya tədbirlərinə əlavə olaraq su eroziyasına qarşı müvəffəqiyyətlə mübarizə üçün yuyulmuş sahələrdə ot əkilir, dik yamaclarda terraslar, çox dərə-təpəli yerlərdə texniki qurğular düzəldilir.[1]

Palıd ağacları altında otlar.

Rusiyada meşənin qoruyucu xüsusiyyətlərindən istifadə sahəsində ilk təşəbbüs XIX əsrin birinci yarısında edilmişdir, lakin o vaxt meşə və meşə zolaqları salmaq işi lazımınca inkişaf etməmişdi. Yalnız 1892-ci ildə Vasili Dokuçayevin ekspedisiyası nəticəsində Kamennostepnoy, MariupolStarobelsk təcrübə sahələrinin yaradılması meşə zolaqları salınması işinin nəzəri və əməli əsaslarını hazırlamağa imkan vermişdir. 1931-ci ildə Ümumittifaq və Ukrayna Elmi-Tədqiqat Meşə Meliorasiya və Meşə Təsərrüfatı İnstitutları (indiki Ukrayna Milli Aqrar Elmlər Akademiyasının Suvarılan Əkinçilik İnstitutu) yaradılmışdır. Kəndli təsərrüfatları kollektivləşdikdən, kolxozsovxozlar kənd təsərrüfatı maşınları ilə təchiz edildikdən sonra aqromeşəmeliorasiya əsl inkişaf yoluna çıxdı. İkinci Dünya müharibəsi ərəfəsində SSRİ-nin bozqır və meşə-bozqır rayonlarında artıq 500 min hektara qədər tarlaqoruyucu meşə zolağı var idi. Müharibədən sonrakı dövrdə SSRİ-də tarlaqoruyucu meşə salınması işi xeyli genişləndirilmişdir. 1967-ci ildə qoruyucu meşələr 2 milyon hektardan artıq sahəni tuturdu.[1]

Azərbaycanda ilk qoruyucu meşə zolaqları 1926-cı ildə Abşeronda salınmışdır. Bu ərazi sonradan Bakı zeytun sovxozu adlandırılmışdır. 1931–1939-cu illərdə Lənkəran rayonunda çay plantasiyalarını və Quba, Xaçmaz rayonlarında meyvə bağlarını qorumaq üçün meşə zolaqları yaradılmışdır. Azərbaycanda tarlaqoruyucu meşə zolağı salınmış sahhələrdə meşəsiz sahələrə nisbətən hər hektardan yaşıl çat yarpaqlarının məhsuldarlığı 2,118 kiloqram, pambığınkı 4–5 sentner, taxıl 5–6 sentner, yonca 15–20 sentner artıq olmuşdur. Azərbaycanda 1950-ci ildən başlayaraq 12 dövlət meşə zolağı salınmışdır. Bu meşə zolaqlarının sahəsi 21,930 hektor, uzunluğu 1,220 kilometrdir. Ən böyük dövlət meşə zolağı Muğan-Şirvan zonasında yerləşirdi. 1975-ci ildə Azərbaycanda dövlət meşə zolaqlarının sahəsi 6 min hektara, bozqırlarda yeni salınmış meşələrin sahəsi isə 30 min hektara çatdırılmışdır. Azərbaycanda aqromeşəmeliorasiya tədbirlərinin elmi surətdə işlənib hazırlanması işinə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnsititutu, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Eroziya Bölməsi, Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitutu, SSRİ Su Təsərrüfatı Nazirliyinin Hidrotexnika və Meliorasiya İnstitutu rəhbərlik edirdi. Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda və Muğan Təcrübə Meliorasiya Stansiyasında da belə tədqiqatlar aparılırdı. Şamaxı rayonunda salınmış 5 meşə zolağı, Azərbaycan SSR Elmlər Akademiyası Genetika və Seleksiya İnstititunun Qarabağ Elmi-Tədqiqat Bazasında salınmış meşə zolağı və Şabran rayonunda çılpaq yamacların terrasında salınmış püstə, badamEldar şamı plantasiyaları aqromeşəmeliorasiya obyektləri idi.[1]

  1. 1 2 3 Агромешәмелиорасија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 90–91.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]