Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mişel Arnaud
Mişel Arnaud (18 mart 1919[…], Tulon, Var, Fransa – 30 mart 1998[…], Mezon-Laffit[d], İvelin, Fransa) — fransız müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu "Ne crois pas" mahnısı ilə təmsil etmişdir.
Barnaul
Barnaul (rus. Барнау́л) — Rusiya Federasiyasında şəhər( 1771-ci ildən şəhər statusu alıb ), inzibati mərkəzi Altay diyarıdır( 1937-ci ildən) və eyni adlı şəhər dairəsidir.Qərbi Sibirin cənubunda Barnaul çayının kənarında yerləşdirilmişdir. Əhali — 635 530 nəfərdir. Bu göstərici üzrə Barnaul Rusiyada 21-ci yeri tutur. Akinfiy Demidovun gümüşəridən zavodu yanında qəsəbə kimi 1730-cu ildə əsası qoyulmuşdur. Hal-hazırda — böyük sənaye, mədəniyyət, tibb və Sibirin tədris mərkəzidir.Şəhərdə maşınqayırma , yeyinti sənayesi, tikinti materiallarının istehsalı inkişaf etmişdir.9 ali dövlət məktəbi,230 müalicə-profilaktik müəssisə, 5 teatr, 10 muzey,XVIII—XX əsrlərə aid memarlıq abidələri var. == Tarixi == Arxeoloji tapıntılar onu göstəririr ki, ilk yaşayış məskənləri müasir Barnaul ərazisində hələ daş dövründə meydana gəlmişdir.Şəhər ərazisində 63 arxeoloji abidə qalmışdır. Bu insan yaşayış məskənləri, kurqanlar, şəhər və qəsəbələrində, ən qədim zamanlardan başlayaraq orta əsrlərə qədər Obi çayının sol sahilində yerləşir,Barnaulun Dağlıq hissəsində, Moxnatuşka,Qonba( və Elmi Şəhərcik.. qəsəbələri var idi.Bu dövründə,rus mühacirlərinin Sibirə gəlişinə qədər , burada Abakşanın qədim şəhər-qalası dururdu.
Arnold
Arnold — kişi adı. Arnold Şvartsenegger — Avstriya mənşəli ABŞ aktyoru. Arnold Şönberq — avstriyalı və amerikalı bəstəkar. Arnold Fank — alman kinorejissor, operator, montajçı və memuarist Arnold Gelen — alman filosofu və sosioloqu.
Armud
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Arnav
Arnav (fr. Arnave) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09016. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 211 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 130 yaşda (15-64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə 72.7%). Fəal olan 98 nəfərdən 91 nəfər (48 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Arpad
Arpad — Macar knyazı. Almosun oğlu idi, anası bilinmir. Arpad 10 Onoqur tayfasını idarə edirdi. Hakimiyyətə gəldikdən sonra Kurşanla birlikdə imperator VI Leo ilə Bulqarlara qarşı müqavilə imzaladı. 901-ci ildə Pannoniyaya qədər gedib çıxmışdı. == Övladları == Liüntika - vəliəhd şahzadə, Kəbərlərin tayfa başçısı. Tarxos - şahzadə. Üllö - şahzadə. Yutaş - şahzadə. Zoltan - növbəti knyaz.
Arqau
Arqau (alm. Aargau‎, fr. Argovie, it. Argovia, romanş Argovia) — İsveçrənin şimalında kanton. Kantonun əvvəllər istifadə olunan adı - Aarqau, indi köhnəlmiş transkripsiyadır. Adını ərazisindən axan eyniadlı çaydan almışdır. Qərb tərəfində Bern, Zoloturn və Bazel torpaqlarının kantonları, Sürixin şərq tərəfində və Cənubi Lütsern və Suq yerləşir. İnzibati mərkəz Aarau şəhəridir. Sahəsi - 1403.8 km², əhalisi 627.340 nəfərdir (2012). == Tarixi == Qədim dövrlərdə Roma şəhəri Vindonissa kantonun ərazisində yerləşirdi.
Arçud
Arçud Borçalı bölgəsində kənd adı. == Toponimkası == Arçud - Borçalı bölgəsində kənd adı. İrəvan quberniyasının Aleksandropol qəzasında bir azərbaycanlı kəndi də (1988-ci ildə həmin kəndin 700 ailəsi Azərbaycana deportasiya edilmişdir) Arçut adlanırdı. Həmin qəzada Arçut adlı xaraba kənd vardı. Türk dillərində arça (ardıc) ağac adındandır.
Alyaud yarımadası
Alyaud yarımadası — Ukraynanın Nikolayevsk vilayəti ərazisinin şimal-şərqdə yerləşən yarımada. İnqul çayının yatağı onu formalaşdırır. Yarımadanın uzunluğu 5 km, eni isə 500 metr təşkil edir. Ərazisində uşaq internat evi, şəxsi villalar və tarlalar mövcuddur. Cənub hissəsində açılan körpü mövcuddur. Yarımada balıqçılar arasında məşhurdur. Sahilləri sıldırımlıdır. == Xarici keçidlər == Евгений Гомонюк. Забытый Богом "остров" Аляуды: все, что осталось от итальянской деревни // "НикLife". 18.08.2015 (rus.) Дмитро Удовицький.
Anna Karnaux
Anna Karnaux (d. 31 avqust 1993) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anna Karnaux, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Anna Karnaux, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Armand Madyar
Armand Madyar (mac. Magyar Armand; 5 fevral 1898, Budapeşt – 12 fevral 1961, Budapeşt), Armin Munk kimi də tanınır, — macar Yunan-Roma güləşçisi, Avropa çempionu. 1898-ci ildə Budapeştdə doğulmuşdr. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1925-ci ildə Avropa çempionu oldu. Avropa çempionatlarında 1926 və 1927-ci illərdə gümüş medalların sahibi oldu.
Arnavut ciyəri
== Tərkibi == 1 qoyun qaraciyəri, 1/2 stəkan un, 1 stəkan duru yağ, 1.5 şorba qaşığı qırmızı bibər, 2 soğan, 1 dəstə cəfəri, duz. == Hazırlanması == Ciyərin pərdələrini soyun. Yarım barmaq enində dilimlərə doğrayın. Yuyun və sularını süzün. Ciyərlərin suyu yaxşıca süzülüb quruyduqdan sonra una bulayın. Qızğın maye yağa düzərək gözləyin. 1 dəqiqyə qədər bişirin. Tavadan alın. Çıxarıb, üzərinə duz səpin. Tavadaki yağın üçdə birinə qırmızı bibəri səpin.
Arnold Böklin
Arnold Böklin (alm. Arnold Böcklin‎; 16 oktyabr 1827[…], Bazel[…] – 16 yanvar 1901[…], Fyezole, Toskana) – İsveçrə boyakarı. Düsseldorfda, Cenevrədə rəssamlıq akademiyalarında oxumuşdur. 1850–1857 illərdə İtaliyada işləmiş, neoidealizm istiqamətində əsərlər yaradan alman romalıları dərnəyinin üzvü olmuşdur. Tarixçi Burkhardtla dostluq etmişdir. Tarixi-mifoloji reminissensiyalar ilə zəngin peyzaj Böklin rəsmlərində daimi fon və çox vaxt yaradıcılığının əsas mövzusu olmuşdur . Böklin əsərlərində antik allahların obrazları əhəmiyyətli yer tutur.
Arnold Classic
Arnold Classic — Kaliforniya ştatının eks-qubernatoru Arnold Şvartsneqqer və onun biznes portnyoru Cim Lorimer tərəfindən keçirilən bodibildinq turniri Turnir əhəmiyyətinə görə bodibildinq üzrə dünya çempionatından daha üstündür və yalnız "Mister Olimpiya" turnirindən geri qalır. "Arnold Classic" kişi turniri ənənəvi olaraq Kaliforniya ştatının eks-qubernatoru Arnold Şvartsneqqer və onun biznes portnyoru Cim Lorimer tərəfindən keçirilir. İlk dəfə "Arnold Classic" turniri 1989-cu ilin martın 11-də təşkil edilib. 2011-ci ildə ABŞ-nin Ohayo ştatının Kolambus şəhərində keçirilən "Arnold Classic" turnirinin qalibləri arasında yarışda ilk dəfə iştirak edən Azərbaycan yığmasının üzvü Vüqar Verdiyev (85 kq) də olmuş və o, bu mötəbər yarışın bürünc mükafatını qazanmışdır. Bu, yarışda ilk dəfə iştirak edən Azərbaycan yığması üçün böyük nailiyyətdir.
Arnold Fank
Arnold Henrix Fank (alm. Arnold Heinrich Fanck‎; 6 mart 1889[…], Frankental[d], Bavariya – 28 sentyabr 1974[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — alman kinorejissor, operator, montajçı və memuarist, dağ filmləri janrının banisi və ən böyük nümayəndəsi. 1920-1930-cu illərdə alman kinosunun ən görkəmli nümayəndələrindən biri. Arnold Funk yüksək təhsil almış, 1915-ci ildə geologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun mövzusu Sankt-Qallen fosilləri idi. Fank ən məşhur filmlərini Veymar Respublikası illərində çəkib. Onlardan biri də “Müqəddəs dağ” əsəridir. Bu film Venesiya Film Festivalında Qızıl medala layiq görülmüşdür. Film tarixçiləri rejissorun Üçüncü Reyxdəki mövqeyini qiymətləndirməkdə fərqlənirlər. Onların bəziləri Fankı nasist rejiminin minionu kimi səciyyələndirirsə, digərləri onun o dövrdə persona non qrata olduğunu iddia edirlər.
Arnold Gelen
Arnold Gelen (29 yanvar 1904[…], Leypsiq, Saksoniya – 30 yanvar 1976[…], Hamburq) – alman filosofu və sosioloqu, fəlsəfi antropologiyanın əsas nümayəndələrindən biri. Leypsiq və Kölndə fəlsəfə təhsili almış, Leypsiq, Köniqsberq və Vyana universitetlərinin professoru olmuşdur. İkinci Dünya müharibəsi illərində Vermaxtın zabiti idi. Müharibədən sonrakı illərdə Şpayerdə İdarəetmə elmləri üzrə Ali məktəbdə, Axenin Ali texniki məktəbində sosiologiya professoru kimi çalışmışdır. Gelen "İnsan. Onun təbiəti və dünyadakı yeri" (alm. “Der Mensch. Seine Natur und seine Stellung in der Welt”‎) adlı əsas əsərində M. Şelerin və X. Plesnerin ardınca gedərək, insanın xüsusi təşkil olunmuş canlı varlıq kimi dünyadakı spesifik yerini aşkarlamağa çalışmışdır. O, insanı İ. Q. Herder kimi "qeyri-kafi varlıq" və Fridrix Nitsşe kimi "hələ müəyyənləşməmiş heyvan" adlandırırdı. Onun fikrincə heyvanlardan fərqli olaraq, insan bütöv halda instinktlərdən məhrumdur, müvafiq qıcıqlandırıcılara qarşı sabit reaksiyalar sistemindən kənardır, doğulan andan təbiətlə harmoniya halında deyil, özünün "ətraf mühiti"nə uy ğunlaşmayıb, dünya üçün "açıq"dır.
Arnold Toynbi
Arnold Cozef Toynbi (ing. Arnold Joseph Toynbee; 14 aprel 1889[…], London – 22 oktyabr 1975[…], York, Nort-Yorkşir[d]) — ingilis tarixçisi, sosioloqu, tarix filosofu və kulturoloqdur. O, beynəlxalq tarixi və qloballaşma proseslərini öyrənmiş, avrosentrizm anlayışını tənqid etmişdir. O, daha çox 12 cildlik “Tarixin dərk edilməsi” əsəri ilə tanınır. London İqtisadiyyat Məktəbinin professoru, Britaniya Akademiyasının üzvü (1937), Amerika Fəlsəfə Cəmiyyətinin (1941), Fransa Əxlaq və Siyasi Elmlər Akademiyasının əcnəbi üzvü (1965). == Bioqrafiyası == Toynbi (14 aprel 1889-cu ildə Londonda anadan olub) Xeyriyyə Təşkilatları Cəmiyyətinin katibi Harri Uolpi Toynbinin (1861–1941) və həyat yoldaşı Sara Edit Marşalın (1859–1939) oğlu idi; onun bacısı Jocelyn Toynbee arxeoloq və sənət tarixçisi idi. Toynbi XIX əsr iqtisadçısı Arnold Toynbinin (1852-1883) qardaşı oğlu Cozef Toynbinin nəvəsi və görkəmli Britaniya ziyalılarının bir neçə nəslinin nəslindən idi. O, Oksfordda Winchester Kolleci və Balliol Kollecində təqaüd qazandı (Ədəbi Humanistlər, 1907–1911) və qısa müddət ərzində Afinadakı Britaniya Məktəbində oxudu, bu təcrübə sivilizasiyaların tənəzzülü ilə bağlı fəlsəfəsinin genezisinə təsir etdi. 1943-cü ildə İngiltərə Xarici İşlər Nazirliyinin dünyanın müharibədən sonrakı quruluşu üzrə tədqiqat şöbəsinin müdiri. 1913-cü ildə onun ilk həyat yoldaşı məşhur ingilis alimi, qədim Yunanıstan üzrə mütəxəssis Gilbert Murrayın qızı Rosalina Murray (1890-1967) olmuşdur.
Arnold rafflesiyası
Arnold rafflesiyası (lat. Rafflesia arnoldii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü. Tropik meşələrdə iqlim şəraitinə uyğun yaradılmış bu çiçəyin diametri 90 sm-dir və çəkisi 7-11 kq-dır. Dünyanın bu ən böyük çiçəyi açdıqdan sonra 3 gündən 1 həftəyə qədər həyatda qalır və ifraz etdiyi qoxu ilə böcəkləri özünə cəlb edir. 9 aydan bir çiçək açan bu bitki, dərhal növbənöv böcəkləri özünə cəlb edərək tozcuqlarını paylayır və beləliklə nəslini davam etdirir.
Arnold Çikobava
Arnold Çikobava (gürc. არნოლდ ჩიქობავა ; 14 (26) mart 1898 – 5 noyabr 1985, Tbilisi) — gürcü qafqazoloq, dilçi və filoloq. Nikolay Marrın "Yafetik" dil nəzəriyyəsinin ən fəal tənqidçilərindən biri. == Həyatı == Arnold Çikobava 14 mart 1898-ci ildə Gürcüstanın qərbində yerləşən Sameqrelo bölgəsinin Saçikobavo kəndində anadan olmuşdur. 1922-ci ildə Tiflis Dövlət Universitetində təhsilini başa vurmuşdur. Daha sonra həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. 1926-cı ildə dostent, 1933-cü ildə isə professor elmi dərəclərinə yüksəlmişdir. 1933–1960-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Qafqaz Araşdırmaları bölməsinə, 1936–1985-ci illərdə isə Dilçilik İnstitutunun "İber-qafqaz dilləri" bölməsinə rəhbərlik etmişdir. Arnold Çikobava 1950–1952-ci illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna müvəqqəti olaraq rəhbərlik etmişdir. Sonradan həmin instituta onun adı verilmişdir.
Arnold Şvarseneqer
Arnold Alois Şvartsenegger (alm. Arnold Schwarzenegger‎; 30 iyul 1947[…], Tal[d], Müttəfiqlər tərəfindən işğal olunmuş Avstriya) — Avstriya mənşəli ABŞ aktyoru, bodibilder və ABŞ-nin Kaliforniya ştatının keçmiş (38-ci) qubernatoru. == Həyatı == Arnold Alois Şvartsenegger (almanca Arnold Alois Schwarzenegger) 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav, 1938-ci ildən Nasional-Sosialist partiyasının üzvü idi. Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Olimpiya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir.
Arnold Şvarseneqqer

Arnold Şvartsenegger

Arnold Şönberg
Arnold Frans Valter Şönberq (alm. Arnold Franz Walter Schoenberg‎, əvvəlcə Schönberg; 13 sentyabr 1874 — 13 iyil 1951) — avstriyalı və amerikalı bəstəkar, pedaqoq, musiqişünas, dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifi. == Həyatı == Arnold Şönberq 13 sentyabr 1874-cü ildə Vyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib. 1894-cü ildə özündən 3 yaş böyük bəstəkar Aleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb. 1901-1903-cü illərdə Berlində orkestr drijoru işləyib. 1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb. Anton Vebern, Alban Berq onun tələbələri olublar.
Arnold Şönberq

Barnaul-Т