Arnold Şönberg

Arnold Frans Valter Şönberq (alm. Arnold Franz Walter Schoenberg‎, əvvəlcə Schönberg; 13 sentyabr 1874 — 13 iyil 1951) — avstriyalı və amerikalı bəstəkar, pedaqoq, musiqişünas, dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifi.

Arnold Şönberq
alm. Arnold Franz Walter Schoenberg
Ümumi məlumatlar
Doğum adı Arnold Franz Walter Schönberg
Doğum tarixi
Doğum yeri Vyana, Avstriya
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Los-Anceles, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Milliyyəti Avstriya
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pedaqoq, dirijor, musiqişünas
Fəaliyyət illəri 1897—1951
Janrlar XX əsr klassik musiqisi[d], opera, klassik musiqi, ekspressionizm, dodekafoniya
Musiqi aləti piano
schoenberg.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arnold Şönberq 13 sentyabr 1874-cü ildə Vyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib. 1894-cü ildə özündən 3 yaş böyük bəstəkar Aleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb. 1901-1903-cü illərdə Berlində orkestr drijoru işləyib. 1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb. Anton Vebern, Alban Berq onun tələbələri olublar. 1919-cu ildə yeni yeni musiqi yaratmaq üçün ətrafına musiqiçiləri toplayıb. Onların konsertləri tənqidçilər tərəfindən ciddi tənqidlərə tuş gəlib. Bu konsertlərdə əl çalmaq və onları yayımlamaq qadağan edilib. 1925-ci ildə Şönberq pedaqoji fəaliyyətini davam etdirmək üçün Berlinə qayıdıb. Yəhudi olduğu üçün 1933-cü ildə faşistlərin təqibi ilə üzləşib. 1898-ci ildə xristianlığı qəbul etməsinə baxmayaraq yəhudi kimi Parisə sürgün edilib. Bundan sonra yenidən yəhudiliyə qayıdıb. 1934-cü ildə ABŞ-yə köçüb və soyadını Şönberqdən Şöenberqə dəyişib. 1936-cı ildə UClA-da dərs deməyə başlayıb. 13 iyul 1951-ci ildə Los-Ancelesdə vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Dodekafoniya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]