Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arsenal FK
Arsenal FK (ing. Arsenal Football Club, The Arsenal, The Gunners, The Red Army) — İngiltərə Premyer Liqasında yer alan bir futbol klubu. Şimali Londondakı Hollouey səmtində qurulmuşdur. İngiltərənin ən müvəffəqiyyətli klublarından biri olub, 13 Premyer Liqa çempionluğu və 14 FA Kuboku çempionluğu var. Arsenal, Premyer Liqada ən uzun müddət lider qalma və bir mövsüm məğlub olmadan çempion olan yeganə klubdur. Premyer Liqanın qızıl kuboku yalnız Arsenalın muzeyindədir. Arsenal həmçinin FA Kubokundada 14 dəfə qalib olmaqla rekordçudur. Arsenal 1886-cı ildə quruldu və 1893-cü ildə Futbol Liqasına qatıldı. XX əsrin 30-cu illərində ilk böyük turnirini qazanan komanda, bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970–1971 mövsümündə həm İngiltərə Premyer Liqasını həm də FA Kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu.
Arsenal Tula FK
Arsenal Tula FK (rus. ФК Арсенал Тула) — Rusiya Premyer Liqasında oynayan Tula şəhərin təmsil edən rus futbol komandası. 1946-cı ildə qurulan Arsenal Tula, 2013–14 Rus Milli Futbol Liqasında sona çatdıqdan sonra tarixində ilk dəfə 2014-cü ildə Rusiya Premyer Liqasına yüksəlmişdir. Bu nailiyyət klub üçün üç ardıcıl promosyonu qeyd etdi. 2014–15 Rusiyanın Premyer Liqasında debüt mövsümündə son yerləri bitirdilər və FNL-ə qayıtdılar. Klub, 2016–17 mövsümündəPremyer Liqaya dönməzdən əvvəl FNL-də bir mövsüm keçirdi və bu günlərdə yarışdılar. Komanda 19,241 tutumu olan Arsensal Arenada ev oyunlarını keçrir.
Arsenal Futbol Klubunun Muzeyi
Arsenal Futbol Klubunun Muzeyi Londonda Hollovey adlı ərazidə yerləşir və klub tərəfindən onun tarixini əks etdirmək üçün yaradılmışdır. Muzey daxilində geniş ölçüdə klubun tarixini əks etdirən eksponatlar və xatırlanmağı vacib olan digər predmetlər nümayiş edilir. Buraya 1971-ci il İngiltərə Federasiya Kubokunun finalında Corc Çarlinin geydiyi forma, 1988-89 mövsümündə çempionluğu təsdiqləyən matçda Maykl Tomasın geydiyi butslar, Alan Smitin 1994-cü il UEFA Kuboklar Kubokunun finalında geydiyi forma, məğlubiyyətsiz başa vuraraq qalib olduqları 2003-04 İngiltərə Premyer Liqası mövsümünə özəl olaraq hazırlanmış kubok və mövsüm boyu qapıçı Yens Lemanın istifadə etdiyi əlcəklər daxildir. Muzey hal-hazırda klubun ev oyunlarını keçirdiyi Emirates (stadion)un şimalında yerləşir. Muzey əvvəllər Hayberi stadionun daxilində yerləşirdi. İl ərzində təxminən 120,000 ziyarətçi bura gəlir. Muzey həftənin bütün günləri fəaliyyət göstərir. Oyun günləri isə yalnız saat 10:00-dan matçın başlamısa 1 saat qalmışa kimi açıq olur. Muzeyə giriş təkliflərinə həmçinin Emirates stadionuna tur da daxildir.
Sarsena
Sarsena (fr. Sarcenas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38472. Kommunanın 1999-cu il üçün əhalisi 141 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 10 km şimalda yerləşir.
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Arsen
Arsen (As) və ya Sıçanotu – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşv etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Ageratina arsenei
Ageratina arsenei (lat. Ageratina arsenei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Armenak Boryan
Armenak Boryan (1886, Çəmbərək, Yeni Bəyazid qəzası – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında jurnalist. Armenak Boryan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Eupatorium arsenei
Ageratina arsenei (lat. Ageratina arsenei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Marsena (Alye)
Marsena (fr. Marcenat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03160. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 362 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 161 nəfər iqtisadi fəal, 82 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,3%, 1999-cu ildə 67.8%). Fəal olan 161 nəfərdən 150 nəfər (81 kişi və 69 qadın), 11 nəfər işsiz (7 kişi və 4 qadın) idi. Aktiv olmayan 11 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 39 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qallium arsenid
Qallium arsenid (ing. gallium arsenide (GaAs)) — mikroelektronikada yüksək sürətli mikrosxemlərin hazırlanmasında istifadə olunan kimyəvi birləşmə. Qallium arsenid əsasında hazırlanmış mikrosxemlər onların silisiumdan olan analoqlarından sürətli işləyir, temperatur dəyişikliklərinə daha dözümlüdür, daha az enerji istifadə edir və radiasiyaya daha dayanıqlıdır. Superkompüterlərdə və hərbi məqsədlər üçün istifadə olunan kompüterlərdə də bu texnologiya əsas götürülüb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Armenak Şuşinski
Armenak Qriqoryeviç Əsriyev və ya Armenak Şuşinski (1885, Şuşa – 1967, Bakı) — erməni kamança ifaçısı. == Həyatı == Armenak Qriqoryeviç Əsriyev 1885-ci ilin fevralında Şuşada (o vaxt Şuşa qəzasının tərkibində) dərzi ailəsində anadan olmuşdur. Onun 3 bacısı və 6 qardaşı var idi. O, 8 yaşında Qarabağ Erməni Yeparxiya Seminariyasına oxumağa göndərilmiş, lakin üç ildən sonra ailənin çətin maddi vəziyyəti səbəbilə seminariyanı tərk edərək ailə biznesini davam etdirməyə məcbur olmuşdur. İlk kamançasını 12 yaşında evdəki bir qazanı gizlicə 6 abbasına satdıqdan sonra qonşusundan almışdır. Tezliklə Uzundərə və Qarabağ şikəstəsi ifa etməyi öyrənmişdir. Böyüyəndə Məşədi İsi, Haşım Keştazlı, Cabbar Qaryağdıoğlu, Sadıqcan, Lazar Ter-Vartanesov, Baxşı Ballucalı, Avanes, Bağdagül oğlu Qosti və başqa muğam ifaçıları ilə tanış olmuşdur. Xanəndə Keçəçioğlu Məhəmmədin, tarzən Qriqor Şuşulunun, kamançaçı Mirzə Səttarın Xandəmirov teatrında çıxışlarında tez-tez iştirak etmiş, sonralar Mirzənin tələbəsi olmuşdur. Onunla bir müddət məşq etdikdən sonra Armenak 14 yaşında xanəndə Haşım Keştazlı və tarzən Uzun Mərdi ilə Mxitaraşen kəndində keçirilən toyda debüt çıxış etmişdir. Sonralar Məmmədqulu Şuşinski, Qriqor Şuşulu, Çarıxçı Bahadırla tanış olmuş, onlarla dostluq etmiş, Şuşanın erməni məhəlləsində keçirilən böyük bir tədbirdə solo olaraq çahargahı ifa etmişdir.
Arabis armena
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Arealı == Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.
Arseni Yasenyuk
Arseni Petroviç Yasenyuk (ukr. Арсеній Петрович Яценюк; 22 may 1974[…], Çernovtsı) — Ukrayna siyasətçisi və dövlət xadimi. Ukrayna hökumətində iqtisadiyyat naziri (2005–2006) və xarici işlər naziri (2007) vəzifələrini tutub. 2007–2008 illərdə Ukrayna Ali Radasının sədri olub.
Arseni Yatsenyuk
Arseni Petroviç Yasenyuk (ukr. Арсеній Петрович Яценюк; 22 may 1974[…], Çernovtsı) — Ukrayna siyasətçisi və dövlət xadimi. Ukrayna hökumətində iqtisadiyyat naziri (2005–2006) və xarici işlər naziri (2007) vəzifələrini tutub. 2007–2008 illərdə Ukrayna Ali Radasının sədri olub.
Bellis armena
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Crataegus × armena
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Arseni Avraamov
Arseni Mixayloviç Avraamov (rus. Арсе́ний Миха́йлович Авраа́мов; 22 aprel 1886, Novoçerkassk – 19 may 1944, Moskva) ― Rusiya və SSRİ bəstəkarı, musiqi nəzəriyyəçisi və ixtiraçısı. == Həyatı == Avraamov 1917–1918-ci illərdə Respublikanın Birinci İncəsənət Komissarı, "Proletkult"nun təşkilatçılarından biri olmuşdur. 48 tonluq sistemdə avanqard kompozisiyaların (Qərbi Avropa musiqi avanqardının bir çox konsepsiyalarını nəzərdə tuturdu), o cümlədən Bakıda və Moskvada inqilabi tarixlər üçün musiqi səhnəsi kimi səslənən bip simfoniyalarının müəllifi olmuşdur. "Çəkilmiş səs" (səsin qrafik qeydi) üsulunu icad etmişdir. 1935–1941-ci illərdə Nalçikdə işləmiş, Şimali Qafqaz xalqlarının 1 minə yaxın melodiya və mahnısını lentə almışdır və emal etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Сабанеев Л.Л. Ультрахроматическая полемика // Музыкальный современник, 1916, № 6. D. Gojowy. Neue sowjetische Musik der 1920er Jahre. Laaber, 1980.
Pastinaca armena
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. == Yayılması == Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Arseni Cioyev
Arseni Cioyev (9 iyul 2002, Tsxinvali) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Arseni Cioyev 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə dəvət edildi. Arseni Cioyev həmin avqustunda Belarusda II MDB Oyunlarının bürünc medalına sahib oldu. Həmin il Albaniyada U-23 Dünya Çempionatını 11-ci pillədə başa vuran Arseni Cioyev ilin sonunda Azərbaycan Çempionatının gümüş medalına da sahib oldu 2024-cü ildə Arseni Cioyev sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirini beşinci pillədə başa vuran Arseni Cioyev fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Marta Elena Barsena
Marta Elena Barsena — Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
ASCO Arena
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb. ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. == Yubiley matçları == 100-cü matç: 13.05.2013.
ASK Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Aysənan Abbasov
Aysənan Əsgər oğlu Abbasov (29 iyun 1992, Tərtər rayonu – 30 sentyabr 2020, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aysənan Abbasov 29 iyun 1992-ci ildə Tərtər rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Aysənan Abbasov 27 dekabr 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Aysənan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aysənan Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aysənan Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aysənan Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.