Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asseqay çayı
Asseqay çayı, Vakkerstrom, Mpumalanqadan, Cənubi Afrikanın şimalından öz başlanğıcını götürür və Mhkondvo çayına tökülən Piet Retiefin cənub şərqindəki Heyshope su anbarına tökülür. Asseqay çayının qolları arasında Ngulane Çayı, Anispruit, Boesmanspruit ve Kleyin Asseqay çayı var.
Aksaray
Aksaray — Türkiyənin Aksaray ilinin inzibati mərkəzi.
Aznaqay
Aznaqay (tatar. Aznaqay) ya da Aznakayevo (rus. Азнакаево) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir. == Coğrafi mövqeyi == Şəhərin sahəsi 15 км² dir. Kama (tatarca Çulman) çayı boyunda, Estərle çayı (Стәрле/Эстәрле (Stərle/Estərle) / Стярле/Стерли) sahilində yerləşir. Qazana qədər məsafəsi 376 km-dir. Aznaqay şəhərinin yanında Tatarıstanın ən hündür nöqtələrindən biri sayılan Çadır dağı (Чатыр-Тау (Çatır-Tau) / Шатёр-гора) yerləşir. Çadır dağının ətəyində qırmızı kitaba düşmüş nadir səhra bitkiləri yetişir. == Əhali == Əhalinin sayı 2014-cü ildə 34 747 nəfər təşkil edib. == İqtisadiyyat == Sənaye üsulu ilə neft 1950-ci ildə əldə edilib.
Xapsaqay
Xapsaqay (saxa хапсаҕай — cəld, bacarıqlı, güçlü) — Yakutlara məxsus milli güləş növü. == Etmalogiya == Bu idman növünün adının müxtəlif etimalogiyası vardlr. N. S. Qriqoryevin fikirinə görə yakutların frazoloji birləşmələr lüğətinə nəzər yetirsən onda xapsa (ovlaaq, tutmaq, yapışmaq) və qədim monqol müraciət etiketi olan bəy sözlərinin birləşməsindən yaranmışdır. «tut və hərəkət elə» mənasını verir. «Yakutların ətraflı lüğətində» xapsabay (хапсаҕай) kimi deyilir. Xap cəld və güclü, sabay isə at və tulla mənasını verir. == Tarixi == Xapsaqay qədim tarixə malikdir. Bu idman növünün qaydalarının nə zaman yaranması bəlli deyil. Yakutların olonxo əsatirinə görə «orta dünya» bahadırının «qara qüvvələrin» üzərində qalibiyyəti məhz 'Xapsaqay fəndi ilə qalib gəlmişdir. Ustalıq və hazırlıq yolları hər ailə tərəfindən qorunur və sirr saxlanııırdı.
Aksaray ili
Aksaray ili — Türkiyədə il. Aksaray ili 1920-ci ildə təşkil olunmuşdur. 1933-cü ilə qədər 13 il illik etdikdən sonra illiyi ləğv edilmişdir. 20 mart 1933 tarixində 2197 saylı qanunun 3. maddəsi ilə Niğdə ilinə ilçə olaraq bağlanmışdır. 1989-cu ilin 15 iyun gününə qədər 56 il qəza olaraq qalmış olan Aksaray, bu tarixdə köhnə haqqı qaytarılmaq surətiylə təkrar il olmuşdur.
Əsəd Saqay
Əsəd Saqay (türk. Esat Sagay; 1 yanvar 1874, Saloniki – 22 may 1938, İstanbul) — Osmanlı və Türkiyə hərbi zabit, təhsil xadimi, siyasətçi və keçmiş hökumət naziri. == Həyatı == Əsəd Saqay 1874-cü ildə Yunanıstanın Saloniki şəhərinə yaxın, o dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Karaferiye şəhərində anadan olmuşdur. O,1894-cü ildə hərbi akademiyanı bitirmişdir. Bundan sonra Osmanlı imperiyasının bir hissəsi olan Suriyada xidmət müddətinin ardından hərbi akademiyada müəllim olaraq İstanbula qayıtmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu olacaq Mustafa Kamal onun tələbələri arasında idi. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə iştirak etmişdir. Saqay 1919-cu ildə polkovnik rütbəsində olarkən hərbi xidmətdən təqaüdə çıxmış və mülki həyata qayıtmışdır. O, 22 may 1938-ci ildə vəfat etmişdir.
Kapşaqay
Qonayev (qaz. Қонаев) 2022-ci ilə qədər Kapşaqay (qaz. Қапшағай, əvvəl Kapçaqay) — Qazaxıstanın Almatı vilayətində regional tabe bir şəhər. Respublikanın ən böyük qumar zonası şəhərdə yerləşir. == Adın etimologiyası == Qazax dilində "Kapşağay" "dar dərə" və ya "sıxılmış yer" mənasını verir . == Tarixi == Şəhərin inkişaf və meydana gəlmə tarixi Kapçağay su elektrik stansiyasının inşasının başlanması ilə əlaqələndirilir. İlisk qəsəbəsi əvvəlcə su anbarının tikildiyi ərazidə yerləşirdi, 5 mindən çox insan yeni Novoilisk qəsəbəsinə, Jetiqen qəsəbəsinə və yeni qurulan balıqçılıq kolxozuna, indiki Arna kəndinə köçürüldü. 29 sentyabr 1969-cu il tarixdə yerli vaxtla saat 16: 15-də İli çayı bağlanmışdı. Həmin il 26 dekabrda su anbarının doldurulmasının birinci mərhələsi başladı. 1970-ci ilin yazında İlisk kəndi süni su anbarının dibinə batdı.
Astaga.com
Astaga.com — İndoneziya mərkəzli internet markası. Marka 2000-ci ildə internet investisiya şirkəti olan İndonesia Online şirkətinin bir qolu kimi yaradılmışdır. 7 milyon ABŞ dolları məbləğində sərmayə qoyduqdan sonra, 2001-ci ildə marka Cənubi Afrika media konqlomeratı hesab edilən M-Web provayderinə satılmışdır. Marka illər ərzində inkişaf elədi. 2004-cü ildə 300-dən çox işçiyə sahib olan marka İndoneziya səviyyəsində zirvəyə yüksəldi. 2004-cü ilin sonunda M-Web provayderi İndoneziya ilə əlaqələri kəsdi. Provayder Astaga.com və Kafegaul.com markalarının fəaliyyət göstərən aktiv hissələrini xarici və İndoneziya investorlarının konsorsiumuna satdı. 2012-ci ildə Astaga.com Fil Rikard və Sandi Qunavan tərəfindən idarə olunan beynəlxalq investisiya şirkəti tərəfindən satın alınmışdır. 2013-cü ilin sonundan etibarən marka beta versiyada fəaliyyət göstərir. == İstinadlar == == Mənbə == "Slank Cyber Virus Serbu Astaga.com".