Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şarl Aznavur
Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[…], VI arondisman (Paris) – 1 oktyabr 2018[…], Muryes[…]) — erməni əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır. Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb.
Karina Aznavuryan
Karina Boris qızı Aznavuryan (20 Sentyabr 1974, Bakı, Azərbaycan) Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004), Dünya (2003) və Avropa (2004) çempionudur. == Həyatı == Karina Aznavuryan 20 sentyabr 1974-cü ildə Bakıda anadan olmuşdur. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır. Qılıncoynatma ilə ilk dəfə Bakıda məşğul olmağa başlayıb. Qarabağ münaqişəsi başlandıqdan sonra onun ailəsi Moskvaya köçür. Əvvəllər rapira ilə məşqul olan Karina burada şpaqa ilə məşq etməyə başlayır. 1994-cü ildən etibarən Rusiya yığmasının tərkibində iştirak etməyə başlayır. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində bürünc medal qazanır. Daha sonra Sidney (2000) və Afina (2004) şəhərlərində keçirilən Olimpiya oyunlarında qızıl medallar qazanır. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında belində olan zədə səbəbindən iştirak etmədi.
Aynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır.
Aznauri
Aznauri (gürc. აზნაური; cəmi aznaurni, აზნაურნი, və ya aznaurebi, აზნაურები) — Gürcüstan zadəganlarının bir sinfi idi. Adı V əsrdən məlumdur. Aznaurilər kral, knyaz və kilsəyə bölünürdülər. İrsi və xidməti Aznauri fərqlənirdi. Onlar torpaq sahibi idilər, məcburi hərbi xidmət keçirdilər. XIX əsrin əvvəllərində Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə aznaurilər rus zadəganlarının hüquqlarını almışdır.
Anamur
Anamur (türk. Anamur) — Mersin ilinin ilçəsi.
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
Arnavut ciyəri
== Tərkibi == 1 qoyun qaraciyəri, 1/2 stəkan un, 1 stəkan duru yağ, 1.5 şorba qaşığı qırmızı bibər, 2 soğan, 1 dəstə cəfəri, duz. == Hazırlanması == Ciyərin pərdələrini soyun. Yarım barmaq enində dilimlərə doğrayın. Yuyun və sularını süzün. Ciyərlərin suyu yaxşıca süzülüb quruyduqdan sonra una bulayın. Qızğın maye yağa düzərək gözləyin. 1 dəqiqyə qədər bişirin. Tavadan alın. Çıxarıb, üzərinə duz səpin. Tavadaki yağın üçdə birinə qırmızı bibəri səpin.
Znaur rayonu
Znaur rayonu (Oset. Знауыры район, gürc. ზნაურის რაიონი) — Cənubi Osetiyanın ən kiçik inzibati bölgəsidir. == Tarix == 1931-ci ilə qədər Znaur rayonu Okonski adlandırılırdı. 1931-ci ildə Gürcüstanda vətəndaş müharibəsinin iştirakçısı Znaur Zaurbəyoviç Aydarov (1889-1919) şərəfinə Znaur rayonu adlandırıldı. Gürcüstan SSR hakimiyyəti bölgədəki toponimlərin gürcüləşməsinin xeyrinə ərazinin Kornisk adlandırılmasına cəhd edildi. 1989-1992, 2004, 2006 və 2008-ci illərdə Cənubi Osetiya soyqırımı zamanı rayon, Tsxinvali kimi döyüş və iqtisadi mühasirədən əziyyət çəkmişdir, 2008-ci ildən sonra infrastrukturun aktiv şəkildə bərpası, mühüm sosial obyektlərin inşası başlanmışdır. 2014-cü ildə rayonda məşhur inqilabçı, Osetiyanın vətənpərvər vətəndaşı, Vətəndaş müharibəsi Qəhrəmanı Znaur Aydarovun anadan olmasının 125 illiyi qeyd olundu. Onun şərəfinə 1931-ci ildə Okonski rayonu Znaur adlandırıldı. == Coğrafiya == Bölgənin uzunluğu qərbdən şərqə 24 km, şimaldan cənuba 26 km təşkil edir.
Xose Mariya Aznar
José María Alfredo Aznar López (İspanca tələffüz: xoˈse maˈɾi.a alˈfɾeðo aθˈnar ˈlopeθ; 25 fevral 1953[…], Madrid) 1996-2004-cü illər arasında İspaniyanın Baş Naziri vəzifəsində çalışmış siyasətçidir. Hal-hazırda News Corporation şirkətinin direktorudur. == Cavanlığı == Aznar 1953-cü ildə Madrid şəhərində anadan olmuşdur. O, jurnalist və radio aparıcısı olan Manuel Aznar Acedonun oğlu və keçmiş bask millətçi yayımçısı olan Manuel Aznar Zubiqarayın nəvəsi idi. Onun babası Franko dövrünün falanqist təbliğatçısı və tanınmış jurnalisti olmuşdur. Həm atası, həm də babası Franko dövründə ispan vilayətlərində dövlət vəzifələrində işləmişdirlər. Madridin Complutense Universitetində hüquq təhsili almış və bu universiteti 1975-ci ildə bitirmişdir. 1976-cı ildə isə vergi müfəttişi olmuşdur.
Buş-Aznar məxfi görüşü
Buş-Aznar məxfi görüşü 2003-cü il fevral ayının 22-də ABŞ-ın o zamankı prezidenti Corc Buş ilə İspaniyanın o zamankı baş naziri Xose Mariya Aznar arasında ABŞ-ın Texas ştatının Krouford şəhərində keçirilmiş olan görüş və bu görüşün məzmunudur. Görüşdə iki liderlə yanaşı, dövrün dövlət rəsmiləri də iştirak etmişdir; Milli Təhlükəsizlik müşaviri Kondoliza Rays, Daniel Frid, Alberto Karnero və İspaniyanın ABŞ-dakı səfiri Xavyer Ruperes. Həmçinin İngiltərənin o vaxtkı baş naziri Toni Bleyr və İtaliyanın baş naziri Silvio Berluskoni də telefonla bu görüşdə iştirak etmişdirlər. İctimaiyyət bu görüşdən yalnız illər sonra İspaniyanın El País qəzetinin verdiyi xəbər nəticəsində xəbərdar olmuşdur. Məxfi görüşdə iştirak etmiş olan Ruperes qəzetə ətraflı məlumat vermişdir. == Əhəmiyyəti == Görüşdə diqqət mərkəzində olan əsas məsələ ABŞ, İngiltərə və İspaniya hökumətlərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu 1441 saylı qətnaməsindən sonra yeni bir qətnamənin qəbul edilməsini istəmələri idi. Bu, İraqla bağlı əvvəl qəbul edilmiş olan 17 qərarın davamı olacaq 18-ci qərar kimi də qəbul edilir. Görüş yaxınlaşan İraq müharibəsinə yanaşma baxımından da böyük əhəmiyyət kəsb etmişdir. Buna müvafiq olaraq, Səddam Hüseynin yanında 1 milyard dollar saxlamasına icazə veriləcəyi təqdirdə, vəzifəsindən istefa verərək ölkəni tərk edəcəyi bildirilirdi. Bundan əlavə, görüş zamanı Buşun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv dövlətlərə ABŞ-ın üstünlük verdiyi hərəkət kursunu qəbul etmələri üçün etdiyi təzyiqlər də görülmüşdür.