Şarl Aznavur (erm.Շառլ Ազնավուր; fr.Charles Aznavour; 22 may1924[1][2][…], VI arondisman[5] – 1 oktyabr2018[3][4][…], Muryes[3][6][…]) — erməni[9][10][11] əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor[12] səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə[13] ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir.[14] Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur.[15] Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır.[16]
Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb. 1988-ci ildə baş verən Spitak zəlzələsinin qurbanları üçün yardımların toplanmasında iştirak edib. Bundan əlavə Aznavur 2009-cu ildən Ermənistanınİsveçrə üzrə səfiri vəzifəsini icra edib.[17]
↑Charles Aznavour recorded in French, English, Italian, Spanish, German, Armenian (Yes kou rimet'n tchim kidi, La goutte d'eau and Sirerk), Neapolitan (Napule amica mia) and in Russian (Vetchnai lioubov). Charles Aznavour Songs CatalogArxivləşdirilib 2010-10-30 at the Wayback Machine
↑Shea, Michael. The Freedom Years: Tactical Tips for the Trailblazer Generation. Chichester: John Wiley & Sons. 2006. səh. 122. ISBN9781841127545. One of France's best known pop stars, Charles Aznavour...