Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zeytun budağı
Zeytun budağı — Qədim Yunanıstanda sülh və zəfərə işarə edən simvol.
Qızıl Palma Budağı
Qızıl Palma (Orijinalı: Palme d' Or, ing. Golden Palm) — Kann Film Festivalının əsas hissəsində verilən ən böyük mükafatdır. Mükafatın adı 1955-ci ildə təşkilat komitəsində qoyuldu. 1939–1954-cü illər arasında böyük mükafata Grand Prix du Festival International du Filmlərin adı verilməkdəydi. 1964–1974-cü illəri arasında isə mükafatın adı, Grand Prix du Festival olaraq dəyişdirildi.
Zeytun budağı əməliyyatı
Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat. Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir. İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır. == Arxa plan == Suriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi. Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı.
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Madagiz
Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Coğrafiyası == Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur. == Tarixi == Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi.
Madaqiz
Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Coğrafiyası == Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur. == Tarixi == Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi.
Bədavi Hüseynov
Bədavi Hüseynov (11 iyul 1991[…], Kaspiysk, Dağıstan) —Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir. Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 24 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub. == Həyatı == Bədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu.
Madagiz su anbarı
Suqovuşan su anbarı (sovet və işğal dövrü: Madagiz su anbarı) — Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Madagiz su anbarı Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi. 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su elektrik stansiyası isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.
Məhəmməd Cavad Bəlaği
Məhəmməd Cavad Bəlaği (Tam adı: Əllamə Məhəmməd Cavad Bəlaği Nəcəfi) (ərəb. محمد جواد البلاغي النجفي‎; 1865, İraq – 1933, Nəcəf) — ilahiyyatçı, təfsirçi, hüquqşünas, üsulist, şair və yazıçı (1982-ci ildə anadan olub, 1992-ci ildə Nəcəfdə vəfat edib), İraqlı şiə din xadimidir. == Doğumu == 1865-ci ildə Nəcəfin Baraq məhəlləsində anadan olmuşdur. Atası Şeyx Həsən Bəlaği alim idi. Bəlaği nəsli öz elmi və biliyi ilə məşhur olan ailələrdəndir və onun əcdadları hamısı elm və ədəbiyyat adamları olmuşlar. O cümlədən məşhur "Tənqihul-məqal" kitabının müəllifi də bu nəsildəndir. == Təhsili == Nəcəf seminariyasında müqəddimat elmləri üzrə təhsil almışdır. 24 yaşında Kazimeyn şəhərinə getmiş və 6 ilə qədər orada qalmışdır. Bu müddət ərzində müxtəlif dinlərin, məzhəblərin və məktəblərin ardıcılları ilə ünsiyyətdə olduğu üçün onların düşüncələri ilə yaxından tanış olmuşdur. Bir neçə il sonra Nəcəf qəzasına qayıtdı.
Əhməd Əl-Bədavi məscidi
Əhməd Əl-Bədəvi məscidi — Misirin ən şimal hissəsində yerləşən Tanta şəhərinin ən böyük məscidi. Sufi məscididir.