Suqovuşan su anbarı | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | Azərbaycan Tərtər rayonu |
Sahəsi | 580 min. m² |
Orta dərinliyi | 9,8 m |
Tökülən çaylar | Tərtərçay |
Suqovuşan su anbarı (sovet və işğal dövrü: Madagiz su anbarı) — Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir.[1] Madagiz su anbarı Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi.
3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.[2]
Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su-elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su-elektrik stansiyası isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |