Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yersin Baltaqul
Kinbozan Haruki (金峰山 晴樹, 24 iyun 1997, Almatı vilayəti) və ya Yersin Baltaqul (qaz. Ерсін Балтағұл) – əslən Qazaxıstandan olan sumoçu. Peşəkar sumo karyerasına 2021-ci ilin noyabrında başlamışdır. Səkkiz turnir və iki aşağı diviziya çempionatında iştirak etdikdən sonra yuxarı makuuçi diviziyasına yüksəlmiş və bunu bacara bilən ilk qazaxıstanlı olmuşdur. Ən yüksək dərəcəsi 2023-cü ilin mayında əldə etdiyi maeqaşira 5 dərəcəsidir. Kise məktəbinin yetirməsidir. == İlk illəri == Yerin 18 yaşına qədər cüdo ilə məşğul olmuşdur. Keçmiş yokozuna Asaşoryunun tövsiyəsindən sonra Yaponiyaya köçmüş, liseydə oxumağa və həvəskar sumo ilə məşğul olmağa başlamışdır. Daha sonra Nihon Universitetinə daxil olmuş və universitetin sumo klubuna qoşulmuşdur. 2019-cu ildə Ümum-Yaponiya çempionatında ikinci yeri tutmuş, növbəti il həmin turnirin ilk 16-lığına daxil olmuşdur.