Yersin Baltaqul

Kinbozan Haruki (金峰山 晴樹?, 24 iyun 1997, Almatı vilayəti) və ya Yersin Baltaqul[1] (qaz. Ерсін Балтағұл) – əslən Qazaxıstandan olan sumoçu. Peşəkar sumo karyerasına 2021-ci ilin noyabrında başlamışdır. Səkkiz turnir və iki aşağı diviziya çempionatında iştirak etdikdən sonra yuxarı makuuçi diviziyasına yüksəlmiş və bunu bacara bilən ilk qazaxıstanlı olmuşdur. Ən yüksək dərəcəsi 2023-cü ilin mayında əldə etdiyi maeqaşira 5 dərəcəsidir. Kise məktəbinin yetirməsidir.

Kinbozan Haruki
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 24 iyun 1997(1997-06-24) (27 yaş)
Doğum yeri
Təhsili
  • Nihon Universiteti[d]
İdman növü sumo

Yerin 18 yaşına qədər cüdo ilə məşğul olmuşdur. Keçmiş yokozuna Asaşoryunun tövsiyəsindən sonra Yaponiyaya köçmüş, liseydə oxumağa və həvəskar sumo ilə məşğul olmağa başlamışdır.[2] Daha sonra Nihon Universitetinə daxil olmuş və universitetin sumo klubuna qoşulmuşdur.[3] 2019-cu ildə Ümum-Yaponiya çempionatında ikinci yeri tutmuş, növbəti il həmin turnirin ilk 16-lığına daxil olmuşdur.[2]

2022-ci ildə.

Yersin universiteti bitirdikdən sonra peşəkar sumo ilə məşğul olmağa qərar vermişdir. O, Ümum-Yaponiya çempionatında ilk səkkizliyə düşmüş həvəskar sumoçu olduğu üçün sandanme dərəcəsi ilə başlamış və aşağı iki diviziyada iştirak etməkdən azad edilmişdir. Kise məktəbinə qoşularak Kinbozan adını götürmüşdür.

Kinbozanın ilk turniri 2021-ci ilin noyabrında Kyuşuda baş tutmuşdur. O, yeddi oyunun hamısında qalib gələrək çempion olmuş və makuşita dərəcəsinə yüksəlmişdir.[4] 2022-ci ilin mayında Osakada keçirilmiş makuşita çempionatında 7 oyunun hamısında qalib gələrək çempion olmuşdur. 2022-ci ilin sentyabrında ikinci ən yüksək sumo diviziyası olan curyo diviziyasına yüksəlmişdir.[5] İştirak etdiyi üç turnirdəki qələbələrindən sonra 2023-cü ilin mayında ən yüksək sumo diviziyası olan makuuçi diviziyasına yüksəlmiş və bunu bacaran ilk qazaxıstanlı olmuşdur.[6] Makuuçi diviziyasındakı debütü zamanı 11 qələbə qazanmış və buna görə "Döyüşkən ruh mükafatı"na layiq görülmüşdür.[7]

2023-cü ilin mayında keçirilmiş soken zamanı Kinzoban daha təcrübəli sumoçularla qarşılaşarkən stres yaşadığını və nəfəs almaqda çətinlik çəkdiyini bildirmişdir.[8] Növbəti turnirdə ozeki Takakeyşo Takanobuya qalib gəlmişdir. Bu, son yeddi ildə bir maeqaşira dərəcəli sumoçunun ozeki dərəcəli sumoçuya qalib gəlməsinə aid ilk hal idi.[9] Buna baxmayaraq, Kinbozan turniri 4–11 hesabı ilə bitirmişdir. Növbəti iki turnirdə də mənfi hesablı performans göstərən Kinbozan sağlamlıq problemləri yaşadığını bildirmişdir.[10]

Kinbozan 2023-cü il boyunca makuuçi diviziyasında yarışmağa davam etsə də, 2024-cü ilə maeqaşira 6 dərəcəsi ilə başlamışdır. Turnirin 12-ci günündə dizindən zədələnmiş və dəhşətli ağrılar hiss etdiyini bildirmişdir.[11] 2024-cü ilin mart turnirinin 4-cü günündə rinqdən kənara yıxılaraq zədələnmiş və növbəti gün turnirdən çəkilmişdir.[12]

Döyüş üslubu

[redaktə | mənbəni redaktə et]

Kinbozanın döyüş üslubu itələmə və hücum etmə texnikalarına əsaslanır. Qələbələrinin çoxunu oşidaşi, yorikiritsukidaşi üsulları ilə əldə etmişdir.

  1. "Ерсін Балтағұл сумодан Жапония чемпионы атанды". zhasalash.kz (qazax). 18 November 2019. 17 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  2. 1 2 "欧勝馬、金峰山が11月場所でデビュー". 相撲 (雑誌) (yapon). ベースボール・マガジン社 (2021年10月号): 98.
  3. "令和3年秋場所 全新弟子名鑑". 相撲 (雑誌) (yapon). ベースボール・マガジン社 (2021年10月号): 97.
  4. "今場所デビュー金峰山、三段目優勝「ここからという感じ」全勝対決を制す". 日刊スポーツ (yapon). 2021-11-26. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  5. "【幕下】カザフスタン出身の金峰山が7戦全勝でV 千代の海を押し出し、来場所は幕下上位へ". Nikkan Sports (yapon). 25 March 2022. 27 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  6. "Kinbozan to fly flag for Kazakhstan in sumo's elite division". Kyodo News. 27 February 2023. 30 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  7. "Sumo: Kiribayama beats Daieisho in playoff to claim Spring tourney". Kyodo News. 26 March 2023. 10 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  8. Gunning, John. "Return of yokozuna deliberation council offers good and bad". The Japan Times. 10 May 2023. 2 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  9. "Sumo: Terunofuji, Asanoyama tie for lead as newcomers cause upsets". Kyodo News. 23 May 2023. 4 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  10. "朝乃山 左上腕二頭筋部分断裂で夏巡業を休場 地元・富山開催の25日までには復帰か" (yapon). Sports Nippon. 2 August 2023. 6 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  11. "金峰山が右膝を負傷「痛み止めを飲んでいても痛い。あと3日間だが、どうなるか分からない」" (yapon). Nikkan Sports. 25 January 2024. 25 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.
  12. "金峰山が休場、頸椎捻挫の診断書を提出 5日目対戦相手の大の里は不戦勝に" (yapon). Nikkan Sports. 13 March 2024. 15 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]