Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Balıqçı üzüyü
Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut. Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir. Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu. Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıqçıl
Balıqçıl (lat. Alcedo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi.
Acıqıcı
Balıqlı
Balıqlı (Amasiya)
Adi balıqçıl
Adi balıqçıl (lat. Alcedo atthis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin balıqçıl cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur.
Balıqcıl qaraquş
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Qırmızıdimdik balıqçıl
Qırmızıdimdik balıqçıl (lat. Halcyon smyrnensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin halcyon cinsinə aid heyvan növü. == Haqqında == Adi balıqcıldan nəzərəçarpacaq dərəcədə iridir. Üstü göydür. Başı qonur, boğazı ağdır. Qarnı qonurdur. Dimdiyi qırmızıdır. Arealı Türkiyədən Cənub-Şərqi Çinə və Flippinə qədər Asiyanın cənubudur. Su hövzələrinin sahillərində məskunlaşır. Təsadüfi rast gəlinən quş kimi Lənkəran yaxınlığında 2 dəfə tutulmuşdur.
Qızılı balıqcıq
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. == Artıma == Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.
Yaşıl balıqçıl
Yaşıl balıqçıl (lat. Chloroceryle) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi. Onlara Cənubi və Mərkəzi Amerikada rast gəlmək olar.
Halikarnas Balıqçısı
Halikarnas Balıqçısı— kimi də tanınan Cevat Şakir Kabaağaçlı (17 aprel 1886 və ya 17 aprel 1890, Krit – 13 oktyabr 1973, İzmir) Bodrum sevgisi ilə tanınan məşhur roman və hekayə yazarıdır. == Həyatı == O, 1890-cı il aprelin 17-də Osmanlı İmperiyasının son köklü ailələrindən olan Şakir Paşa Ailəsinin üzvü olan atasının ali komissar vəzifəsində çalışdığı Kritdə anadan olub. Atası Krit və Afinada səfir və vali olan Mehmed Şakir Paşa və anası Sare İsmət Xanım; əmisi II Əbdülhəmidin səltənətinin böyük vəziri Əhməd Cavad Paşa və onun babası Şuranın Hərbi İdarəsinin rəisi Miralay Mustafa Asım bəy idi. O, hər iki nikahdan övladı olmayan və onu öz oğlu kimi sevən əmisinin adını daşıyırdı, altı uşaqlı ailənin böyük oğlu idi. Ailəsinin bütün üzvləri sənətdə istedadlı idilər. Doğuşdan sırasıyla Hakkıye, Ayşə, Suat, Fahrelnisa ​​və Əliyə rəssamlıq, Əliyə isə oyma sahəsində məşhurlaşdılar; Hakkıyenin qızı Füreya Koral ilk türk qadın keramika ustası oldu; Fahrelnisanın uşaqları Nejad Melih Devrim, rəssam; Şirin Devrim teatr aktyoru oldu. Cevat Şakir uşaqlığının ilk illərini atası Şakir Paşanın səfir olduğu Afinada keçirib. İbtidai təhsilini Büyükadada, orta və lisey təhsilini isə 1907-ci ildə Robert Kollecində tamamladı. Elə həmin il "İkdam" qəzetində ilk məqaləsi dərc olunub. Bu ingilis dilindən tərcümə edilmiş məqalə idi.
Baliqli (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. == Tarixi == Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az-əbcəd. بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Aslan balığı
Aslan balığı (lat. Pterois) — Şüaüzgəclilər sinfinin Scorpaenidae fəsiləsinə məxsus balıq cinsi. Bu balıq cinsinin uzunluğu 20 sm-dən (P. andover, P. antennata) 38 sm-ə qədər (zebr aslan balığı) ola bilər. İndo—Sakit okeanı ərazisində geniş yayılmışdır.
Bel balığı
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Cənnət balığı
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Cənub Balığı
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Durna balığı
Durnabalığıkimilər (lat. Esociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Uzunluğu 1,5 m, kütləsi 35 kq-a çatan sümüklü balıqlardır. Dəstədə 3 fəsilə var: durnabalıqlar, umbrokimilər və ya evduşkokimilər və dalliekimilər. Xəzər hövzəsində, o sıradan Azərbaycanın su hövzələrində durnabalığlar fəsiləsinin nümayəndələri yaşayır.
Fənər balığı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Kayman balığı
Kayman balığı (lat. Lepisosteus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinə aid heyvan cinsi.