Qızılı balıqcıq

Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü.

Qızılı balıqcıq
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qızılı balıqcıq
Beynəlxalq elmi adı

Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər.

Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər. Qəlsəmə qapaqlarının kənarı ağ olsa bu kişidir. Yumurtlamağa hazır olan dişinin qarını şişər, kişinin qəlsəmə qapaqlarında nöqtələr çıxar və davamlı dişini anüs bölgəsinə vuraraq qovalar. Yumurta tökən dişinin ardından kişi spermalarını boşaldar. Balıqlar izlənilməli yumurtlama bitdikdən sonra bərabər dərhal başqa akvariuma alınmalıdır . Lakin yapon balıqları artıma əsnasında suyu dümağ edər. Bu da törəmənin müşahidə edilməsi üçün mənfi bir istiqamətdir . Tankın dibinə misket döşəmək yumurtlamadan sonra cütlərin öz yumartalarını yeməməsi üçün tətbiq olunan bir üsuldur. Yumurtaların olduğu tanka uyğun miqdarda metilen mavisi əlavə olunaraq, ventilyasiya davamlı işlədilməli yumurtaların göbələkləşməsinə icazə verilməməlidir. Çox kiçik ölçülərdə yumurtadan çıxan bala balıqları böyütmək diqqət və təcrübə istər.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.