Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərnigar Dərbəndli
Zərnigar Dərbəndli (d. XVIII əsrin I yarısı, Dərbənd - ö. 1840, Abdal Gülablı kəndi, Qarabağ, Rusiya imperiyası) — azərbaycanlı qadın-aşıq. 18-19-cu əsrlərdə Azərbaycan qadın aşıq məktəbinin görkəmli nümayəndələrindən biri. Aşıq Valeh ilə evlənmişdir. Məşhur "Valeh və Zərnigar" dastanının motivləri onların münasibətindən qaynaqlanmışdır. Aşıq ədəbiyyatında bu ikilinin deyişməsi də xeyli məşhurdur. == Həyatı == XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş qadın aşıq olan Zərnigar Dərbənd hakiminin qızı olmuşdur. Zərnigar öz dövrünün mükəmməl təhsilini almış və bir çox yerdə ziyalı kimi məşhurlaşmışdır. O, at sürmə, qılıncoynatma ilə məşğul olurdu, şeir yazır, yaradıcılıq gecələri keçirirdi.