Zərnigar Dərbəndli

Zərnigar Dərbəndli (d. XVIII əsrin I yarısı, Dərbənd - ö. 1840, Abdal Gülablı kəndi, Qarabağ, Rusiya imperiyası) — azərbaycanlı qadın-aşıq. 18-19-cu əsrlərdə Azərbaycan qadın aşıq məktəbinin görkəmli nümayəndələrindən biri.[1]

Zərnigar Dərbəndli
Doğum tarixi XVIII əsr
Doğum yeri Dərbənd
Vəfat tarixi 1840
Vəfat yeri
Fəaliyyəti şair

Aşıq Valeh ilə evlənmişdir. Məşhur "Valeh və Zərnigar" dastanının motivləri onların münasibətindən qaynaqlanmışdır.[a] Aşıq ədəbiyyatında bu ikilinin deyişməsi də xeyli məşhurdur.[b]

XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş qadın aşıq olan Zərnigar Dərbənd hakiminin qızı olmuşdur. Zərnigar öz dövrünün mükəmməl təhsilini almış və bir çox yerdə ziyalı kimi məşhurlaşmışdır. O, at sürmə, qılıncoynatma ilə məşğul olurdu, şeir yazır, yaradıcılıq gecələri keçirirdi.

Onun barədə olanb rəvayətlərdən birinə görə Dərbənd hakiminin qızı olan Zərnigar sərt xarakterli şəxs imiş və aşıq deyişmələrində məğlub olduğu aşıqları həbs etdirirmiş. Belə yarışmaların birincə Xudatlı aşıq Loğmana məğlub olmuş və onun evlənmək istəmişdir. Lakin onun bu istəyi reallaşmamışdır. Daha sonralar Aşıq Valehlə deyişmə yarışında yenə məğlub olmuş və onunla evlənərək yaşamaq üçün Qarabağa köçmüşdür.[4] Aşıq Valeh Zərnigara şeirlər də həsr etmişdir:[5]

Səri
Bu gələn bir cüt gözəlin

Yolunda qoymuşam səri.

Biri əcəb səfalıdı,

Birisinin adı Pəri.


Biri dağların qarıdı,

Biri bağçalar barıdı.

Külli dünyanın varıdı,

Lərzəyə salıb sərsəri.


Valeh sevdi Zərnigarı,

Olar onun xidmətkarı.

Atsa üzündən qubarı.

Mat eylər şəmsi, qəməri.

Kağızı

Gözləriniz aydın olsun,

Gəlibdi yarın kağızı.

Bülbül uçar yuvasından,

Gəldi nigarın kağızı.


İnciməsin gülü xəndan,

Gələr günlər, keçər sandan,

Can ayrılır cananından,

Gəldi qubarın kağızı.


Valeh ağlar yana-yana.

Səfər edər Dağıstana.

Çağırır cəngə-meydana,

O Zərnigarın kağızı.


Gəldim

...Mən Valehəm, Zərnigara,

Sığındım pərvərdigara,

Canımı saldı odlara,

Misli pərvanə mən gəldim.

Yaxşdı
Valehəm mən, düzdü vəfam, ilqarım,

Bir kimsəyə yoxdu mənim azarım,

Qismət olsa mənə öz Zərnigarım,

Zər-zibaynan sevindirsəm yaxşıdı.

Aşıq Zərnigar Dərbəndli 1840-cı ildə müasir Ağdam rayonunun Abdal Gülablı kəndində vəfat etmişdir. Aşıq Valeh 1822-ci ildə vəfat etmiş və Abdal Gülablı kəndində dəfn edilmişdir. Aşıq Zərnigar da vəfat etdikdən sonra yaşadıqları kənddəki qədim məzarlıqda, ərinin qəbrinin yanında dəfn edilmişdir. Onun başdaşının üzərində bu şeir yazılmışdır:

Mən vicdanlı sədaqət andıyam,

Mən sadiq aşiqin sədaqətiyəm. Vətənim Dərbənd, ərim Valeh,

Mən haqqında əfsanələr yazılmış Zərnigaram.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aşıq Zərnigarın heca vəznində, aşıq şeriyyatı formasında yazdığı qoşmalar, gəraylılar, təcnislər, müxəmməslər, qoşayarmaqlar, varsağılar və s. indiki dövrə qədər qorunub saxlanmışdır. Aşıq Zərnigar yaradıcılığı Azərbaycan aşıqşünası Əhməd Cəfəroğlunun 1964-cü ildə Almaniyanın Visbaden şəhərində alman dilində çap olunmuş “Azərbaycan ədəbiyyatı” adlı tədqiqat əsərində öz əksini tapmışdır.[1]

Dərbəndli azərbaycanlı şairlər içərisindən xüsusilə seçilən Zərnigar Hacı Yaqub qızının[6] məşhur əsərləri siyahısına "Gəl" əsəri, "Valeh və Zərnigar" dastanı, "Taleh və Həqiqət" və "Deyişmələr" əsərləri (Zərnigar ilə Valehin poetik yarışması) daxildir.[7]

"Valeh və Zərnigar" dastanı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan şifahi xalq yaradıcılığının ən gözəl nümunələrindən olan "Valeh və Zərnigar" xalq dastanı Valeh və Zərnigar aşıqlarının məhəbbətinə həsr edilmişdir.[4] Təkcə aşıq axşamlarında deyil, toylarda, xüsusən də kənd yerlərində çox vaxt ifa olunur.[8][9]

  1. "Valeh və Zərnigar" dastanı Azərbaycan ədəbiyyatında məşhur olan sevgi dastanıdır.[2]
  2. Deyişmənin mətni:[3]
  1. 1 2 Almaz Həsənqızı. "MÜHACİRƏTDƏ AŞIQ SƏNƏTİNİN TƏDQİQİ". Azərbaycan Yazıçılar Birliyi. 4 may 2014. 4 mrt 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2024.
  2. "https://www.azadliq.org/a/24208427.html". Azadlıq Radiosu. 24 may 2011. 22 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2024.
  3. Toplayıb tərtib edəni: Almara Nəbiyeva. "Aşıq Valeh. "Qarabağdan səfər etdim"". az.wikisource.org. 2018. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2024.
  4. 1 2 "DƏRBƏNDLİ Zərnigar". www.gender-az.org. 28 dekabr 2011. 5 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2024.
  5. "Aşıq Valeh". www.shahbulaq.az. 4 May 2014. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2024.
  6. Гаджиева, 1999. səh. 305-306
  7. Гаджиева, 1999. səh. 306
  8. "Tanınmış aşıqların iştirakı ilə dastan gecəsi keçirilib". azab.az. 8 May 2012. 5 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2024.
  9. ""AZƏRBAYCANDA HAQQ AŞIĞI YOXDUR"..." www.dia.az. 4 may 2014. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2024.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Avrasiya press, (ing.) Azərbaycan qadın şairləri antologiyası] (#bad_url), Bakı: Avrasiya press, 2005
  • Nəsirli və Samirə Məmmədəliyeva, (ing.) Aşıq qadınların antologiyası. Red.: Əfqan Nəsirli və Samirə Məmmədəliyeva] (#bad_url), Bakı: MBM, 2010
  • Ашшуги, Б., (ing.) Азәрбајҹан әдәбијјаты тарихи] (#bad_url), Bakı, 1960
  • Кривоносов, В., (ing.) Ашуги Азербайджана», журнал «Советская музыка», 1938, № 4;] (#bad_url), Советская музыка № 4, 1938
  • (ing.) Ашуги и женщины-поэты Азербайджана] (#bad_url), Bakı, 1974
  • Cəfərzadə, Əzizə, (ing.) Azərbaycanın Aşıq və Şair Qadınları] (#bad_url), Bakı: Gənclik, 1991