Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biliklər bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.
Vibe Biyker
Vibe E. Biyker (nid. Wiebe E. Bijker; 19 mart 1951, Delft, Cənubi Hollandiya) — Niderlandlı professor və sosioloq. O, Niderlandın Maastrixt Universitetində Sosial Elmlər və Texnologiyalar Departamentinin keçmiş sədridir. == Həyatı == Vibe Biykerin atası Eko Biyker 1953-cü ildə gənc Biyker iki yaşında olarkən fəlakətli bənd yarmasından sonra Delta planının həyata keçirilməsində iştirak edən mühəndis idi. O, daha sonra Delft Hidravlika Laboratoriyasının direktor müavini olmuşdur. Ehtimal olunur ki, Niderlandın bəzi hissələrinin dəniz səviyyəsindən aşağıda olması faktı, əsrlər boyu bu vəziyyəti əhatə edən innovasiyalar barədə narahatlıqlar və atasının bu prosesdə iştirakı gənc Biykerin texnologiya araşdırmalarında marağına səbəb olmuşdur. 1969-cu ildə Emmelordda gimnaziyanı bitirdikdən sonra Biyker 1974-cü ildə Amsterdam Universitetində fəlsəfə üzrə bakalavr dərəcəsini, 1976-cı ildə Delft Texnologiya Universitetində fiziki mühəndislik üzrə mühəndis dərəcəsini və 1990-cı ildə Tvente Universitetində fəlsəfə doktoru dərəcəsini almışdır. == Karyerası == Biyker 1987-ci ildən Maastrixt Universitetində fəlsəfə üzrə assistent və dosent olmuşdur. O, sonradan, 1994-cü ildə texnologiya və cəmiyyət üzrə tam professor olmuşdur. Biykerin tədqiqat sahələrinə elm, texnologiya və cəmiyyətin sosial və tarixi tədqiqatları, texnologiyanın inkişafı nəzəriyyələri, elm, texnologiya və cəmiyyətşünaslıq metodologiyası, texnoloji mədəniyyətin demokratikləşməsi, elm və texnologiya siyasəti, İKT, multimedia və informasiya cəmiyyətinin sosial-mədəni ölçüləri, gender və texnologiya, memarlıq, planlaşdırma və mülki mühəndisliyin meta tədqiqatları daxildir.
Cengiz Biçər
Cengiz Biçər (11 dekabr 1987) — türk əsilli Lixtenşteyn qapıçısıdır. == Futbol karyerası == === Klub komandası karyerası === Ailəsi immiqrant olan Cengiz Biçər, futbola İsveçrə liqalarında mübarizə aparan Lixtenşteyn komandası USV Eşen / Mauren-də başladı. 2007-2008 mövsümündə bu komanda ilə peşəkar bir müqavilə imzaladı. Mövsümün ikinci yarısında zaman-zaman oynamaq şansı qazandı. Mövsüm ərzində Alman komandası Sankt-Pauli FK tərəfindən sınansa da, yaxşı alınmadı. 2008-09 mövsümündən əvvəl. Samsunspor ilə üç illik müqavilə imzalandı. İlk mövsümdə zaman-zaman ilk 18-ə girsə də, Həsən Sönməzdən geri qaldı. Növbəti mövsümdə ilk dəfə 23 avqust 2009-cu ildə Kardemir Karabükspor ilə oynanılan matçda iştirak etdi. Ancaq qalasında 3 qol gördü və qarşılaşma 3-3 ilə bitdi.
Harriet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. == Həyatı == Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.
Harriyet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. == Həyatı == Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.