Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bicəvan (Miyanə)
Bicəvan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, Türkman qəsəbəsindən 13 km. qərbdədir.
Biləvar (Xoy)
Biləvar (fars. بيله وار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.215 nəfər yaşayır (318 ailə).
Bisəvad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur. Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
İlqar Bizəban
Bizvan (Heris)
Bizvan (fars. بزوان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (49 ailə).
Bilaval Bhutto Zərdari
Bilaval Bhutto Zərdari(urdu بلاول بھٹو زرداری; 21 sentyabr 1988, Kəraçi)—Pakistanlı siyasətçi və Pakistan Xalq Partiyasının sədri. Bənazir Bhutto və Asif Əli Zərdarinin oğlu,Zülfüqar Əli Bhutto isə nəvəsidir.
Bimetal
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. == Bimetallik element == Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
Bizel
Bizel yumurta ağı və şəkər tozundan hazırlanan köpüklü qurabiyə növüdür. Fransızca "baiser" sözündəndir və tərcüməsi öpmək deməkdir. İsveçrə və Fransada "Meringue" kimi də tanınır. 100 °C qızdırılmış olan sobada 1-2 saat ərzində adətən qurudularaq hazırlanır. Bu qarışığa limon suyu əlavə edildiyi zaman, bizel daha möhkəm bir vəziyyətə gəlir. == Növləri == Soyuq qarışdırılmış bizel: Yumurta ağı sərtləşənə qədər qarışdırılır, hər yumurtaya 50 q şəkər tozu əlavə edildikdən sonra qarışdırılmağa davam edilir. Bir qaşıq və ya formavermə vasitəsinin köməyi ilə əvvəlcədən yağlanmış podnosa düzülür və sobaya yerləşdirilir. İlıq qarışdırılmış bizel: Hazırlanma qaydası soyuq qarışdırılmış bizelə çox oxşayır, lakin burada yumurtanın ağı köpüklənməyə başlayan kimi qab 50 °C su vannasına yerləşdirilir və orada qarışdırılmağa davam edilir. İş maraqlı tərəfi ondadır ki, su qaynamır. Şəkər tozu əlavə edildikdən qaşığın köməyi ilə podnusa yerləşdirilir və bundan sonra bişirilir.