İlqar Bizəban

İlqar Bizəban (İlqar Bizəban) — Azərbaycan şairi, tədqiqatçı.

İlqar Bizəban
Süleymanlı İlqar Qafur oğlu
Doğum tarixi (67 yaş)
Doğum yeri Xırdalan, Bakı
Fəaliyyəti şair

Həyatı[redaktə | mənbəni redaktə et]

Süleymanlı İlqar Qafur oğlu 1955-ci il aprelin 22-də Bakının Xırdalan kəndində (əslən Novxanlı) ziyalı ailəsində doğulmuşdur. 1944-cü ildə atasının Xırdalan kənd məktəbinə direktor təyinatı ilə əlaqədar ailəsi Bakıdan Xırdalana köçmüş və orda məskunlaşmışdır. Orta təhsilini Xırdalan 4 və 1 saylı məktəblərində alıb. Musiqi təhsili (tar) almaqla yanaşı BYST-nin mexanika şöbəsini bitirmişdir. Ali məktəbə qəbul olunsa da (1976) müəyyən səbəbdən oxumaqdan imtina etmişdir. Şeirə məktəb illərindən həvəs göstərmiş, yazdıqlarını əruz vəznini gözəl bilən atasından belə gizləmişdir və 2004-cü ilin sonlarınadək buna nail olmuşdur. Serləri mətbuatda dərc olunmuş və həmin müddətdən mütəmadi olaraq yaradıcılıqla məşğul olmağa başlamışdır. 2005-ci ildən "Vahid Poeziya Məclisi" və "Məcməüş-şüəranın" üzvüdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]