Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ballıca
Ballıca (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Ballıca (Türkiyə) — Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Bolulya
Bolulya (isp. Bolulla) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 13.60 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 423 nəfərə çatmışdır.
Mollusca
Molyusklar (lat. Mollusca) — heyvanlar aləminə aid heyvan tipi.Xaricdən çanaq ilə örtülmùşdür Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir. Bədən manti adlanan nazik dəri ilə örtülür. Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir. Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır. Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir. Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir. Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır. Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir.
Qozluca
Qozluca (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd rayonu ərazisində kənd.
Solquca
Solquca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd rayon mərkəzindən 25–30 km məsafədə yerləşir. Rayonun ən ucqar kəndlərindən biridir. Solquca dağlar ətəyində qeyri-adi görünüşü olan yerlərdən biridir. Əhalisinin sayı 430 nəfərdir. Kəndin əhalisi dağdan çəkilən bulaq suyundan istifadə edir. Yerli deyimlərə görə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi) adlanan yurd yerinin tarixi ilə bağlı müxtəlif fərziyyələr söylənilir. Ərazidə qaynayan mineral bulaqlar isə möcüzəli sulardan hesab edilir. Xəstəliklərin əlacı hesab edilən və şöhrəti yayılan həmin su mənbələrinə Qəbələnin hər yerindən axın var.
Toxluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. == Tarixi == Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. == Toponimikası == Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Toğluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. == Tarixi == Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. == Toponimikası == Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ballıca (Miyanə)
Ballıca (fars. اللوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (52 ailə).
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və o qondarma özünü “Dağlıq Qarabağ respublikası” adlandıran separatçı rejimin nəzarətində olmuşdu. Separatçı rejim tərifindən kənd Ayqestan adlandırılırdı. Bu müddət ərzində Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ballıc kəndində yerləşən silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib.
Ballıca mağarası
Ballıca mağarası və ya digər adıyla İndərə — Qara dəniz bölgəsində, Tokatın adını daşıyan Ballıca, Pazar kəndində yerləşən bir mağara. Təxminən 3,4 milyon il əvvəl başladığı təxmin edilən Ballıca mağarası 680 metr uzunluğunda və 90-94 metr yüksəkliyindədir. Cəmi 5 mərtəbədən və 9 zaldan ibarət olan, bəzi hissələrdə hələ də formalaşmaqda davam edən mağarada yay və qışda orta temperatur 17-24 dərəcə arasında, orta rütubət isə 55% -dən çoxdur. Makaron formalı stalaktitlər, sütunlar, təbii hovuzlar, mağara gülləri və soğan formalı stalaktitlər dünya üçün ən yaxşı nümunələrdir. Türkiyədə soğan formalı stalaktitlərin olduğu tək mağaradır. Mağaraya girdikdən sonra 19 metr qalxdıqdan sonra, 75 metr enilir. Dünyanın ən böyük mağaralarından biri olan Ballıca, 1995-ci ildən bəri ziyarətçilər üçün açıqdır. Tokat şəhər mərkəzindən 33 km və Pazar ilçəsindən 8 km məsafədədir. Mağaradan 70 metr aralıda avtodayanacağı var. Ziyarətçilərin sayı 2000-ci ildə 55 min, 2006-cı ildə 60 min, 2017-ci ildə 110 min nəfər olmuşdur.
Qozluca (Bostanabad)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (85 ailə).
Qozluca (Marağa)
Qozluca (fars. ‎‎قوزلوجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 544 nəfər yaşayır (106 ailə).
Qozluca (Sayınqala)
Qozluca (fars. قوزلوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (16 ailə).
Qozluca (Soyuqbulaq)
Qozluca (fars. قوزلوجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (29 ailə).
Qozluca (Xoy)
Qozluca (fars. قوزلجه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (20 ailə).
Qozluca (Əcəbşir)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,320 nəfər yaşayır (312 ailə).
Toğluca silsiləsi
Toğluca silsiləsi — Culfa rayonu ərazisində alçaqdağ silsiləsi. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağına cavab verir sıldırınlı tirədir. Qaradərəçayın orta axınının sağ sahilindən başlayaraq şimal-qərb istiqamətində 5 km-dək uzanır. Ən yüksək zirvəsinin hünd. 1200,2 m-dir. Suayırıcısı və şimal-şərq yamacları Orta Eosenin Lütet mərtəbəsinin terrigen-çökmə, çənub-qərb yamacları isə Alt Eosenin terrigen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli eyniadlı maili antiklinalının şimal-şərq qanadında yerləşir.
Qozluca (Dərələyəz)
Qozluca — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. == Tarixi == 1727-ci ilə aid mənbədə İrəvan əyalətinin Dərələyəz nahiyəsində Qozluca kəndin adı çəkilir. Həmin mənbədə qeyd olunur ki, kənddə adam yaşamır. Şiə olduqlarına görə köçüblər1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. == Toponimi == "Qoz ağacı bol olan yer", "qozluq" mə'nasındadır.
Qozluca (Qars)
Qozluca — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 91 nəfərdir (2022).
II Fəlluca Döyüşü
II Fəlluca Döyüşü və ya hərəkatın kod adı ilə “Fantom Furi” yaxud “Əl-Fəcr” hərəkatı, I Fəlluca Döyüşünün uğursuz olmasından sonra ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Krallıq əsgərlərinin dəstəyi ilə Fəllucadakı İraq Müqavimətinə hücum etdikləri qarşıdurmadır. 8-16 Noyabr 2004 tarixləri arasındakı döyüş vaxtı ABŞ tərəfindən dəstəklənən İraq Müvəqqəti Hökuməti də müqavimətçilərə qarşı gerçəkləşdirilən hərəkatı təsdiqləmişdir. Döyüş 1968-ci ildə Vyetnam Müharibəsindəki Hue Döyüşündən sonra ABŞ Silahlı Qüvvələrinin daxil olduğu ən qanlı qarşıdurma olaraq bilinməkdədir. Fəllucaya qarşı eyni ilin Aprel ayında gerçəkləşdirilən və I Fəlluca Döyüşü olaraq bilinən hərəkat “Skot Helvenston Hadisəsi”nin məsullarının tapılması üçün gerçəkləşdirilmiş, fəqət uğursuz olmuşdu. Bundan sonra şəhərdəki müqavimətçilər yaxınlaşan yeni hərəkat üçün hazırlıqlar etmiş və buna görə də şəhər güclü qarşıdurmalara səhnə olmuşdur. == Nəticəsi == Döyüş Fəlluca şəhərini tamamilə məhv etmişdi. Binaların 65%-ı yıxılmış, geriyə qalanı isə istifadəyə yararsız vəziyyətdə idi. Şəhərdəki 120 məscidin yarısı ciddi şəkildə zərər görmüşdü. Şəhərin döyüşdən öncə 350 min nəfər olan əhalisi döyüşdən sonra 25-30 minə qədər düşmüşdü. Şəhərə qayıdan fəllucalılar girişdə ABŞ ordusu tərəfindən barmaq izi testlərinə məruz qalırdı.
Bellua-an-Frans
Bellua-an-Frans (fr. Belloy-en-France) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1.784 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalında, Serji belediyyənin 24 km şərqdə məsafədə yerləşir.
Bolluq uğrunda (qəzet)
Bolluq uğrunda — Sovet dövründən Lerikdə nəşr olunan qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
I əl-Fəlluca Döyüşü
I Fəlluca Döyüşü, 2003-cü ildə İraqın işğalından sonra ABŞ Silahlı Qüvvələrinin 2004-cü ilin Aprel ayında İraq Müqavimətinin əlində tutulan Fəlluca şəhərini almağa çalışdığı uğursuz hərbi əməliyyatıdır. Bölgəyə ABŞ hərbi hərəkatının gerçəkləşdirilməsinə səbəb olaraq 31 Mart günü bölgədə ABŞ ordusu üçün vəzifəsini yerinə yetirən silahlı xüsusi təhlükəsizlik şirkəti "Bləkvater" mənsubu 4 ABŞ vətəndaşının müqavimətçilər tərəfindən öldürülməsi göstərilir. Döyüş vaxtı şiddətli qarşıdurmalar və ölü sayının artması, ABŞ-nin ölkəni ilk işğal etdiyi dövrdə işğalı müdafiə edən Səddam Hüseyn rejiminə müxalifləri belə ABŞ-yə qarşı müqavimətə qoşulmağa təhrik etdiyi deyilir.
Bolluq uğrunda (qəzet, Lerik)
Bolluq uğrunda — Sovet dövründən Lerikdə nəşr olunan qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.