Ballıca (Xocalı)

BallıcaAzərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd.[2] Ermənilər tərəfindən Ayqestan adlandırılır.

Ballıca
39°52′10″ şm. e. 46°43′39″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.084 nəf. (2015)[1]
Xəritəni göstər/gizlə
Ballıca xəritədə
Ballıca
Ballıca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şuşa qəzası 1 yanvar 1903-ci illər xəritəsi.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi[3]. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ballıca Xocalı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar[4].

İşğaldan sonra Ballıcada Ermənistan ordusunun silah anbarı quruldu. 5 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı həmin silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edildi.[5]

Ballıca çayı[redaktə | mənbəni redaktə et]

Xocalı rayonunda çay. Qarqar çayının sol qoludur. Suvarma üçün istifadə olunur. Başlanğıcını Ballıca adlı yaylaqdan aldığına görə belə adlandırılmışdır. Yaylaq isə öz adını burada bitən ballıca (öfkəotu) bitkisinin adından almışdır.[6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://artsakhlib.am/en/2018/06/06/%D5%BF%D5%A5%D5%B2%D5%A5%D5%AF%D5%A1%D5%BF%D5%B8%D6%82-%D5%AC%D5%B2%D5%B0-%D5%BE%D5%A1%D6%80%D5%B9%D5%A1%D5%BF%D5%A1%D6%80%D5%A1%D5%AE%D6%84%D5%A1%D5%B5%D5%AB%D5%B6-%D5%B4%D5%AB%D5%A1%D5%BE%D5%B8/.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 1
  4. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  5. "Ermənilərin Ballıcada yerləşən silah-sursat anbarı məhv edildi". 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  6. Ballıca (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.