Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boraboy gölü
Boraboy gölü (türk. Borabay Gölü və ya Kocabey Gölü) ― Türkiyənin Amasya ilində yerləşən uçqun-bənd mənşəli göl. Göl və ətrafı 2014-cü ildə təbiət parkı elan edilmişdir. == Coğrafiya == Boraboy gölü Amasya vilayətinin Taşova ilçəsində olan Boraboy kəndinin qərbində yerləşir. Göl Taşovadan 21 kilometr (13 mil), Amasyadan isə 61 kilometr (38 mil) məsafədədir. Göl Pont dağlarındakı yüksək, şərq-qərb yönümlü vadidə, 1,051 metr (3,448 ft) yüksəklikdə yerləşir. Boraboy gölü sürüşmə nəticəsində Çatağın çayının (Boraboy çayının bu hissəsi belə adlanır) önünün bağlanması ilə meydana gəlmişdir. Göl üzərində bənd tikilmişdir və göl səviyyəsinin yağış və ya ani qar əriməsi nəticəsində hədsiz dərəcədə yüksəldiyi vaxt suyun bir hissəsi boşaldılır. Göl 675 metr (2,215 ft) uzunluğundadır və maksimum eni 175 metr (574 ft)-dir. Gölün ümumi sahəsi 4 hektardır.