Boraboy gölü (türk. Borabay Gölü və ya Kocabey Gölü) ― Türkiyənin Amasya ilində yerləşən uçqun-bənd mənşəli göl. Göl və ətrafı 2014-cü ildə təbiət parkı elan edilmişdir.
Boraboy gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 800 m |
Uzunluğu |
|
Yerləşməsi | |
40°48′14″ şm. e. 36°09′13″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Boraboy, Taşova, Amasya ili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boraboy gölü Amasya vilayətinin Taşova ilçəsində olan Boraboy kəndinin qərbində yerləşir. Göl Taşovadan 21 kilometr (13 mil), Amasyadan isə 61 kilometr (38 mil) məsafədədir.[1]
Göl Pont dağlarındakı yüksək, şərq-qərb yönümlü vadidə, 1,051 metr (3,448 ft) yüksəklikdə yerləşir. Boraboy gölü sürüşmə nəticəsində Çatağın çayının (Boraboy çayının bu hissəsi belə adlanır) önünün bağlanması ilə meydana gəlmişdir.[2] Göl üzərində bənd tikilmişdir və göl səviyyəsinin yağış və ya ani qar əriməsi nəticəsində hədsiz dərəcədə yüksəldiyi vaxt suyun bir hissəsi boşaldılır.
Göl 675 metr (2,215 ft) uzunluğundadır və maksimum eni 175 metr (574 ft)-dir.[3] Gölün ümumi sahəsi 4 hektardır. Boraboy gölünün maksimum dərinliyi 11 metr (36 ft)-dir.[1][2] Boraboy gölünün səthi qışda buz bağlayır.[2][4]
Göl 2014-cü ildə Türkiyənin Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 259 hektar ərazini əhatə edir və əsasən dövlətə məxsus meşədən, kiçik bir hissəsi isə əkinçilik sahəsindən ibarətdir. Təbiət parkının orta yüksəkliyi 1,215 metr (3,986 ft), ən yüksək yeri isə 1,383 metr (4,537 ft) yüksəkliyindəki Kaleboynu təpəsidir.[2]
Təbiət parkının şimal yamaclarındakı ümumi ağac növləri şərq fıstığı (Fagus orientalis), Avstriya şamı (Pinus nigra), adi şam (Pinus sylvestris L.) Avstriya palıdı (Quercus cerris) və digər endemik palıd növləridir. Parkın cənub yamacları əsasən kolluqlarla örtülüdür.[2]
Gölün şimal sahili daha az meyllidir və piknik üçün uyğun yerdir. Təbiət parkı gəzinti, motokros, off-road, vəhşi təbiət fotoqrafiyası kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir.[2] Ərazidə Meşə Nazirliyi və Borabay şəhər bələdiyyəsinin bəzi yaşayış obyektləri var.[2]
2017-ci ilə olan məlumata görə həmin il milli parkı 70 000 nəfər ziyarət etmişdir.[5]