Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Smashing Pumpkins
The Smashing Pumpkins — 1998-ci ildə Çikaqoda yaranmış alternativ rok qrupudur. == Qrup haqqında == Qrup yapon mühacir Ceyms İxa və Billi Korqanın tanışlığı nəticəsində yaranmışdır. Öz ilk duet kompozisiyalarını Çikaqaodakı polyak barında səsləndirdilər. Qrupun bəstə yazarı, vokalist və gitaristi Billi Korqandır. 2000-ci ildə dağılan qrup 2006-cı ildə üzv dəyişikliyi ilə yenidən bir ara gəlmişdir. 1993-cü ildə çıxardıqları "Siamese Dream" albomu qrupun birinci şah əsəri oldu və ABŞ-də 4 milyondan çox satdı. Bu albom Böyük Britaniyada da qrupun ən məşhur albomu oldu. 1995-ci ilin sonunda "Mellon Collie And The Infinite Sadness" albomu ABŞ-nin hit-paradlarında birinci sıraya və Böyük Britaniyada ilk dəfə üçüncü sıraya yüksəldi. Bu almob ilə qrup Qremmi mükafatına namizəd göstərilir. "Tonight" klipi MTV-nin 6 mükafatına layiq görülür.
Bumın xaqan
Bumın xaqan (490 – 552, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan ilk göytürk xaqanı. == Həyatı == Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur. 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi. == Xaqanlığa gəlişi == 551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi.